Ukraynanın internet nəşri Azərbaycanın Milli Qurtuluş Günündən bəhs edir

 

Ukraynanın “Versii.com. Fabrika analitikiinternet nəşrində Azərbaycan xalqı üçün əlamətdar bir tarix - 15 iyun haqqında “Milli qurtuluş və dirçəliş günü” sərlövhəli geniş məqalə dərc olunub.

Məqalənin müəllifləri  hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevsosial kommunikasiyalar üzrə elmlər namizədi, T.Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika İnstitutunun doktorantı Veronika Çekalyukdur. Məqalədə yazılıb: “Məhz həmin gün Azərbaycan xalqı öz dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə müraciət etdi. Onun titanik fəaliyyəti nəticəsində Azərbaycan çox qısa müddətdə böyük inkişaf yolu keçdi”.

Məqalədə xüsusi vurğulanır ki, həmin faciəli dövrdə Azərbaycan xalqının və dövlətinin yeganə ümidi və xilaskarı ulu öndər Heydər Əliyev oldu. Ümummilli Liderin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı həmin tarixi məqamdan ötən 20 ildən çox müddət ərzində dövlətçilik və milli şüurda, iqtisadisosial sistemdə köklü dəyişikliklər baş verdi.

Müəlliflər qeyd edirlər ki, Heydər Əliyev Azərbaycan xalqı üçün milli dirçəliş və milli ləyaqət ilə assosiasiya olunan əbədi milli rəmzə çevrilib. O, siyasi kursda varisliyin möhkəm təməlini qoyub. Xalqın Ümummilli Liderinin dövlət quruculuğuiqtisadi dirçəliş sahəsində başladığı işləri uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf edən dövlətləri cərgəsinə daxil olub.

Yazıda deyilir ki, dövlətin nüfuzu birinci şəxslərin və liderlərin, habelə elita nümayəndələrinin, incəsənət xadimlərinin və idmançıların, eləcə də qeyri-rəsmi liderlərin imicindən çox asılıdır. Bu mənada Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da ölkənin siyasi həyatında müəyyən rol oynayır. Materialda xüsusi vurğulanır ki, o, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edir. Oyunlar zamanı Azərbaycana gələnlər əmin olacaqlar ki, bu Şərq mədəniyyəti həm Avropa, həm də dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsidir. Yüksək inkişaf sürəti nümayiş etdirən, dövlətin hər bir vətəndaşının qayğısına qaldığı Azərbaycan Avropa dövlətlərinin çoxuna örnək ola bilər.

Analitik məqalədə xüsusi qeyd olunur ki, öz torpaqlarını azad etmək istiqamətində qətiyyətli addımlar atmaq üçün Azərbaycanın bu gün yetərincə iqtisadi, siyasi və hərbi qüdrəti var. Bunun üçün Azərbaycan dövlətinin və Prezidentinin qətiyyəti və iradəsi, habelə ölkəmizin gücü yetərincədir. Hələlik münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərilir. Ümidvarıq ki, münaqişənin sülh yolu ilə həlli imkanları tükənməyib.

Məqalə bu fikirlərlə tamamlanır: “Ukraynada çoxlu problem yığılıb. Çox istərdik ki, bu ağır dövrdə Ukrayna xalqı da Azərbaycanda olduğu kimi müdriklik göstərsin.  Ukraynanın liderləri Heydər Əliyev kimi xalqın bu gününə və sabahına xidmət etsinlər. Ölkədə ilk növbədə sülhün, vətəndaşların təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması məqsədilə daxili problemlər həllini tapsın”.

 Məqalənin tam mətnini aşağıdakı linkdən oxuya bilərsiniz: 

http://versii.com/news/328588/

 

Zeynal AĞAZADƏ,

AZƏRTAC-ın xüsusi müxbiri

 

Kiyev

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.5.