BİZƏ GÜVƏNİN

 

Azərbaycan idmançıları “Bakı-2015”in favoritlərinə çevriləcəklərinə əmindirlər

 

I Avropa Oyunlarının Vətəni olan Azərbaycan artıq ən sevincli anlarından birini yaşayır. Ölkəmiz beynəlxalq əhəmiyyətli idman yarışına ev sahibliyi edir. Daim başqa-başqa ölkələrdə təşkil olunan dünyaAvropa çempionatlarında medallar qazanıb Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandıran idmançılarımız isə Avropa Oyunlarına böyük həvəslə hazırlaşırlar.

“Bakı-2015”də iştirak edəcək milli komandalarımızın təlim-məşq toplanışları davam etməkdədir. Avropadünya çempionu adını qazanmış idmançılarımız öz parlaq karyeralarına Avropa Oyunları çempionu titulunu da əlavə etmək üçün qarşılarına məqsəd qoyublar - yalnız qızıl medal uğrunda!

Ölkəmizdə ən çox inkişaf edən idman sahələri güləş, boks, cüdo, taekvondokarate idman növüdür. Bu idman növlərinin əksəriyyəti üzrə Avropa, dünya çempionatlarının qızıl, gümüşbürünc medallarının sahibi olan fəxrlərimiz yenə də özlərinə güvənirlər. Onlar “Bakı-2015”in medalçıları sırasına düşəcəklərinə əmindirlər.

 

“Bakı-2015”də medallarımız daha çox olacaq

 

Boks üzrə Azərbaycan yığma komandasının üzvü, Avropa çempionu, dünya çempionatının gümüş, London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur MƏMMƏDOV (81 kq):

- I Avropa Oyunları möhtəşəm turnir olacaq. Azərbaycan bu idman yarışı ilə bir daha dünyaya səs salacaq. Eləcə idmançılarımız qazandıqları uğurları ilə xalqımızı sevindirəcəklər.

Boks üzrə yığma komandamızın hər bir üzvü medal qazanmaq üçün qarşısına məqsəd qoyub. Məşqçilərimiz çalışırlar ki, “Bakı-2015” yarışmalarında boks millimiz maksimum nəticə göstərsin. Meksikada keçirilən təlim-məşq toplanışında bir daha şahidi olduq ki, biz istənilən rəqibə qarşı döyüşüb qızıl medal almağa qadirik. Kubadan gələn əcnəbi məşqçilərimiz tələbkardırlar çalışırlar ki, bu çətin idman növünün hər bir incəliklərini boksçular yaxşı mənimsəsinlər.

Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları ölkəmizdə olduğundan, bizim üzərimizə daha çox məsuliyyət düşür. İdmançılarımız bu yarışa əvvəlki yarışlardan da ciddi yanaşırlar. Hesab edirəm ki, boks idmanın ən çətin növüdür bu yarışda uğur qazanmaq üçün çox çalışmaq lazımdır. İnanırıq ki, bizim medallarımız olacaq bayrağımız yüksəklərə qalxacaq. Həmişə demişəm ki, iki arzum var, biri Avropa Oyunlarında qalib olmaq, o biri 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında bayrağımızı qaldırmaqdır.

 

Zəhmətimiz hədər getməyəcək

 

Taekvondo üzrə Azərbaycan milli komandasının üzvü, dünya Avropa çempionu Radik İSAYEV (87 kq):

- Azərbaycan bir çox dünya Avropa çempionatlarına yüksək səviyyədə ev sahibliyi edib. İndi isə Avropa Oyunları tarixdə ilk dəfə Azərbaycanda keçirilir. Bu, böyük uğurdur. Ona görə idmançılar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirib medallar qazanmaq üçün bütün potensiallarını ortaya qoymalıdırlar.

Mən var gücümlə çalışıram ki, məşqçimin, özümün əziyyəti hədər getməsin. Ümid edirəm ki, bizim üçün hər şey müsbət nəticələnəcək. Düzdür, Azərbaycana gələcək idmançılar sırasında güclü taekvondoçular var. Rusiya, Fransa, İtaliya, İngiltərə digər ölkələrdən güclü idmançılar gələcək. Bu ölkələr Bakıya ən güclü idmançılarını gətirir. Buna əsasən demək olar ki, heç asan döyüşlər olmayacaq. Mən özümü heç rəqiblərimdən zəif hesab etmirəm. Ümid edirəm ki, bizim üçün yarışlar uğurlu olacaq. İnanırıq ki, bizi dəstəkləyənlər, bizdən nəticə gözləyənlər yarışlarımızı həvəslə izləyəcək, bizdən medal gözləyəcəklər. Biz isə uğurlu çıxış edərək lazım olan nəticəni verəcəyik.

Rusiyanın Çelyabinsk şəhərində keçirilmiş dünya çempionatında qızıl medala sahib çıxmağım Avropa Oyunlarına hazırlıq üçün gözəl stimul oldu. Ona görə bu yarışa ciddi hazırlaşmışıq.

 

Cüdoçularımız “Bakı-2015”də ən yüksək nəticələr göstərəcəklər

 

Cüdo üzrə Azərbaycan yığma komandasının üzvü, dünya Avropa çempionatlarının bürünc mükafatçısı

İlqar MÜŞKİYEV (60 kq):

- Çüdo ilə 12 yaşımdan məşğul olmağa başlamışam. Beynəlxalq yarışlarda dəfələrlə iştirak etmişəm. İkiqat Avropa, üçqat dünya mükafatçısıyam. Bütün oyunlarda idmançılarda həyəcan olur. Hər dəfə tatami üzərinə çıxıb həvəslə döyüşürük. Ancaq Avropa Oyunlarının həyəcanı tam başqadır. Çünki Azərbaycanda keçirildiyi üçün həmyerlilərimiz bizi maraqla izləyəcəklər. Biz inanırıq ki, Azərbaycan bu beynəlxalq yarışı yüksək səviyyədə keçirəcək idmançılarımız qazandıqları medallarla idman ölkəsi olduğumuzu sübut edəcəklər.

Təlim-məşq toplanışlarında ciddi hazırlıq keçmişik. Yaxın günlərdə son məşqlərə başlayacağıq. İyunun 17-dək Göygöl rayonunda yerləşən Olimpiya Kompleksində son məşqlərimizi edib Bakıya qayıdacağıq. 60 kq çəki dərəcəsində mübarizə aparacağam. Bu çəki dərəcəsində yarışan avropalı idmançıların əksəriyyəti ilə mübarizə aparmışam və qalib gəlmişəm. İnanıram ki, cüdoçularımız “Bakı-2015”də ən yüksək nəticələr göstərəcəklər. Bizim məqsədimiz üçrəngli bayrağımızı bütün bayraqlardan hündürə qaldırıb himnimizi səsləndirməkdir. Bundan böyük sevinc hissi ola bilməz.

 

I Avropa Oyunlarının qalibi kimi tarixdə izimiz qalacaq

 

Boks üzrə Azərbaycan yığma komandasının üzvü, Avropa çempionatının gümüş, qitə çempionatının bürünc mükafatçısı Elvin MƏMİŞZADƏ (52 kq):

- Hər bir Azərbaycan idmançısı kimi mən də qarşıma məqsəd qoymuşam ki, Avropa Oyunlarında ölkəm kimi yeni tarix yazım. İndiyədək Azərbaycanda Avropadünya çempionatları keçirilib və hər dəfə bu yarışlar yüksək səviyyədə təşkil olunub. Bunu əcnəbi idmançılar digər beynəlxalq yarışlarda bizimlə söhbətlərində də təsdiqləyirlər. İndi isə ilk Avropa Oyunları Vətənimizdə keçirilir. Bu, tarixə qızıl hərflərlə yazılacaq. Ona görə də biz də istəyirik ki, məhz ilk Avropa Oyunlarının qalibi kimi o tarixdə izimiz olsun.

Təlim-məşq toplanışımız Meksikada keçib. 18 gün ərzində gərgin məşqlər etmişik. Hazırda Bakıda məşqlərimiz davam edir. 52 kq çəki dərəcəsində avropalı boksçularla dəfələrlə qarşılaşmışam və rəqiblərimlə yaxından tanışam. Ona görə də bütün potensialımla “Bakı-2015”ə hazırlaşıram. İnanıram ki, Azərbaycana medal qazandıracam.

 

Avropa Oyunlarında qazanacağımız medal Rio-de-Janeyro-2016-ya gedən yolumuza işıq salacaq

 

Cüdo üzrə Azərbaycan yığma komandasının üzvü, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Nicat ŞIXƏLİZADƏ (66 kq):

- Ölkəmizdə ilk dəfə olaraq əvvəlki yarışlardan fərqli böyük idman yarışı keçirilir. Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək və dünyada idman ölkəsi kimi öncül yer tutduğunu bir daha təsdiqləyəcək. Azərbaycan hər zaman böyük uğurlara imza atmış ölkədir. Ona görə də inanıram ki, “Bakı-2015” sınağından da tam alnıaçıq, uğurla çıxacaq.

Çüdo üzrə yığma komandamız “Bakı-2015”ə çox ciddi və məsuliyyətli hazırlaşıb. Hələ məşqlərimiz davam edir. Xalqımızın diqqəti bizdə olacağı üçün ümidləri doğrultmaq borcumuzdur. Bu səbəbdən də cüdoçularımız medal uğrunda bütün potensillarını ortaya qoyacaqlar. Rəqiblərimiz də zəif deyillər. Avropanın ən güclü cüdoçuları Bakıya gələcək. Ancaq məqsədimiz Avropa Oyunlarında qızıl medala sahib çıxıb 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarına gedən yolumuza işıq salmaqdır. Ən böyük arzum Olimpiya çempionu olmaqdır. Avropa Oyunlarında çempionluq Olimpiya Oyunlarında Azərbaycan bayrağını yüksəklərə qaldırmağıma əlavə stimul verəcək.

 

Ölkəmizi “Bakı-2015”də layiqli təmsil edəcəyik

 

Taekvondo üzrə yığma komandamızın üzvü, gənclər arasında dünyaAvropa çempionu Məhəmməd MƏMMƏDOV (58 kq):

- 13 ildir ki, taekvondo ilə məşğul oluram. Gənclər arasında dünya Avropa çempionu olmuşam. Artıq böyüklərlə yarışlarda mübarizəyə baslamışam. “Bakı-2015” I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmışıq. Məşqlərimiz yüksək səviyyədə keçir. İnanıram ki, Avropa Oyunlarında ölkəmizi layiqli təmsil edəcəyik. Nəticələr barədə indidən proqnoz vermək çətindir. Rəqiblərimz güclü olsa da, medallar qazanacağımıza əminəm. Portuqaliya, Belçika Almaniya idmançılarını daha güclü rəqib kimi görürəm. Onlar reytinqdə ön sıralarda yer alan idmançılardır. Ancaq həmin Portuqaliya Belçika taekvondoçularını öncəki yarışlarda məğlub etmişəm. Ona görə düşünürəm ki, məhz Azərbaycanda keçiriləcək Avropa Oyunları idmançılarımızda özünə inam hissini daha da artıracaq biz qələbələrlə xalqımızı sevindirəcəyik.

 

Rəşad BAXŞƏLİYEV,

 

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.6.