Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 194 Bakı
şəhəri, 22 may 2015-ci il
“Uşaq evləri
sosial xidmət müəssisələrinin Nümunəvi
Nizamnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tədbirlər planının 3-cü və 10-cu hissələrinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Uşaq evlərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 339 nömrəli qərarı ləğv edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 22 may
tarixli 194 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Uşaq evləri
sosial xidmət müəssisələrinin
NÜMUNƏVİ
NİZAMNAMƏSİ
1.
Ümumi müddəalar
1.1. Bu Nümunəvi Nizamnamə Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)”nın tədbirlər
planının 3-cü və 10-cu hissələrinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və uşaq evlərinin təşkilinin,
fəaliyyətinin sosial, iqtisadi və hüquqi əsaslarını
müəyyən edir.
1.2.
Uşaq evləri Azərbaycan Respublikasının “Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında” və “Sosial
xidmət haqqında” qanunlarına uyğun olaraq, valideynlərini
itirmiş və ya valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsini təmin etmək məqsədi
ilə yerli icra hakimiyyəti orqanlarının (şəhər
rayonu istisna olmaqla) tabeliyində yaradılır.
1.3.
Uşaq evləri öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının Ailə Məcəlləsini, Azərbaycan
Respublikasının “Sosial xidmət haqqında”, “Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında”, “Uşaq
hüquqları haqqında”, “Təhsil haqqında”,
“Uşaqların icbari dispanserizasiyası haqqında”
qanunlarını, bu Nümunəvi Nizamnaməni və digər
müvafiq normativ hüquqi aktları rəhbər tutur.
1.4. Bu
Nümunəvi Nizamnamə hər bir uşaq evi
üçün nizamnamənin hazırlanması
üçün əsas hesab edilir.
1.5.
Uşaq evləri irqindən, milliyyətindən, dinindən,
dilindən, cinsindən, mənşəyindən asılı
olmayaraq, Azərbaycan Respublikasında yaşayan valideynlərini
itirmiş və ya valideyn himayəsindən məhrum olmuş
uşaqlar üçün nəzərdə tutulmuş sosial
xidmət göstərilməsi sahəsində fəaliyyəti
həyata keçirən qeyri-kommersiya hüquqi şəxs
olan sosial xidmət müəssisələridir.
1.6.
Uşaq evləri aşağıdakı tiplər üzrə
yaradılır:
1.6.1. məktəbəqədər yaşlı
uşaqlar üçün;
1.6.2. məktəbyaşlı uşaqlar
üçün;
1.6.3. məktəbəqədər və məktəbyaşlı
uşaqlar üçün qarışıq tipli.
1.7.
Uşaq evlərinin öz adı həkk olunmuş
möhürü, ştampı və xəzinə hesabı
olur.
1.8.
Uşaq evləri tərbiyə olunmaq üçün qəbul
edilmiş uşaqlara münasibətdə qəyyumun (himayəçinin)
hüquq və vəzifələrinə malik olurlar.
2.
Uşaq evlərinin məqsədi
2.1.
Uşaq evlərinin məqsədi valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların və
bu Nümunəvi Nizamnamədə nəzərdə tutulan
hallarda onların arasından olan şəxslərin həyat səviyyəsini
ağırlaşdıran, sosial-psixoloji vəziyyətini
çətinləşdirən, cəmiyyətdən təcrid
olunmasına gətirib çıxaran məqamların
qarşısını almaqdan, çətin həyat şəraiti
yarandıqda ehtiyacı olan uşaqlara sosial xidmətin göstərilməsini
təmin etməkdən ibarətdir.
3.
Uşaq evlərinin vəzifələri
3.1.
Uşaq evlərinin vəzifələri aşağıdakılardır:
3.1.1. bu Nümunəvi Nizamnamə ilə müəyyən
olunmuş qaydada uşaqları
qəbul etmək;
3.1.2. uşaq üçün layiqli
yaşayış şəraitini təmin etmək;
3.1.3. keyfiyyətli sosial xidmətin həyata
keçirilməsini təmin etmək;
3.1.4. sosial işçi tərəfindən sosial
xidmətin formasını, növünü, göstərilməsi
yerini və müddətini özündə əks etdirən
sosial xidmətə olan tələbatın qiymətləndirilməsi
və müəyyənləşdirilməsi üzrə
hesabatı və uşağa sosial xidmət göstərilməsinə
dair fərdi planı hazırlamaq;
3.1.5. yaş
və fərdi xüsusiyyətlərini nəzərə
almaqla, uşağın intellektual, mənəvi, fiziki,
psixoloji və sosial inkişafını, sadə əmək vərdişlərinə
yiyələnməsini, istedad və qabiliyyətinin üzə
çıxarılmasını,
sağlamlığının qorunmasını, estetik tərbiyəsini,
təbiətə və insanlara həssas münasibətini
formalaşdırmaq;
3.1.6. uşağı müstəqil həyata və
cəmiyyətə inteqrasiya olunması üçün
hazırlamaq;
3.1.7. bacarığı və istedadı ilə fərqlənən
uşaqların musiqi məktəblərinə, uşaq və
gənclər yaradıcılıq evlərinə göndərilmələrini,
habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə,
yarışlarda, sərgilərdə iştiraklarını təmin
etmək;
3.1.8. əmək qabiliyyətli olduqda,
uşaqların əmək fəaliyyəti ilə məşğul
olmaları üçün məşğulluq orqanları ilə
əməkdaşlıq etmək;
3.1.9. uşaqların himayəyə və qəyyumluğa
verilməsi üçün himayə və qəyyumluq
orqanları ilə əməkdaşlıq
etmək;
3.1.10. uşaqlarda cəmiyyətə və qanunlara
hörmət ruhunda davranışın
formalaşdırılmasına yönəldilmiş proqram və
metodikaların həyata keçirilməsi üzrə tədbirlər
görmək;
3.1.11. inkişafında qüsurlar olan və təhsildə
çətinlik çəkən uşaqlara sosial-psixoloji və
pedaqoji yardım göstərmək;
3.1.12. uşaqların hüquq və mənafelərinin
müdafiəsini təmin etmək;
3.1.13. uşaqlar barədə məlumatların
konfidensiallığını təmin etmək;
3.1.14. uşaqların təhsil almaları
üçün təhsil müəssisələrinə
müraciət etmək;
3.1.15.
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, uşaqlara mütəmadi
tibbi xidmət göstərilməsinin təmin edilməsi məqsədi
ilə onların uşaq evinin yerləşdiyi ərazi üzrə
tibb müəssisəsində uçota götürülməsi
üçün müraciət etmək.
4.
Uşaq evlərinin hüquqları
4.1.
Uşaq evləri aşağıdakı hüquqlara malikdir:
4.1.1. dövlət və yerli özünüidarəetmə
orqanları və digər təşkilatlar tərəfindən
himayəsində olan uşaqlarla bağlı qərarlar qəbul
edilərkən, zəruri məlumatları tələb etmək;
4.1.2. dövlət və yerli özünüidarəetmə
orqanları ilə və digər təşkilatlarla əməkdaşlıq
etmək, uşaqların hüquqlarının müdafiə
edilməsi, qəyyumluğa (himayəyə) və ya
övladlığa götürülməsi, onlara
qayğının və sosial xidmətin göstərilməsi
ilə bağlı müvafiq orqanlara, idarə və müəssisələrə
təkliflər vermək;
4.1.3. uşaqlara təyin edilmiş pensiya, aliment,
sosial müavinət və digər sosial ödənişlərin
köçürülməsi məqsədi ilə onların
adlarına hesab açmaq və sosial ödənişlərin
həmin hesaba köçürülməsi barədə
müvafiq orqanlara rəsmi müraciət etmək;
4.1.4. uşaq hüquqlarının həyata
keçirilməsinə dair elektron məlumat bankından məlumat
almaq üçün bilavasitə məlumat bankının
administratoruna sorğu vasitəsilə müraciət etmək.
5.
Uşaq evlərinin fəaliyyətinin təşkili
5.1.
Uşaq evlərinin fəaliyyətinə rəhbərlik və
onun idarə olunması ali təhsilli, müvafiq (pedaqoji,
psixoloji, sosioloji, tibbi və sosial) sahədə 5 ildən az
olmayan iş stajına malik olan və həmin müəssisənin
mülkiyyət növünə uyğun olaraq, aidiyyəti
icra hakimiyyəti orqanının təyin etdiyi direktor tərəfindən
bu Nümunəvi Nizamnaməyə və uşaq evinin nizamnaməsinə əsasən
həyata keçirilir.
5.2.
Uşaq evinin direktoru:
5.2.1. rəhbərlik etdiyi uşaq evinin işinin səmərəli
təşkil edilməsi, aidiyyəti yerli icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş illik iş
planında nəzərdə tutulmuş tədbirlərin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və
işçi heyətinin peşəkarlıq səviyyəsinin
artırılması üçün tədbirlər
görür;
5.2.2. uşaq evlərində uşaqların
sağlam və keyfiyyətli qida məhsulları ilə, habelə yaşı və cinsi nəzərə
alınmaqla mövsümi geyimlə təmin olunması
üçün tədbirlər görür;
5.2.3. uşaq evinin işçilərini Azərbaycan
Respublikasının əmək qanunvericiliyinə əsasən
vəzifəyə təyin edir, vəzifədən azad edir,
onlar barəsində həvəsləndirmə və intizam tənbehi
tədbirləri görür;
5.2.4. bu Nümunəvi Nizamnamənin 3.1.4-cü
yarımbəndində nəzərdə tutulmuş fərdi
planı təsdiq edir;
5.2.5. uşaqların uşaq evinə qəbulunu və
oranı tərk etməsini rəsmiləşdirir;
5.2.6. uşaq evini təmsil edir və uşaq evinin
adından çıxış etmək üçün digər
şəxslərə etibarnamə verir;
5.2.7. müəyyən edilmiş struktur, əməkhaqqı
fondu və işçilərin say həddi daxilində
uşaq evinin ştat cədvəlini və ayrılmış
büdcə təxsisatı çərçivəsində xərclər
smetasını təsdiq edir;
5.2.8. uşaq evinin fəaliyyəti və göstərdiyi
xidmətlər barədə ictimaiyyəti məlumatlandırır,
uşaq hüquqlarının müdafiəsi ilə
bağlı dövlət və qeyri-hökumət təşkilatları,
ictimaiyyət arasında əlaqələrin qurulmasını
və beynəlxalq səviyyədə əməkdaşlığı
təmin edir;
5.2.9. uşaqlara qarşı zorakılıq, istismar,
sui-istifadə hallarının qarşısının
alınması üçün konkret tədbirlər
görür. Belə hallar olduqda, aidiyyəti üzrə daxili
işlər və yerli icra hakimiyyətinin qəyyumluq və
himayə orqanlarına məlumat verir;
5.2.10.
uşaq evinin fəaliyyəti barədə aylıq hesabatı
və rüblük maliyyə hesabatlarını aidiyyəti
yerli icra hakimiyyəti orqanına, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə və Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinə təqdim edir;
5.2.11. bu Nümunəvi Nizamnamə ilə müəyyən
edilmiş və Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər səlahiyyətləri
yerinə yetirir.
5.3.
Uşaq evlərinin direktoru tərəfindən verilən qərarlar
əmr şəklində rəsmiləşdirilir.
5.4.
Uşaq evlərində xidmətlər psixoloqlar, sosial
işçilər və sosial xidmətçilər tərəfindən
həyata keçirilir.
5.5.
Uşaq evlərinin işçilərinin hüquq və vəzifələri
uşaq evinin nizamnaməsi və “Sosial xidmət haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə, daxili intizam qaydaları isə
uşaq evləri tərəfindən müəyyən olunur.
5.6.
Uşaq evinin nizamnaməsi aidiyyəti yerli icra hakimiyyətiorqanı
tərəfindən təsdiq edilir.
6.
Uşaq evlərində uşağın təminatları
6.1.
Uşaq evlərində uşaqlar üçün ailə
mühitinə yaxın təhlükəsiz və psixoloji cəhətdən
sabit, uşağın şəxsi keyfiyyətlərini,
inkişafındakı xüsusiyyətləri nəzərə
alan, ehtiyac və maraqlarını
qarşılayan şərait yaradılır.
6.2.
Uşaq irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə,
mənşəyinə, sosial mənsubiyyətinə görə
zorakılıq, təhqir, diskriminasiya və təqiblərdən
qorunur. Uşağın hüquqlarının bərpası məqsədi
ilə yuxarı orqana maneəsiz müraciət etmək
imkanı təmin edilir və zəruri hallarda Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanıtərəfindən
araşdırmalar aparılır. Uşağın
təhlükəsizliyini təmin etmək üçün onun
hüquqlarının pozulması hallarının uçotu
aparılır, onların səbəbləri təhlil olunur və
gələcəkdə belə hüquqpozmaların
qarşısının alınması üsullarına dair qərar
qəbul edilir.
6.3.
Uşaqda təhlükəsiz və əxlaq normalarına
uyğun davranış bacarığı
formalaşdırılır, uşaqla uşaq evinin heyəti
arasında qarşılıqlı etibar, inam və hörmət
əsasında mühitin yaradılması təmin olunur.
6.4.
Uşağın səhhəti nəzərə alınmaqla,
onun fərdi qida qəbul etmək tələbatı tibb
işçisi tərəfindən qiymətləndirildikdən
sonra o, müvafiq qida ilə təmin edilir.
6.5.
Uşaq geyim, ayaqqabı və yumşaq inventarlarlaAzərbaycan
Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli
15 nömrəli qərarı ilə təsdiq edilmiş
“Bütün tipdən olan internat məktəblərdə, əqli
və ya fiziki cəhətdən qüsurlu uşaqlar
üçün internat məktəblərdə, uşaq evlərində,
yetim və valideyn himayəsindən məhrum olan uşaqlar
üçün internat məktəblərdə tərbiyə
olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı,
yumşaq inventarlarla təmin olunması norması”na uyğun təmin
edilir.
6.6.
Uşaq evlərində bayram, istirahət, əlamətdar
günlərin və tətillərin səmərəli təşkil
olunması təmin edilir.
6.7.
Uşaq evində olan uşağa təyin edilmiş pensiya,
aliment, müavinət və digər sosial ödənişlər
uşağın adına
açılmış bank əmanəti hesabına (depozitə)
köçürülür.
6.8.
Uşağın formalaşmış şəxsiyyət kimi
inkişaf etməsi ilə bağlı məsələlər
həll edilərkən, onun öz fikirlərini, münasibətini
sərbəst şəkildə ifadə etməsi
üçün şərait yaradılır.
6.9.
Uşağın valideynləri, babaları, nənələri,
qardaşları, bacıları və digər qohumları ilə
ünsiyyətdə olması və onlar haqqında məlumatlar
alması üçün ona müvafiq şərait
yaradılır.
6.10. 14
yaşına çatmış uşaqlara şəxsi işləri
ilə tanış olmaq imkanı
yaradılır.
6.11.
“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ərazi
üzrə tibb müəssisəsi tərəfindən
uşağa profilaktik peyvəndlər edilir.
6.12.
Uşağın təhsil hüququ təmin edilir. Uşaqlara
özünüifadə ehtiyaclarını qarşılamaq,
uşaqlar üçün nəzərdə tutulmuş digər
təhsil müəssisələrinə getmək imkanı
yaradılır, o cümlədən uşaqların asudə
vaxtlarının səmərəli və mənalı təşkili
məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr
keçirilir, yaradıcı insanlarla görüşlər təşkil
edilir, onlar ayda 2 dəfədən az olmayaraq ekskursiyalara, gəzintilərə,
konsert və teatr tamaşalarına, muzeylərə
aparılır, ölkənin flora və faunasının,
tarixinin və mədəniyyət abidələrinin öyrənilməsi
təmin olunur.
6.13.
Uşaqlar yaşlarına uyğun bədii ədəbiyyatla, dərs
vəsaitləri, informasiya texnologiyaları, təhsilləri
üçün zəruri olan və inkişafını,
bacarıq və maraqlarını qarşılayan digər məktəb
ləvazimatları ilə təmin olunurlar.
6.14.
Uşaqlara ev
tapşırıqlarının yerinə yetirilməsində
köməklik göstərilir.
6.15.
Uşaq yaşına və potensialına görə peşə
seçimi və istiqamətləri barədə məlumatlandırılır.
6.16.
Uşağa gələcəkdə müstəqilliyini təmin
etmək məqsədi ilə öz büdcəsini idarə
etmək, alış-verişlə və evdarlıqla
bağlı digər bacarıqları mənimsəmək
üçün şərait yaradılır. Uşağın
mümkün qədər müstəqil olması
üçün uşaq evindəki məişət xidmətləri
təşviq edilir və onda özünəxidmət
bacarığı inkişaf etdirilir.
6.17. Bu
Nümunəvi Nizamnamənin 10.4.3-cü yarımbəndində
göstərilən halda yaşayış sahəsi olmayan
uşaqlar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə
və “Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
yaşayış yeri ilə təmin olunana kimi uşaq evində
qalmaq hüququna malikdirlər.
6.18.
Uşaq evlərində uşaqlar tam dövlət təminatındadırlar
və valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün qanunda nəzərdə
tutulmuş bütün hüquq və imtiyazlardan istifadə
edirlər.
7.
Uşağın yaşayış yerinə və mühitinə
dair tələblər
7.1.
Uşaq evlərində uşağın təhlükəsizliyi,
rahatlığı və ehtiyacları təmin edilməlidir.
7.2.
Uşaq evlərində uşaq sanitariya-gigiyena,
yanğından mühafizə və digər tələblərə
cavab verən təhlükəsiz şəraitdə
yaşamalıdır.
7.3.
Uşaq evləri uşaq üçün müvafiq mebellə
və avadanlıqlarla təchiz edilməlidir.
7.4.
Uşaq evləri işıqlı, mövsümdən
asılı olaraq isti və ya sərin olmalı və
ventilyasiyası, kommunal və kommunikasiya sistemi daim qənaətbəxş
vəziyyətdə saxlanılmalıdır. Yataq
otaqlarında təbii işığı və ventilyasiyanı
təmin edən pəncərələr olmalıdır.
7.5.
Müxtəlif cinsdən olan 6 yaşdan yuxarı uşaqlar
aşağıdakı kateqoriyalara görə ayrı-ayrı
yataq otaqlarında yerləşdirilməlidirlər:
7.5.1. 6 –
9 yaşlı uşaqlar;
7.5.2. 10 –
12 yaşlı uşaqlar;
7.5.3. 13 –
14 yaşlı uşaqlar;
7.5.4. 15 –
17 yaşlı uşaqlar;
7.5.5. bu Nümunəvi Nizamnamənin 10.4.3-cü
yarımbəndində göstərilən halda
yaşayış sahəsi olmayan şəxslər.
7.6.
Uşaqların yataq otağının digər otağa
keçidi olmamalı və qapısı ümumi dəhlizə
açılmalıdır.
7.7.
İki uşağın eyni çarpayıda yatmasına, həmçinin
6 yaşından kiçik olan uşağın ikimərtəbəli
çarpayının üst qatında yatmasına yol verilməməlidir.
7.8. Hər
bir uşaq yaxşı vəziyyətdə olan, ən azı
həftədə bir dəfə və ya çirkləndikdə
təmiz yataq dəsti ilə təmin edilməlidir.
7.9. Şəxsi
gigiyena məqsədi ilə uşaq gigiyenik vasitələrlə
təmin edilməlidir.
7.10.
Uşaq evlərində uşaqların fiziki təhlükəsizliyinə
xələl gətirə bilən təhlükə mənbəyi
olmamalı, bütövlükdə uşaq evlərinin ətrafında
olan həyət, zirzəmi, mansarda (girişi açıq
olan), çardaq, qaraj, üstü açıq quyu (hovuz) və
ya anbar ərazisi uşaqların təhlükəsizliyi
baxımından yoxlanılmalıdır.
7.11.
Uşaq evlərində dərman preparatları, təmizlik ləvazimatları,
həşəratlara qarşı vasitələr, yanacaq məhsulları,
bıçaq və digər təhlükəli alətlər
uşaqların əli çatmayan yerlərdə və ya
bağlı dolab və qutularda saxlanılmalıdır.
7.12.
Uşaq evlərində istilik cihazlarından istifadə
zamanı təhlükəsizlik qaydalarına riayət
olunması təmin edilməlidir.
7.13.
Uşaq evlərində məişət tullantıları
müvafiq örtülü qablarda saxlanılmalı,
uşaqların sağlamlığı üçün təhlükə
və xoşagəlməz təsir yaratmamalıdır.
7.14.
Uşaq evlərində tezalışan materiallar istilik
avadanlıqlarına yaxın yerləşdirilməməli,
nasaz vəziyyətdə olan naqillərdən və elektrik məişət
avadanlıqlarından istifadə edilməməlidir.
7.15.
Uşaq evlərində hər bir telefon aparatının
yanında yanğından mühafizə xidmətinin və təcili
tibbi yardım stansiyasının nömrələri, qəza
hallarında əlaqə saxlamaq üçün məsul
şəxsin, həmçinin yerli icra hakimiyyətinin qəyyumluq
və himayə orqanının nümayəndəsinin əlaqə
nömrələri olmalıdır.
7.16.
Uşaq evlərinə məxsus həyətyanı sahədə
dağıntı, zibil və üstü örtülməmiş
çənlər olmamalıdır.
7.17.
Uşaq evlərində uşağın nəqliyyatın hərəkətinin
gur olduğu küçəyə, magistral yola, su sahəsi və
ya digər təhlükəli ərazilərə getməsinin
qarşısını alan hasar, yaxud maneə
olmalıdır.
7.18.
Uşaq evlərində uşaqlar oyuncaqlarla təmin edilməlidirlər.
Həmin oyuncaqlar uşaqlara təhlükə
yaratmamalı, onların yaşı və inkişafı
baxımından məqsədəuyğun olmalıdır.
7.19.
Uşaq evləri təhlükəsizlik xidməti ilə təmin
olunur.
7.20.
Uşaq evlərində yaşayanların adambaşına
düşən yaşayış sahəsi 6 kvadrat metrdən az olmamalıdır.
8.
Uşaq evlərinə qəbul
8.1.
Uşaq evlərinə “Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, valideynlərini itirmiş və ya
valideyn himayəsindən məhrum olmuş 3 yaşdan
yuxarı uşaqlar qəbul edilirlər.
8.2.
Uşağın mənafeyinin tələb etdiyi hallar istisna
olmaqla, qardaş və bacıların ayrılmasına yol
verilmir. Uşaq evinə qəbul zamanı
qohumluq əlaqəsi olan uşaqlara üstünlük verilir.
8.3.
Uşaqların uşaq evlərinə yerləşdirilməsi
üçün onların valideynlərindən biri,
qohumları, digər qanuni nümayəndəsi (qəyyumu,
himayəçisi), bələdiyyələr, qeyri-hökumət
təşkilatları, habelə onların
razılığı ilə digər şəxslər yerli
icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət
edirlər. Ərizəyə aşağıdakı sənədlər
əlavə olunur:
8.3.1. uşağın şəxsiyyətini təsdiq
edən sənədin surəti;
8.3.2. valideynin şəxsiyyətini təsdiq edən
sənədin surəti (nikahdankənar doğulduğu təqdirdə,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər)
qeydiyyat şöbəsinin arayışı);
8.3.3. vəfat edən valideynin (valideynlərin)
ölüm haqqında şəhadətnaməsinin surəti və
ya bu barədə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin
arayışı, valideynin (valideynlərin) xəbərsiz
itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan
və ya fəaliyyət qabiliyyəti məhdud olan hesab edilməsi,
ölmüş elan olunması ilə bağlı məhkəmənin
qətnaməsinin surəti;
8.3.4. valideyn (valideynlər) valideynlik hüququndan məhrum
edilmişdirsə və ya valideynlik hüquqları məhdudlaşdırılmışdırsa,
bu barədə məhkəmənin qətnaməsinin surəti;
8.3.5. qəyyumun və ya himayəçinin təyin
edilməsi barədə sənədin və qəyyumun və
ya himayəçinin şəxsiyyətini təsdiq edən sənədin
surəti;
8.3.6. valideynlər boşanmışdırsa,
nikahın pozulması haqqında şəhadətnamənin
surəti;
8.3.7. valideynlərdən birinin və ya hər
ikisinin həbsdə olduğu təqdirdə, məhkəmənin
müvafiq qərarının surəti;
8.3.8. valideynin (valideynlərin) əlilliyi varsa, əlillik
qrupunu təsdiq edən sənədin surəti;
8.3.9. uşağın yaşadığı mənzildə
qeydiyyatda olan şəxslər barədə müvafiq polis
orqanının arayışı;
8.3.10. valideynin (valideynlərin) daşınmaz əmlak
üzərində hüququnu təsdiq edən daşınmaz əmlakın
dövlət reyestrindən məlumat;
8.3.11. uşağın sağlamlıq vəziyyəti
haqqında tibbi arayış.
8.4. Bu Nümunəvi Nizamnamənin 8.3-cü bəndində
göstərilən sənədləri müraciət edən
şəxs bu və ya digər səbəbdən təqdim edə
bilmədikdə, uşağın uşaq evinə yerləşdirilməsindən
imtina edilmir. Çatışmayan sənədlər yerli icra
hakimiyyəti orqanlarınınsorğusu ilə aidiyyəti
dövlət orqanları tərəfindən ən geci bir ay
müddətində təqdim olunur.
8.5.
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun
12.4-cü maddəsinə əsasən, müraciətə
daxil olduğu vaxtdan 5 (beş) iş
günü müddətində yerli icra hakimiyyətinin qəyyumluq
və himayə orqanında baxılır və
uşağın uşaq evinə yerləşdirilməsi barədə
qərar qəbul edilir.
8.6.
Uşaq evlərinə qəbul ilboyu aparılır.
9.
Uşaqların şəxsi işlərinin
açılması və saxlanılması şərtləri
9.1.
Uşaq evlərinə qəbul edilən uşaq
üçün bu Nümunəvi Nizamnamənin 8.3-cü bəndində
göstərilənlər də daxil olmaqla,
aşağıdakı məlumat və sənədlər əsasında
şəxsi iş açılır:
9.1.1. doğumunun qeydiyyata alındığı yer
barədə;
9.1.2. ailə üzvlərinin sayı və tərkibi,
valideyninin (valideynlərinin), qardaş və
bacılarının yaşayış ünvanları, əlaqə
telefonları barədə;
9.1.3. valideyninin (valideynlərinin) məşğulluq
vəziyyəti (işsiz və ya məşğul olması, fəaliyyət
növü, əmək miqrantı olub-olmaması) barədə;
9.1.4. valideynlərinin ölümündən sonra
qalmış əmlakın siyahısı və bu əmlakı
idarə etmək səlahiyyətinə malik şəxslər
haqqında;
9.1.5. uşağın qeydiyyatda olduğu
yaşayış yeri barədə sənədlər;
9.1.6. sağlamlıq tarixçəsi (peyvəndlər,
keçirdiyi xəstəliklər, praktiki sağlamlıq və
sağlamlıq imkanları) barədə;
9.1.7. təhsili ilə bağlı sənədlər,
o cümlədən təhsil aldığı müəssisənin
adı, ünvanı və telefon nömrəsi, hər 6
(altı) aydan bir uşağın təhsilə davamiyyəti
haqqında yenilənmiş məlumat;
9.1.8. xüsusi təhsil nailiyyəti (fənnin
növü, olimpiadanın tarixi və yeri), xüsusi idman
nailiyyəti (idmanın növü, yarışmanın tarixi
və yeri), üzv olduğu idman dərnəyi (dərnəyin
ünvanı və uşağın üzv olduğu tarix),
asudə vaxtını təmin edən istirahət düşərgəsi
(düşərgənin adı, yeri, uşağın istirahət
düşərgəsində olduğu tarix) barədə;
9.1.9. uşağa göstərilən sosial xidmətlər
haqqında və həmin xidmətlərin uşağın
inkişafında etdiyi dəyişikliklər barədə məlumat;
9.1.10. təyin edilmiş aliment (məbləği, təyin
edildiyi müddət, verilmə ardıcıllığı
barədə hər 6 (altı) aydan bir yenilənmiş məlumat),
təyin edilmiş əmək pensiyası və ya sosial
müavinətlər (növlər üzrə
ayrı-ayrılıqda), təyin edilmiş ünvanlı
sosial yardım (məbləği və verilmə müddəti)
barədə;
9.1.11. 15
yaşından yuxarı uşağın məşğulluq vəziyyəti
(iş yeri, işə qəbul olunduğu və ya məşğulluq
orqanında işsiz olaraq qeydiyyata alındığı tarix)
barədə.
9.2.
Uşaq evlərini tərk edən uşaqların şəxsi
işlərinin surəti uşaq evlərində ən azı
10 il müddətində
saxlanıldıqdan sonra Azərbaycan Respublikasının Milli
Arxiv İdarəsinə təhvil verilir.
10.
Uşaqların uşaq evlərini müvəqqəti və
daimi tərk etməsi
10.1.
Uşağı qısa müddətə müvəqqəti
(mütəmadi qaydada hər həftə sonunda və ya bayram
günlərində) öz ailəsinə götürmək
istəyən yaxın qohumlarından biri (bundan sonra – şəxs)
uşaq evinin direktoruna ərizə ilə müraciət edir. Ərizədə uşağın və onu öz
ailəsinə müvəqqəti götürmək istəyən
şəxsin adı, soyadı və yaşı, şəxsin
ünvanı, əlaqə telefonları və
uşağın ailəyə götürülməsinin dəqiq
müddəti göstərilməlidir. Uşaq evinin
direktoru ərizəni aldıqdan sonra 3 (üç) iş
günü müddətində yerli icra hakimiyyətinin qəyyumluq
və himayə orqanını məlumatlandıraraq,
uşağın qısa müddətə şəxsin ailəsinə
verilməsinə və ya verilməsindən imtina olunmasına
dair əsaslandırılmış qərar qəbul edir. Şəxsin həmin qərardan inzibati və ya məhkəmə
qaydasında şikayət etmə hüququ vardır.
10.2.
Uşağın qısa müddətə şəxsə
verilməsinə dair qərarda aşağıdakılar qeyd
olunur:
10.2.1. uşağın adı, soyadı və
yaşı;
10.2.2. şəxsin adı, soyadı, şəxsiyyət
vəsiqəsinin seriyası və nömrəsi, qeydiyyat və
faktiki yaşayış ünvanı;
10.2.3. uşağın uşaq evini tərk etmə
vaxtı;
10.2.4. qohumluq əlaqəsini təsdiq edən sənədin
surəti, uşağın verilməsininəsaslandırılması
və səbəbləri.
10.3.
Şəxs uşağın lazımi qayğı və
yaşayış şəraiti ilə təmin edilməsinə
görə məsuliyyət daşıyır.
10.4.
Uşaq uşaq evini aşağıdakı hallarda daimi tərk
edir:
10.4.1. valideynlərinə (qəyyumuna, himayəçisinə)
qaytarıldıqda;
10.4.2. övladlığa götürüldükdə;
10.4.3. 18
yaşı tamam olduqda (ali və orta
peşə-ixtisas təhsili müəssisələrində əyani
formada təhsil alan şəxslər təhsilini bitirdikdə
(23 yaşdan çox olmamaqla) və ya əmək fəaliyyətinə
başladıqda;
10.4.4. nikaha daxil olduqda.
10.5.
Uşaq uşaq evini daimi tərk edərkən müddəti
göstərilməklə, uşaq evində olması barədə
arayışla birlikdə bu Nümunəvi Nizamnamənin
8.3-cü və 9.1-ci bəndlərində göstərilən
sənədlərlə də təmin edilir.
11.
Uşaq evlərinin mülkiyyəti
11.1.
Uşaq evlərinin əmlakı və maliyyə vəsaitləri
yalnız bu Nümunəvi Nizamnamə ilə müəyyənləşdirilmiş
məqsədlərin həyata keçirilməsi
üçün istifadə edilir.
12.
Uşaq evlərinə nəzarət
12.1.
Uşaq evlərinə Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti Qaydası”na uyğun dövlət
nəzarəti həyata keçirilir.
12.2.
Uşaq evlərinə qanunla müəyyən edilmiş
qaydada ictimai nəzarət həyata keçirilir.
12.3. Uşaq evlərinə
ictimai nəzarət fiziki şəxslərin və ictimai
birliklərin təşəbbüsü əsasında təşkil
olunmaqla həyata keçirilir.
12.4.
Uşaq evlərinə ictimai nəzarət dövlət nəzarətinin
həyata keçirilməsindən asılı olmayaraq,
“İctimai iştirakçılıq haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
formalarda və qaydada aparılır.
12.5.
Uşaq evlərinə ictimai nəzarəti həyata
keçirən fiziki şəxslər və ictimai birliklər
aşağıdakı hüquqlara malikdirlər:
12.5.1. uşaqların mənafeləri nəzərə
alınmaqla, istənilən vaxt maneəsiz və əvvəlcədən
xəbərdarlıq etməməklə uşaq evlərinə
daxil olmaq, baxış keçirmək;
12.5.2. yerli icra hakimiyyəti
orqanlarındanvə uşaq evlərindən uşaqların
sağlamlıq vəziyyəti, təhsili, saxlanma şəraiti
(o cümlədən, qidalanması) barədə məlumat
almaq, bu məlumatların həqiqətə uyğunluğunu
yoxlamaq, aidiyyəti üzrə təkliflər vermək,
uşaqların qanunla müəyyən
olunmuş hüquq və imtiyazlarının təmin edilməsi
üçün Azərbaycan Respublikası Prezidentinin 2012-ci
il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti Qaydası”nın 1.3-cü bəndində
göstərilən orqanlar qarşısında vəsatət
qaldırmaq, bunlarla bağlı ictimai müzakirələr
keçirmək.
Azərbaycan.- 2015.- 6 iyun.- S. 4.