Alov coşqu
və dağ vüqarı ilə
qarşılandı
I Avropa
Oyunlarının məşəli artıq iki
aya yaxındır ki, bütün rayonlara
görünməmiş sevinc və qürur hissi bəxş edir. Bu məşəl estafeti hamımızın yaddaşında bənzərsiz
el şənliyi, nadir
xalq bayramı kimi qalacaq. Miladi tarixdən əsrlər
öncə qədim Yunanıstanda belə məşəllər
həm də insanları sülhə, əmin-amanlığa
çağırmaq üçün
yandırılardı.
Bu
gün isə bütün
bölgələrimizdə ilk Avropa Oyunlarının ulduz-ulduz
sayrışan şölələri Azərbaycanın dünyaya sülhə, əmin-amanlığa sadiq ölkə olduğunu
car çəkir. Azğın düşmənə
cavab verə bilsək də, qəzəbimizi,
kinimizi cilovlayaraq atəşkəsə
əməl edirik. Gücümüzü
dövlətin dinamik inkişafına
yönəldirik ki, düşmənə
inkişafımızla qalib gələk.
Məşəl səyahətini
ölkənin şimal bölgəsində
izləyərkən bütün regionun fərəh içində olduğunu gördük,
böyükdən tutmuş kiçiyə
kimi hər bir vətəndaşın
yaşadığı sonsuz qürur hissinin şahidi olduq. Öz dinamik
inkişafı ilə Qafqazda liderə
çevrilən, iqtisadiyyatın bir çox sahələri
üzrə birincilik qazanan
ölkəmizin sahiblik etdiyi
I Avropa Oyunları Azərbaycanın beynəlxalq
nüfuzunu artırır, dünya
ictimaiyyətinin daha yaxından
tanınmasına sonsuz imkanlar
verir.
Siyəzəndə görüşdüyümüz
müxtəlif insanlar və peşə
sahibləri bizə məşəlin rayona
gəlişini bayram hesab
etdiklərini dedilər. Hər bir rayon sakini
yaşadığı binanın ətrafında, küçədə
səliqə-sahman yaradıb. Kimsə bu
hadisəyə biganə qalmayıb, çəkilib kənarda
dayanmayıb. Ümumiyyətlə, Siyəzəndə yerli hakimiyyət orqanları, digər təşkilatlar
məşəli qarşılamağa günlərlə
hazırlaşıblar.
Rayon
mərkəzində gəzişərkən bayram
əhval-ruhiyyəsinə bələnən şəhərdə
bir çox yeniliklərin
şahidi olduq. Gördük ki, son bir neçə ildə
rayonda ciddi dəyişikliklər
baş verib.
Görülən abadlıq-quruculuq işləri buraların
simasına müasirlik, yenilik
gətirib. Böyük Qafqaz dağlarının cənub-şərq
ətəklərində yerləşən Siyəzən
respublikamızda həyata keçirilən iqtisadi
siyasət nəticəsində müasir rayonlardan birinə çevrilib.
Əvvəllər boz, quru
və cansıxıcı mənzərələri ilə
seçilən bu yerlərdə son illər salınan
yaşıllıqlar qənirsiz gözəlliklər
yaradıb. Rayon mərkəzindən dənizə
və dağlara tərəf fidanlar baş alıb gedir. Ekoloji
tarazlığın qorunması, istifadəsiz torpaqların əkinə
qaytarılması, suvarma sistemlərinin
müasirləşdirilməsi rayonda kənd
təsərrüfatının inkişafına da təkan verib. Yeni müəssisələr isə yüzlərlə
sakini, xüsusən gəncləri iş yeri ilə təmin edib.
Adətən yay
vaxtı günorta saatlarında şəhərdə
küçəyə çıxanların sayı az olur. Qaynar
günəş hamını kölgəyə, sərinə
çəkilməyə məcbur edir. Bu gün isə əksinə
idi. Məşəlin gəlişi
yaxınlaşdıqca küçələrdə canlanma artırdı. Məşəlçilərin
keçəcəyi küçə və yollara
çıxan uşaqların, gənclərin və
yaşlı adamların sayı-hesabı bilinmirdi.
Rəngbərəng bayraqlar,
hava şarları, tədbir
iştirakçılarının üzündəki sevinc hissi, deyib-gülənlərin
səs-küyü xoş bir
bayram ovqatı yaradırdı. Biz də dəniz kimi dalğalanmağa başlayan
izdihama qarışaraq tədbir
iştirakçıları ilə söhbət etməyə
qərar verdik.
Rayon
sakini Ramilə Seyidova:
- Ölkəmizin dinamik
inkişafının, son illər
qazandığı uğurların fonunda
düşünürəm ki, I Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi təbiidir. Buna mənəvi
haqqımız çatır. Dövlətimizin az bir zamanda
Oyunlara hazırlığı başa vurması qürur
doğurur. Mənə elə gəlir ki, Azərbaycana təşrif buyuran
hər bir idmançı, turist
ölkəmizdən böyük təəssüratlarla
ayrılacaq. Mən ölkəmizin və dünyanın ən
güclü idmançılarına uğurlar arzulayıram.
Qələmşah Babayev
də bizimlə söhbətə qoşuldu:
- Siyəzən Xəzərlə
Qafqazın arasında yerləşir. Dənizlə
dağların təbiəti xarakterimizə hopub.
Bu bayram günündə
də içimizdə bir dəniz
çılğınlığı, dağ
vüqarı var. Bu gün həyatımın ən unudulmaz hadisəsi kimi
yaddaşıma həkk olunacaq.
Hamımızın sevinci sonsuzdur.
Dünən qonşularla oturub
qarşıdakı yarışlardan
danışmışıq, hər medalımıza qurban demişik. Bütün yarışları izləyəcəyik.
Ümid edirəm ki, idmançılarımızın
aldığı medalların sayı ölkəmizin nüfuzuna uyğun olacaq.
Bir
qədər sonra alqış sədaları
ətrafı bürüdü. Şabran rayonundan Siyəzənə
gətirilən məşəli Heydər Əliyev prospektinin əvvəlində qurulan
rəmzi qapıda cüdo üzrə respublika çempionu Bəsti
Səfərova qəbul edərək alqış sədaları
altında estafetə başladı. Estafeti
cüdo üzrə
Avropa ikincisi Yavuz Əliyev davam etdirdi. Sonra növbə ilə
məşəlçilər getdikcə artan
alqış sədaları altında Seyfəddin Dağlı,
İsmət Qayıbov küçələrini ötüb keçdilər. Daha böyük
izdihamın, daha gur
alqışların müşayiəti altında Bayraq meydanına yaxınlaşan məşəlçi
boks üzrə Azərbaycan çempionu Ruslan
Qasımov burada quraşdırılan səhnəyə
qalxdı. Bir qədər sonra
I Avropa Oyunlarının məşəli
alovlandırıldı. Hamı maraq və
sevinclə bu nadir səhnələri
izləyirdi. Daha sonra od
qorunması üçün cüdo üzrə respublika
ikincisi Saleh Babayevə
təhvil verildi və Heydər Əliyev Mərkəzinə
yola salındı. Məşəlçi
A.Allahverdiyev səhnədən müraciət
edərək siyəzənliləri və bütün
Azərbaycan xalqını təbrik etdi.
O bu qənirsiz dəqiqələrin hər
biri siyəzənlinin xatirəsində
silinməz iz buraxdığını dedi.
Xatirələrə rövnəq verən
məşəl bayramı Siyəzənin mədəniyyət
işçilərinin konserti ilə davam etdi. Vətənə,
torpağa həsr edilən
mahnıların sədaları siyəzənlilərin ürəyini
riqqətə gətirdi. Beləcə, məşəlin Siyəzən
estafeti sona
çatdı.
Bahadur İMANQULİYEV,
Akif ƏLİYEV,
Azərbaycan.- 2015.- 6 iyun.- S. 6.