Parisdə “Azərbaycan – İdman
diqqət mərkəzində” adlı sərgi
açılıb
Parisdəki
Fransa İdman Evində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr
olunan “Azərbaycan – İdman diqqət mərkəzində”
adlı sərgnin açılış mərasimi
keçirilib.
Sərgi Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC), Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinin, Fransa Milli Olimpiya və İdman Komitəsinin (CNOSF) və Nitsa Milli İdman Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində baş tutub. Açılış mərasimi haqqında məlumat Fransa Milli Olimpiya və İdman Komitəsinin internet səhifəsində də yerləşdirilibhttp://espritbleu.franceolympique.com/espritbleu/actus/5082-lazerbadjan--ct-sport--une-exposition--la-maison-du-sport.html. Tədbir haqqında reportaj “Bakı 2015” I Avropa Oyunlarının rəsmi Fransa yayımçısı olan “L’Équipe 21” kanalında da yayımlanıb.
150-dən artıq diplomat, idmançı, idman həvəskarları və Fransadakı Azərbaycan icması üzvlərinin iştirak etdiyi sərginin hörmətli qonaqları arasında Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin sədri, fransalı senator Jan-Klod Frekon, Fransa Milli Assambleyasının deputatı və Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, Fransa Güləş Federasiyasının prezidenti və I Avropa Oyunlarında iştirak edəcək Fransa nümayəndə heyətinin rəhbəri Alen Bertolom, Fransanın sabiq idman və gənclər məsələləri naziri hazırda isə CNOSF-in Tibb Komitəsinin sədri Alen Kalmat, məşhur Fransa futbolçusu Mixael Landro və Paralimpiya çempionu xizəkçi Mari Boşe iştirak edib.
Fransa Milli Olimpiya və İdman Komitəsinin prezidenti Denis Masseglia sərginin açılış mərasimində çıxış edərkən bildirib ki, Bakı şəhəri Avropa Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürəndə biz bu şəhərin bu cür tədbirləri təşkil etməyə qadir olduğunu bilirdik. Azərbaycan çox gözəl ölkədir və onun paytaxtı I Avropa Oyunlarının keçirilməsi üçün zəruri olan bütün imkanlara malikdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov “Baku 2015” I Avropa Oyunlarının Azərbaycanın çağdaş tarixində bir çox idman növləri üzrə təşkil ediləcək ən böyük yarışlardan biri oldığunu vurğulayıb. Diplomat qeyd edib ki, Azərbaycan və xüsusilə də Bakı multikulturalizm və dini tolerantlıq ənənələrini təcəssüm etdirir. O, son illər ərzində Azərbaycanın mədəniyyətlərarası dialoq və dinlərarası tolerantlığı təbliğ edən bir neçə beynəlxalq tədbirin təşkilatçısı kimi çıxış etdiyini də xatırladıb.
Səfir Elçin Əmirbəyov idmanın əsas strategiyası sülh konsepsiyasını - qardaşlıq, həmrəylik və tolerantlıq ideallarını təbliğ etməsində olduğunu vurğulayıb: “İdman insanları bir araya gətirmək imkanına malik bir qüvvədir. İnanıram ki, məhz bu ruhda TEAS millətlər arasında dostluq və həmrəyliyi gücləndirən bu iki vacib elementi – mədəniyyət və idmanı bir araya gətirə bilib. TEAS-ın sərgilədiyi bu foto şəkillər idmanın müxtəlifliyini ən universal ölçüsündə əks etdirir.”
Avropa Azərbaycan Cəmiyyətinin Fransa Nümayəndəliyinin rəhbəri Mari-Letitia Gourdin bildirib ki, “Azərbaycan – İdman diqqət mərkəzində” sərgisinin məqsədi Bakıda keçiriləcək I Avropa Oyunlarnın ərəfəsində idmanın ümumbəşərililiyini və idman ruhunun mahiyyətini əks etdirməkdir.
Son on il ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələr haqda söz açan M.Gourdin vurğulayıb ki, Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi altında idman və idman infrastrukturu da bu inkişafdan kənarda qalmayıb. Bu uğurlu fəaliyyətin nəticəsində Azərbaycan I Avropa Oyunlarının təşkilati məsələlərinə yalnız iki il yarım vaxt sərf etdi, lakin başqa ölkələr üçün buna yeddi il tələb olunur.
Natiq daha sonra məlumat verib ki, növbəti illərdə Azərbaycan digər beynəlxalq idman yarışlarına da ev sahibliyi etməyə hazırlaşır. Buraya 2016-cı ildə keçiriləcək Bakı Formula 1 Qran Prisi, 2017-ci il İslam Həmrəylik Oyunları və “Avro 2020” nin bəzi futbol matçları daxildir. Azərbaycan həmçinin, 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini də irəli sürəcəkdir.
Fransalı millət vəkili Jan-Fransua Mansel isə, öz növbəsində, Bakıda keçiriləcək bu oyunların möhtəşəm bir idman tədbiri və gözəl bir bayram olacağını deyib: “Fikrimcə, möhtəşəm bir anlar yaşanacaq. Azərbaycan bu oyunların olduqca qısa bir müddətdə hazırlanmasını boynuna götürə bildi. Məncə bu möhtəşəm bir idman tədbiri və gözəl bayram olacaq”.
Məlumat üçün bildirək ki, Fransa İdman Evində nümayiş etdirilən 65 foto şəkil 2014-cü ildə TEAS tərəfindən təşkil edilən fotomüsabiqənin yekun nəticəsinə əsasən seçilib. Həmin foto şəkillər dünyanın müxtəlif ölkələrindən olan peşəkar və həvəskar fotoqrafların təqdim etdiyi 300 şəkil arasından seçilmişdir. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr olunmuşdu. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi.
Beləlilklə, I yeri azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfovun “Şöhrətə Doğru”, II yeri fransalı fotoqraf və videoqraf Pol Robionun “İpanema – Rio de Janeyro”, III yeri isə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın “Yekun Təlimat” adlı fotoşəkilləri layiq görülüb.
Hər üç qalib bu il fevralın 27-də Londonun məşhur “Oxo qallereyasında” keçirilən tədbirdə təltif olunmuşdu. Londondan sonra şəkillər Nitsa, Maastrixt, Brüssel, İstanbul, Berlin kimi bir çox paytaxt və böyük şəhərlərdə nümayiş olunmuşdur.
Mmünsiflər heyətinin tərkibinə
tanınmış amerikalı fotojurnalist,
“VII Foto” Agentliyinin təsisçilərindən
biri və 2011-ci ildə “World
Press Photo” müsabiqəsinin
qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa
və Sofi Loren kimi məşhurların foto
portretlərinin müəllifi kimi ad çıxaran almaniyalı fotoqraf
Filip Ratmer və bir çox beynəlxalq
mükafatların laureantı azərbaycanlı fotoqraf Əğdes Bağırzadə daxil idi.
Azərbaycan. - 2015.- 7 iyun.- S.12.