Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 196                                    Bakı şəhəri, 22 may 2015-ci il

 

“Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparanarxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.16-cı yarımbəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparanarxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 22 may

tarixli 196 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu QaydaMədəniyyət haqqındaAzərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə əsasən hazırlanmışdır Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan  şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabatın verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyində, “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır.

1.3. Arxeoloji qazıntı işləri Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin, “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarəti ilə aparılır.

1.4. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir xüsusi fondlarda muzeylərdə saxlanılır. Tarix–mədəniyyət qoruqlarının ərazisində aşkar edilən materiallar qoruqların fonduna təhvil verilir.

1.5. Bu Qaydanın məqsədləri üçün şəxs dedikdə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi ya vətəndaşlığı olmayan fiziki şəxslər, Azərbaycan Respublikasının ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq, hüquqi şəxs statusunda yaradılmış müəssisə təşkilatlar başa düşülür.

1.6. Bu Qaydanın 2-ci 3-cü hissələrində göstərilən hesabat müvafiq şəxs tərəfindən imzalanmalı, hüquqi şəxs tərəfindən həmçinin möhürlə təsdiqlənməlidir.

 

2. Arxeoloji qazıntıları aparan şəxs tərəfindən verilən hesabat

 

2.1. Azərbaycan  Respublikasının ərazisində arxeoloji qazıntıları aparan şəxs Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə, “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qazıntı işləri tamamlandıqdan sonra 30 (otuz) gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verir.

2.2. “Arxeoloji ekspedisiyaların həyata keçirilməsi üzrə xərc normaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan  Respublikası  Nazirlər Kabinetinin 2008-ci il 22 avqust tarixli 196 nömrəli qərarına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan şəxs tərəfindən təqdim edilən hesabatda aşağıdakılar barədə məlumatlar öz əksini tapmalıdır:

2.2.1. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş icazə;

2.2.2. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı;

2.2.3. ekspedisiya təşkil olunduqda, onun rəhbəri, tərkibi bu məqsədlə ayrılan maliyyə vəsaiti;

2.2.4. qazıntı işləri aparılan abidənin ərazisi;

2.2.5. qazıntı işləri zamanı tətbiq edilən vasitələr, qazıntı ya tədqiqat üsulları;

 2.2.6. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya ya başqa tapıntının coğrafi koordinatları;

2.2.7. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya ya başqa tapıntının müəyyən edildiyi anda yerləşmə vəziyyəti təsviri;

2.2.8. qazıntı işləri zamanı işlər başa çatdıqdan sonra arxeoloji tapıntıların mühafizəsi bu zaman onların mövcud vəziyyətdə qorunması istifadəsi üçün görülmüş müvafiq tədbirlər;

2.2.9. qazıntı işlərini aparan (yerinə yetirən) fiziki ya hüquqi şəxslər;

2.2.10. arxeoloji tədqiqatlar gedişində axtarışların aparılması üçün istifadə olunan texniki vasitələr.

2.3. Bu Qaydanın 2.2-ci bəndində göstərilən hesabatla birlikdə aşağıdakılar  Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə, “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilməlidir:

2.3.1. qazıntı işləri aparılan ərazinin, aşkar olunan əşyaların onların aşkar olunan zaman vəziyyətinin fotoşəkilləri;

2.3.2. bu Qaydanın 2.2.9-cu yarımbəndində göstərilən şəxslərin ixtisasını təsdiq edən sənədin surəti;

2.3.3. bu Qaydanın 2.2.10-cu yarımbəndində göstərilən avadanlıqların fotoşəkilləri texniki göstəricilərini müəyyən edən sənəd.

 

3. Arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən verilən hesabat

 

3.1. Azərbaycan Respublikasının ərazisində arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə, “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə elmi tədqiqat işləri tamamlandıqdan sonra 30 (otuz) gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verir.

3.2. Azərbaycan Respublikasının ərazisində arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən təqdim edilən hesabatda aşağıdakılar barədə məlumatlar öz əksini tapmalıdır:

3.2.1. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş icazə;

3.2.2. elmi tədqiqat işlərini yerinə yetirən elmi tədqiqat layihə institutları, abidələrin qorunması bərpası məqsədi ilə fəaliyyət göstərən ictimai birliklər icraçı şəxslər;

3.2.3. tətbiq edilən elmi tədqiqat metodları;

3.2.4. tədqiq olunan abidə, əşya ya başqa tapıntılar;

3.2.5. tədqiq olunan abidə, əşya ya başqa tapıntıların mühafizəsi onların mövcud vəziyyətdə qorunması istifadəsi üçün görülmüş müvafiq tədbirlər.

3.3. Bu Qaydanın 3.2-ci bəndində göstərilən hesabatla birlikdə aşağıdakılar  Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə, “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilməlidir:

3.3.1. tədqiq olunan əşyaların fotoşəkilləri;

3.3.2. bu Qaydanın 3.2.2-ci yarımbəndində göstərilən şəxslərin ixtisasını təsdiq edən sənədin surəti.

 

4. Yekun müddəalar

 

4.1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi, “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 3 (üç) günü müddətində təqdim edilən hesabatın bu Qaydanın 2-ci 3-cü hissələrində göstərilən tələblərə uyğunluğunu yoxlayır.

4.2. Təqdim edilmiş hesabatda çatışmazlıqlar aşkar edildikdə, bu barədə şəxsə dərhal məlumat verilir. Müvafiq məlumatın verildiyi gündən 5 (beş) gün müddətində çatışmazlıqlar aradan qaldırılmalıdır.

4.3. Bu Qaydanın 2.1-ci, 3.1-ci, 4.2-ci bəndlərində müəyyən olunmuş müddətlərdə hesabat təqdim edilmədikdə ya təqdim edilmiş hesabatda qəsdən yanlış məlumatlar göstərildikdə, şəxs barədəMədəniyyət haqqındaAzərbaycan Respublikası Qanununun 56-cı maddəsinə uyğun müvafiq tədbirlər görülür. 

 

Azərbaycan.- 2015.- 6 iyun.- S. 4.