Ukraynanın idman portalı: “I Avropa Oyunlarının açılış mərasimini 68 min tamaşaçı stadionda izləyəcək”

 

Ukraynanın xsport.ua idman portalı I Avropa Oyunlarının Təşkilat Komitəsinə istinadən məlumat yerləşdirib.

Məlumatda qeyd olunub ki, Avropa Oyunlarının Təşkilat Komitəsi tədbirin açılış mərasimini 68 min tamaşaçının stadionda birbaşa, o cümlədən Avropanın 45, ümumilikdə dünyanın 98 ölkəsinin idmansevərlərin televiziyadan izləyəcəyini gözləyir: “Biz açılış mərasiminin detalları haqqında məlumat vermirik. İstəyirik ki, Azərbaycanda baş tutacaq bu böyük idman hadisəsi dünya teleauditoriyası üçün gözəl sürpriz olsun”. Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://xsport.ua/Olympics_s/news/tseremoniyu-otkrytiya-evropeyskikh-igr-posetit-68-tysyach-zriteley_146284/

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.9.