Dünyada növbəti ilkə imza atdıq

İki ildən bir qədər əvvəl Avropa Oyunlarını qəbul edəcək ilk ölkə Odlar yurdu Azərbaycan olacaq xəbərini eşidəndə mən də qəlbən sevindim. Həmin vaxt yadıma düşdü ki, ölkəmizin milli rəmzi olan Alov Olimpiya hərəkatının da gücünün və qüdrətinin əsas təcəssümüdür.

Özü bu, adi qərar deyildi. Avropa Olimpiya Komitəsinin üzvləri ölkəmizin gücünə, qüdrətinə, dünya səviyyəli tədbirlərin, yarışların keçirilməsi təcrübəsinə bələd olmasaydılar heç vaxt belə bir addım atmazdılar. Odur ki, bu tarixi qərar ölkəmizə göstərilən böyük etimaddır, inamdır, Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir.

Artıq bütün dünya da görür ki, Azərbaycan necə sürətlə inkişaf edir. Yaradılan yol infrastrukturu, tikilən aeroportlar, mehmanxanalar, müasir sənaye müəssisələri, bölgələrdə inşa olunan 40-a yaxın olimpiya kompleksləri, hansı birini deyim... Görün Bakı şəhərinin özündə qədər yüksək tələblərə cavab verən idman obyektləri tikilib. Sözün həqiqi mənasında onların hər biri bir abidədir,  sənət əsəridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Avropa Oyunları Təşkilat  Komitəsinin iki il yarımda gördüyü misilsiz işlərin bəhrəsidir. Əslində Oyunlara hazırlığın bu cür yüksək səviyyədə başa çatdırılması dünya rekorduna imza atmaq deməkdir.

Televiziyada məşəlin ölkəmizə səyahətini izləyirdim. Hər yerdə insanlar sevinir, şənlənir, deyir, gülür, xoş anlar yaşayırdılar.

Biz iyun ayının 15-ni - ulu öndər Heydər Əliyevin  xalqın təkidli tələbi, istəyi, arzusu ilə hakimiyyətə qayıtdığı günü hər il olduğu kimi, yenə təntənə ilə qeyd edəcəyik. Ümummilli lider 1993-cü ildə ölkənin çox ağır vaxtlarında hakimiyyət sükanı arxasına keçib Azərbaycanın müstəqilliyini əbədi, dönməz etdi. Özündən sonra onun tövsiyəsi ilə hakimiyyət etibarlı əllərə tapşırıldı. Xalq cənab İlham Əliyevi Prezident  seçdi. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan dünyada indiyədək misli görünməmiş sürətlə inkişaf edib bu səviyyəyə çatmışdır.

Mənim xarici ölkələrdən gələn bir çox incəsənət, mədəniyyət digər peşə sahibləri ilə görüşlərim, söhbətlərim olub. Bir neçə ildən sonra təkrar qayıdıb gələnlər dəyişikliklərə heyran qaldıqlarını gizlədə bilmirlər. Deyirlər ki, bu qədər işgüzar, qurub-yaradan, qonaqpərvər insanlara indiyədək getdiyimiz ölkələrin heç birində rast gəlməmişik. O da yadımdadır ki, üç il əvvəl Bakıda keçirilən “Eurovision” müsabiqəsini işıqlandıran xarici jurnalistlər onlara yaradılan şəraitdən ağızdolusu danışırdılar. Onlar da etiraf edirdilər ki, indiyədək getdikləri ölkələrin heç birində özlərinə qarşı bu qədər diqqət qayğı  görməyiblər. Əminliklə deyə bilərik ki, bu dəfə belə olacaq.

Mən fikrimi Prezident İlham Əliyevin XXII BeynəlxalqXəzər Neft Qaz 2015” sərgisinin açılışında dediyi bu sözlərlə bitirmək istəyirəm: “Bu, tarixi hadisədir cəmi 2 il ərzində biz bu Oyunlara hazırlıq işləri gördük. Qısa bir vaxt çərçivəsində biz Olimpiya Oyunları səviyyəsində keçiriləcək Oyunları təşkil etdik. Bu, ölkəmizin gücünü, güclü siyasi iradəmizi göstərir. Onu göstərir ki, baxmayaraq, biz müstəqil ölkə kimi gəncik, amma artıq dünya xəritəsində öz yerimizi tuta bilmişik bu yer möhkəm yerdir”.

 

Ömər ELDAROV,

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı

 

Azərbaycan.- 2015.- 6 iyun.- S. 5.