Viktor ZORİN: “Xəzər NeftQaz” sərgisi yüksək səviyyədə təşkil olunub

 

XXII Beynəlxalq “Xəzər NeftQaz” sərgisi yüksək səviyyədə təşkil olunub. Bunu AZƏRTAC-a müsahibəsində “Xəzər NeftQaz” sərgisinin iştirakçısı Rusiyanın “Rimera group” şirkətinin meneceri Viktor Zorin deyib. O bildirib ki, “Rimera groupyanacaq-energetika kompleksinə daxil olan müəssisələr üçün avadanlıqların istehsalı və servis xidmətlərinin göstərilməsi üzrə müəssisələri özündə birləşdirir.

Rimera groupun əsas biznes istiqamətləri magistral avadanlıqlar, habelə neft hasilatı üçün avadanlıqların istehsalı, neft sahəsinə aid olan boru və avadanlıqlara texniki xidmət göstərilməsidir.

BizCaspian Oil and Gas 2015” sərgisində debüt etməklə, unikal quyu” layihəsini təqdim edirik. Bu layihə yanacaq-energetika müəssisələrinə kompleks yanaşma baxımından fərqlənir. “ quyu” layihəsinin həyata keçirilməsi üçün nasos-kompressor borular Birinci Ural Yeni Boru Zavodunda istehsal edilir” - deyə V.Zopin bildirib.

V.Zorin sərginin yüksək səviyyədə təşkil olunduğunu, bu günlər ərzində vaxt tapıb Bakını gəzdiyini də söyləyib. Vurğulayıb ki, Azərbaycanın paytaxtı Bakının arxitekturası özündə qədimliyi və müasirliyi əks etdirir. Bu şəhər göydələnlərlə və ən müasir tikililərlə zəngindir, bu da respublikanın sürətli inkişafının ən bariz göstəricilərindən biridir.

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.12.