Alessandro BERİ: “Galperti
Group” şirkəti artıq Azərbaycan
bazarında yaxşı tanınır
“Dünya brendinə çevrilmiş “Galperti Group” artıq Azərbaycan bazarında yaxşı tanınır, bizim məhsullarımıza burada böyük tələbat var. Biz hazırda yeni tərəfdaşlarımızla birlikdə yerli bazarda bir sıra mühüm layihələr üzərində çalışırıq”.
Bu sözləri XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində
iştirak etmiş “Galperti Group” şirkətinin
satış üzrə meneceri Alessandro Beri AZƏRTAC-a
müsahibəsində söyləyib. “Şirkət sərgiyə
müştərilərlə görüşlər
keçirmək və ətraflı müzakirələr aparmaq, habelə Azərbaycan bazarında
özünə yeni tərəfdaşlar tapmaq üçün
qatılıb. Məhz bu mənada sərgi
yaxşı imkanlar yaradır. Tədbir Azərbaycan
bazarında mühüm rol
oynayan xeyli sayda iştirakçı şirkəti bir araya toplayıb” - deyə
Alessandro Beri bildirib.
Azərbaycan. - 2015.- 7 iyun.- S.12.