“Nikolya” Şokolad Muzeyi Avropa Oyunları
münasibətilə məxsusi eksponat
hazırlayıb
Xəbər verdiyimiz
kimi, məşhur “Nikolya”
Şokolad Muzeyinin dünya turu çərçivəsində
mayın 15-də Bakıda, Muzey Mərkəzində
sərgisi açılıb.
Ekspozisiyada
200 kvadratmetr sahədə ümumi
çəkisi 700 kiloqramdan çox olan 250-dən
artıq yüksək keyfiyyətli şokolad
məmulatı, şokolad və marsipan heykəllər, şokolad
bagetlərlə çərçivəyə
alınmış rəsmlər, miniatürlər və kompozisiyalar nümayiş etdirilir. Burada, həmçinin
şokoladın tarixi ilə tanış olmaq və çoxlu
maraqlı faktlar öyrənmək olar.
Məşhur şokolad
ustası Nikolay Popov məxsusi
olaraq Bakı sərgisi üçün
şokoladdan Azərbaycana həsr edilmiş silsilə incəsənət əsərləri
hazırlayıb. Çəkisi 70 kiloqramdan
çox olan “Qız
qalası” şokolad miniatürü
sənətkarın ən ağır heykəlidir. Qeyri-adi ekspozisiyaya şəhərin məşhur
binalarının – Hökumət Evinin, Muzey Mərkəzinin, Azərbaycan Dövlət
Opera və Balet
Teatrının, “Flame Towers”
alov qüllələrinin şokolad
təsvirləri, habelə marsipan meyvələr,
güllər, şokolad manqal
və bir çox başqa məmulat daxildir.
İyunun
5-də çəkisi 200 kiloqramdan çox olan, dünyada ən böyük
şokolad rəsminin təqdimatı keçirilib. Şəkil “Bakı-2015” birinci Avropa Oyunlarına həsr
olunub.
Şokolad
və marsipandan olan 3D
pannoda Azərbaycanın dövlət
bayrağı və xəritəsi, milli
simvolları – nar, səkkizguşəli ulduz, alov və Avropa Oyunlarının simvolu
təsvir olunub.
Sərgini mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev açıb.
Bakıda birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin
əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çıxış edərək deyib: “Bu gün
biz qeyri-adi sərgi
açırıq. Bu sərgi bizim üçün
gözəl sürprizə çevrilib.
Qarşıdakı üç həftədə
bütün dünyanın diqqəti Azərbaycana
cəlb olunacaq. Avropa
Oyunlarına təqribən 800 milyon
tamaşaçı baxacaq”.
Şokolad
pannonun müəllifi Nikolay
Popov bildirib ki, Bakıya birinci dəfə
bir ay əvvəl gəlib.
Şəhərin gözəlliyi, mədəniyyəti və
qonaqpərvərliyi ilə onu heyran qoyub.
N.Popov
deyib: “Mən məxsusi bir
şey yaratmaq istədim.
Burada insanların muzeylərə həvəslə
getməsi məni yaxşı mənada təəccübləndirdi.
Şadam ki, Bakıda
yaratdığım əsəri sizə təqdim edirəm”.
Sərginin açılışında
Bakıda akkreditə olunmuş diplomatlar, xüsusi dəvət
edilmiş qonaqlar iştirak ediblər.
AZƏRTAC
Azərbaycan.- 2015.- 6 iyun.- S. 3.