Odlar Yurduna. Avropa Oyunlarına start verilməsinə bir neçə gün qalıb

 

“Arqumentı i faktı v Belarusi” jurnalının 5 iyun nömrəsində “Odlar Yurduna. Avropa Oyunlarına start verilməsinə bir neçə gün qalıb” sərlövhəli məqalə dərc olunub. AZƏRTAC həmin məqaləni oxucuların diqqətinə təqdim edir.

İyunun 12-də Avropa Oyunlarının - 2015-ci ildə Avropanın əsas idman hadisəsinin təntənəli açılış mərasimi olacaq. Oyunlarda Belarusun 152 idmançısı iştirak edəcək. “AiF” Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadənin köməyi ilə yarışların loqotipini nəzərdən keçirirBelarus ilə Azərbaycanın mədəni rəmzləri arasında oxşar cəhətləri müəyyənləşdirir.

Adəm Yunisovun müəllifi olduğu Avropa Oyunlarının embleminin təqdimatı 2013-cü ildə olub. Loqotipə beş element daxildir: od, su, milli ornament elementi, ölkənin milli meyvəsi - nar, habelə Feniks quşuya Azərbaycan təfsirində - Simurq.

 

Od

- Azərbaycanı çox vaxtOdlar Yurdu” adlandırırlar. Bu, qədim zərdüştlük dininin ölkəmizdə qoyduğu dərin izlə bağlıdır. Belə bir fikir də yayılıb ki, bu ad ölkəmizdə neft və qazın çox olması ilə bağlıdır. Yeri gəlmişkən deyək ki, İkinci Dünya müharibəsində 100 sovet tankı və təyyarəsindən 97-si Azərbaycan nefti ilə işləyirdi.

 

Su

- Belarusu çaylar və göllər ölkəsi adlandırırlar. Bunu Azərbaycan haqqında da demək olar. Lakin loqotipdəki simvol hər şeydən əvvəl, Xəzər dənizi ilə bağlıdır. Azərbaycanda gözəl turizm mərkəzləri yaradılıb. Bizdə çoxlu çimərliklər istirahət zonaları vardır.

 

Ornament

- Azərbaycanın milli ornamentində ən çox yayılmış element - yuxarı ucu ensiz əyilmiş olan badamvari naxışlıbuta”dır. Xalça parça rəsmlərində dekor elementi kimibuta”ya tez-tez rast gəlmək olar.

Mən uzun müddət Belarus yazıçılarının şairlərinin, xüsusən Yanka Kupalanın Maksim Boqdanoviçin əsərlərinin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuşam. Belə bir cəhətə diqqət yetirmişəm ki, Belarus mədəniyyətində öz növbəsində peyğəmbərçiçəyi şəklində milli naxış yayılıb. M.BoqdanoviçSlutsk toxucularıadlı şeirində Slutsk kəmərlərində salınangözəl peyğəmbərçiçəyindənbəhs edir.

Nar

Nar bir çox ölkələrdə bitir. Amma Azərbaycandakı şirin faydalı nardan heç yerdə yoxdur. Demək olar ki, bu, ölkəmizlə assosiasiya edilən milli meyvədir: Belarus deyəndə istər-istəməz kartof yada düşən kimi.

Azərbaycanda tünd qırmızı rəngli iri dənələri olangülöyşənar sortu becərilir.

 

Feniks

- Feniks (Simurq) türkdilli xalqların mifologiyasında fantastik varlıqdır. Bu, Azərbaycan təbiətinin rəmzi olan zəngin mədəni irsimizin mühüm elementidir. Avropa Oyunlarının talismanına çevrilmiş digər bir rəmz - Ceyran obrazı da onun kimidir. Ceyran təbii gözəlliyin, zərifliyin və təmizliyin simvoludur.

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.9.