Ceyn PİRS: “Bakı-2015” gələcək Avropa Oyunları üçün standartları müəyyənləşdirəcək”

“Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik:

- Xanım Pirs, “Bakı-2015”in rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın Oyunlara hazırlıq prosesinin, Əməliyyat Komitəsinin həyata keçirdiyi tədbirlərin işıqlandırılması, iştirakçı ölkələr və idmançılar haqqında informasiyaların təqdim olunması baxımından fəaliyyətini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, sıx əlaqələrin qurulması olduqca əhəmiyyətlidir. I Avropa Oyunları haqqında daha doğrudolğun xəbər yayan, Oyunları geniş təbliğ edən milli media tərəfdaşımızın olması çox xoşdur. Azərbaycanın paytaxtı Bakıda böyük idman həyəcanını birgə yaşamağımıza az bir zaman qalıb. Mən sizinlə Oyunlar zamanı birgə işləməyi səbirsizliklə gözləyirəm. AZƏRTAC bir çox dillərdə xəbərlər yayır və beynəlxalq aləmdə çox yaxşı əlaqələrə malikdir.

- Siz Olimpiya Oyunları kimi mötəbər idman tədbirlərində bilavasitə media ilə işləyən bir şəxssiniz. “Bakı-2015”də mətbuatın işi ilə bağlı tətbiq edilən yeniliklər barədə nə deyə bilərsiniz?

- Bu mötəbər idman tədbiri özündə bir çox məsələləri müxtəlif yollarla birləşdirir. Yeni innovativ yollardan biri atletlərin xüsusi nəqliyyat vasitəsilə idman meydançalarından mətbuat əməliyyatları ərazisinə gətirilməsidir. Digər əhəmiyyətli işlərimizdən biri “İ-zona”ların təmin edilməsidir. Fikrimcə, bu, atletləri media nümayəndələrinə təqdim etməyin yeni, maraqlı üsullarından biridir. Qeyd etmək istərdim ki, I Avropa Oyunlarında bir çox digər yeniliklərin də şahidi olacağıq. Əminəm ki, bunlar gələcək üçün bir miras olacaq.

- I Avropa Oyunlarını işıqlandıracaq jurnalistlərə ilk növbədə nəyi bildirmək istərdiniz?

- Əvvəlcə onu bildirmək istərdim ki, biz media nümayəndələrinin rahat işləməsi üçün xüsusi məkanlar və geniş imkanlar yaratmışıq. I Avropa Oyunlarının rəsmi internet səhifəsində “media” düyməsini basmaqla istənilən idmançı haqqında məlumat əldə etmək mümkündür. Bizim yerli və beynəlxalq tərkibli komandamız hər bir media nümayəndəsinə yardım etməyə hazırdır. Bundan əlavə, hər bir ölkənin öz mətbuat attaşesi varonlar da jurnalistlərin istənilən atletlə əlaqə qurmasına operativ yardım edəcəklər. Tam əmin olun ki, media nümayəndələri idman meydançalarına gəlməzdən əvvəl onlar hər bir zəruri vəsait və məlumatla təmin olunacaq.

- İlk dəfə keçirildiyi nəzərə alınsa, I Avropa Oyunlarının standartlarının müəyyən edilməsində Azərbaycan təcrübəsi mühüm rol oynayacaq. Sizcə, Azərbaycan Oyunlarla bağlı hansı mühüm standartları müəyyən edəcək?

- Biz mötəbər bir idman oyunlarının ərəfəsindəyik. İdman meydançaları həqiqətən də əsrarəngizdir. Ölkəniz əlbəttə ki, Oyunların hazırlıqlarını yüksək standartlarla həyata keçirib. Media və Atletlər kəndləri artıq idmançıları qarşılamağa başlayıb. Belə əsrarəngiz arenalarda və möhtəşəm binalarda işləmək hər kəsə zövq verir. Bütün əməliyyat məntəqələrində yüksək standartlar təmin edilib. Ümid edirəm ki, bu, gələcək Avropa Oyunları üçün standartları müəyyənləşdirəcək.

- Artıq xeyli vaxtdır Azərbaycanda

sınız. Müşahidələrinizə əsasən ölkəmizin idman həyatı, insanların yarışlara marağı barədə nələri qeyd edə bilərsiniz?

- Bu layihə ilə bağlı artıq iki ildir ki, Azərbaycandayam. Ölkənizin idman ənənələrini nəzərə alsaq, sizin güləş, cüdo, taekvondo, sambo, boks idman növlərinə daha böyük maraq göstərəcəyinizi gözləyirəm. Avropa Oyunları məşəlinin bu mötəbər idman tədbirindən əvvəl bütün ölkə boyu səyahət etməsi böyükfantastik uğur hesab oluna bilər. Bu möhtəşəm estafet sayəsində bütün əhali şahid oldu ki, Azərbaycanda həqiqətən çox önəmli bir hadisə baş verəcək.

 

Azərbaycan.- 2015.- 6 iyun.- S. 3.