I Avropa Oyunları Yeni Zelandiyanın nüfuzlu
“Sky Sport” telekanalı
vasitəsilə yayımlanacaq
Yeni Zelandiyanın nüfuzlu “Sky Sport” televiziya kanalı gələn həftədən etibarən tamaşaçılarına “Bakı-2015” I Avropa Oyunlarını təqdim edəcək.
Telekanalın rəsmi internet səhifəsində I Avropa Oyunları barədə yerləşdirilən məqalədə bu mötəbər idman tədbirində Avropanın 49 ölkəsindən 6 mindən artıq atletin mübarizə aparacağı qeyd olunub. Bildirilib ki, bu innovativ çoxnövlü idman yarışı “Sky Sport” kanalının canlı efirində təqdim ediləcək.
Yazıda I Avropa Oyunlarının proqramına daxil edilən idman növləri və yarışlar barədə ətraflı məlumat verilib. Həmçinin “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin “Sky Sport” kanalı ilə imzalanan yayım müqaviləsinin əhəmiyyəti barədə dediyi fikirlər də əksini tapıb.
AZƏRTAC
Azərbaycan. - 2015.- 7 iyun.- S.9.