Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 89, ¹ 7, maddə 621; 2014, ¹ 5, maddə 447, ¹ 9, maddə 1027; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 494 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.10-1-ci yarımbənd əlavə edilsin:

“6.10-1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 iyun 2015-ci il

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.5.