Su təsərrüfatı və
meliorasiya işçilərinə “Əməkdar
mühəndis” fəxri adının verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Cabbarov Teyyub Məcid oğlu
Həşimov Ağamir Cəlal oğlu
Məmmədov Etibar Kərim oğlu
Vəkilov Ramiz Moşu oğlu.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 iyun 2015-ci il
Azərbaycan. - 2015.- 5 iyun.- S. 3.