17 gün, 18 arena, 20 idman və 30
yarış növü, 50 ölkə,
6000-dən çox atlet,
253 dəst medal...
Güləş
Heydər Əliyev adına İdman Sarayı
480 idmançı
6 yarış günü
24 medal dəsti
Yarış keçirilir: 13-18 iyun
Azərbaycanda ən məşhur idman növlərindən olan güləş Avropa Oyunları zamanı xüsusi diqqət mərkəzində olacaq və yarışlar Heydər Əliyev adına İdman Sarayında 7800 tamaşaçının qarşısında baş tutacaq. İdmançılar ümumilikdə 18 çəki kateqoriyasında mübarizə aparacaqlar. Sərbəst və yunan-Roma güləşi üzrə yarışlar 400-dən çox idmançıya coşqulu azarkeş kütləsinin önündə Avropa çempionu adını qazanmaq şansı yaradacaq.
Cüdo
Heydər Əliyev adına İdman Sarayı
366 idmançı
4 yarış günü
4 medal dəsti
Yarış keçirilir: 25-28 iyun
Kişilərin və qadınların yarışında 350-dən çox idmançı 4 gün ərzində fərdi və komanda şəklində mübarizə aparacaq. İlk dəfə olaraq qitənin ən çoxnövlü mötəbər idman tədbirində kişilər üçün 90, qadınlar üçün isə 57 kq çəki dərəcələrində olmaqla, gözdən əlil idmançıların cüdo yarışları da keçiriləcək. Heydər Əliyev adına İdman Sarayı 1990-cı ildə istifadəyə verilib və bu günə qədər 30-dan artıq idman tədbirinə ev sahibliyi edib. Avropa Oyunları başlamazdan öncə arenada əsaslı təmir işləri aparııb. Arenada güləş və cüdo idman yarışlarını 7800 tamaşaçı izləyə biləcək.
Taekvondo
“Baku
Crystal Hall”
128 idmançı
4 yarış günü
8 medal dəsti
Yarış keçirilir: 16-19 iyun
4 gün ərzində
həm kişilər,
həm də qadınlar 8 medal dəsti uğrunda 4 çəki kateqoriyası üzrə mübarizə aparacaqlar. “Rio-2016” Yay Olimpiya Oyunlarına
təsnifat xarakteri daşıyan bu yarışa təxminən
128 idmançı qoşulacaq.
Batut
Gimnastikası
Milli Gimnastika Arenası
53 idmançı
3 günlük yarış
4 medal dəsti
Yarış keçirilir: 17-21 iyun
Batut gimnastları
3 yarış günü
ərzində Milli Gimnastika Arenasında havada göstərdikləri
hərəkətlərlə tamaşaçıları təəccübləndirməyə
çalışacaqlar. Kişi
və qadın gimnastlar gimnastikanın yüksək enerjili bu növü üzrə fərdi və sinxron yarışlarda medal uğrunda
mübarizə aparacaqlar.
Yarışların keçiriləcəyi Milli
Gimnastika Arenası ən yüksək beynəlxalq standartlara cavab verir və
idman arenaları üçün tələb
olunan şərtləri
qarşılamağa malikdir.
Voleybol
- “Baku Crystall Hall”
480 idmançı
16 yarış günü
2 medal dəsti
Yarış keçirilir: 13-28 iyun
Bu idman növü
üzrə kişilərin
və qadınların
turnirində 12 komanda
2 medal dəsti uğrunda
mübarizə aparacaq. Turnir “Rio-2016” Yay Olimpiya Oyunları
üçün önəmli
reytinq xalları qazanmaq şansı da yaradacaq.
Stolüstü tennis - Bakı İdman
Sarayı
128 idmançı
7 yarış günü
4 medal dəsti
Yarış keçirilir: 13-19 iyun
Bu müddət ərzində
128 idmançı mübarizəyə
qoşulacaq. Kişilərin
və qadınların
tək və komanda
oyunları 4 medal dəsti
uğrunda gedən maraqlı yarışlarla
müşayiət olunacaq.
Fərdi
yarışların qızıl
medal sahibləri birbaşa
“Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.
Bakı İdman Sarayında keçiriləcək bu yarışları 1700 tamaşaçı
izləyə biləcək.
Sambo
Heydər
Əliyev adına
İdman Sarayı
77 idmançı
1 yarış günü
8 medal dəsti
Yarış keçirilir: 22 iyun
Yarış 8 medal dəsti uğrunda mübarizədən ibarətdir. 41-i kişi, 36-sı qadın
olmaqla, 77 idmançı
yarışlarda iştirak
edəcək.
Heydər
Əliyev adına İdman Sarayında sambo yarışları üçün nəzərdə
tutulmuş meydança
0,8 m hündürlüyü
olan platformadan və xüsusi hazırlanmış hamar sambo döşəməsindən
ibarətdir.
Atıcılıq
Bakı Atıcılıq Mərkəzi
330 idmançı
7 yarış günü
19 medal dəsti
Yarış keçirilir: 16-22 iyun
330 kişi və qadın idmançı 7 yarış günü ərzində mübarizə aparacaq. Onlar tüfəng, tapança və güllə atıcılığı üzrə 19 fərdi və komanda oyunlarında medal uğrunda yarışacaqlar.
Bakı Atıcılıq Mərkəzi
“Bakı-2015” I Avropa Oyunları üçün yenidən inşa
edilmiş atıcılıq
arenasıdır. Arenada tikinti işləri 2014-cü ilin
dekabr ayında başa çatıb.
Karate
“Baku
Crystal Hall”
96 idmançı
2 yarış günü
12 medal dəsti
Yarış keçirilir: 13-14 iyun
Karate idman növü üzrə yarışlar
10-u fərdi kumite və 2-si fərdi
kata olmaqla 12 medal dəsti uğrunda keçiriləcək. Avropanın
ən yaxşı 48 kişi və 48 qadın idmançısı
“Baku Crystal Hall”un möhtəşəm
tatamisində öz bacarıqlarını nümayiş etdirəcəklər.
Triatlon
Bilgəh
çimərliyi
130 idmançı
2 yarış günü
2 medal dəsti
Yarış keçirilir: 13-14 iyun
Tamaşaçılar idmançıların
dənizdə üzərək,
velosiped sürərək
və qaçaraq qələbəyə doğru
irəlilədiklərinin şahidi
olacaqlar. 130 kişi
və qadın idmançının qatıldığı
yarışın çox
gərgin keçəcəyi
gözlənilir. Belə ki,
qızıl medal sahibləri
birbaşa “Rio-2016” Yay
Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə
qazanacaqlar. 2 günlük yarış Bakının mərkəzindən
şimalda yerləşən
Bilgəh çimərliyində
baş tutacaq.
Elçin CƏFƏROV,
Azərbaycan. - 2015.- 7 iyun.- S.7.