Neurope.eu saytında I Avropa Oyunları ilə bağlı məqalə yayımlanıb

 

Neurope.eu” saytında “Bakı-2015” I Avropa Oyunları ilə bağlı məqalə yayımlanıb. AZƏRTAC xəbər verir ki, məqalədə Oyunlar haqqında geniş məlumat verilir, 6 mindən artıq idmançının qatılacağı yarışları 2 mindən artıq yerlixarici jurnalistin işıqlandıracağı qeyd edilir.

İyunun 12-dən 28-dək keçiriləcək Oyunların azarkeşlərə böyük həyəcan yaşadacağının qeyd olunduğu yazıda Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri barədə məlumat verilir.

Məqalədə qeyd edilir ki, “Bakı-2015” ilk Avropa Oyunları idmançılara 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək. Yazının sonunda II Avropa Oyunlarının Niderlandda keçiriləcəyi diqqətə çatdırılır.

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.9.