17
gün, 18 arena, 20 idman və 30 yarış növü,
50 ölkə, 6000-dən çox atlet, 253 dəst medal...
Avarçəkmə
Mingəçevir "Kür"
Olimpiya Tədris İdman
Mərkəzi
350 idmançı
3 yarış günü
15 medal dəsti
Yarış keçirilir:
14-16 iyun
3 yarış günü ərzində 350
idmançının mübarizə aparacağı avarçəkmə yarışlarına Mingəşevir
şəhəri ev sahibliyi
edəcək. Ümumilikdə, 12 kayak
(kişilərin və
qadınların) və 3 kanoe
yarışları (yalnız kişilər) keçiriləcək.
İşıqlar şəhəri kimi
tanınan Mingəçevir Bakıdan
təxminən 250 km məsafədədir.
Azərbaycan kanoe və avarçəkmə
komandalarının məkanı olan "Kür" Olimpiya Tədris
İdman Mərkəzi 1350
tamaşaçı tutumuna malikdir.
Akrobatika
Milli
Gimnastika Arenası
55 idmançı
3 yarış günü
6 medal dəsti
Yarış keçirilir:
17-21 iyun
"Bakı-2015"in proqramına daxil edilmiş gimnastikanın 2 qeyri-olimpiya
idman növündən biridir
və ümumilikdə 6 medal dəsti uğrunda mübarizə gedəcək. 50-dən
çox idmançı qarışıq
cütlərdə və qadınların qrup
oyunlarında qızıl medal uğrunda yarışacaq.
Milli Gimnastika
Arenası Atletlər və Media kəndlərinin
cənubunda yerləşir. 7000 azarkeş tutumuna malik yeni inşa
edilmiş bu arena 2014-cü ilin iyununda bədii gimnastika
üzrə 30-cu Avropa çempionatına ev sahibliyi edib.
Bədii gimnastika
Milli Gimnastika Arenası
93 idmançı
3 yarış günü
8 medal dəsti
Yarış keçirilir: 17-21 iyun
İdmançılar 3 günlük yarış ərzində
həm fərdi, həm də komanda yarışlarında
mübarizə aparmaq
şansı əldə
edəcəklər. Onlar
Milli Gimnastika Arenasında top, gürzə,
lent və halqa ilə öz çıxışlarını edəcəklər. Tamaşaçılar 8
medal dəsti uğrunda
mübarizə aparan idmançıların çıxışlarının
şahidi olacaq.
Arena, əsasən, gimnastikanın
müxtəlif növləri
üzrə yarışlara
ev sahibliyi
etmək üçün
inşa olunub və yarışın miqyasından asılı olaraq, oturacaqların sayını 5000-dən 9600-ə artırmaq mümkündür.
İdman gimnastikası
Milli Gimnastika Arenası
179 idmançı
4 yarış günü
4 medal dəsti
Yarış keçirilir: 14-20 iyun
Gimnastikanın növlərinin ən çox izlənəni idman gimnastikası üzrə yarışlar
Milli Gimnastika Arenasında keçiriləcək. 4 günlük
yarış müddətində
Avropanın ən güclü gimnastları
4 medal dəsti uğrunda
mübarizə aparacaq.
Milli Gimnastika Arenası Atletlər kəndinin yaxınlığında
yerləşir və Avropa Oyunları zamanı gimnastikanın 5 növ üzrə yarışlara ev
sahibliyi edəcək.
Qılıncoynatma - "Baku Crystal Hall"
216 idmançı
5 yarış günü
12 medal dəsti
Yarış keçirilir: 23-27 iyun
5 günlük yarış zamanı 200-dən çox
qılıncoynadan rapira,
sablya və şpaqa üzrə kişilərin və qadınların
fərdi və komanda oyunlarında iştirak edəcək. Ümumilikdə oyunlar 12 medal dəsti
uğrunda aparılacaq.
Qılıncoynatma yarışları "Baku
Crystal Hall"da baş
tutacaq.
Şose velosiped idmanı - Şose
221 idmançı
3 yarış günü
4 medal dəsti
Yarış keçirilir: 18-21 iyun
Avropa Oyunları zamanı ənənəvi
şose velosiped idmanı oyunları geniş tamaşaçı
kütləsinin marağına
səbəb olacaq. Belə ki, Avropanın
ən yaxşı velosipedçiləri Bakı
yollarında mübarizə
aparacaq. Şose yarışının
yekununda 4 medal dəsti
qazanılacaq. Şose velosipedi
idmanı növündə
"Rio-2016" Yay Olimpiya
Oyunları üçün
reytinq xalları qazanmaq imkanı olacaq.
Aerobika
Milli Gimnastika Arenası
67 idmançı
3 günlük yarış
2 medal dəsti
Yarış keçirilir: 17-21 iyun
"Bakı-2015"in
proqramına yeni təqdim olunan qeyri-olimpiya idman növlərindən biridir.
Milli Gimnastika Arenası birbaşa olaraq Atletlər və Media kəndlərinin cənubunda
yerləşir. Bir
sıra dünya səviyyəli yarışlara
ev sahibliyi
edib.
Çimərlik voleybolu
Çimərlik Arenası
128 idmançı
6 yarış günü
2 medal dəsti
Yarış keçirilir: 16-21 iyun
Çimərlik voleybolu üzrə yarışlar Çimərlik
Arenasında keçiriləcək. Kişilərin və qadınların
bu turnirində 64 komanda medal uğrunda mübarizə aparacaq.
Qızıl medala gedən
yolda idmançılar
oyunun tempini və rəqiblərinə
qarşı xalları
artırmaq üçün
səylərini əsirgəməyəcəklər.
Yarış iyunun 16-sı başlayır
və "Rio-2016" Yay
Olimpiya Oyunları üçün reytinq xalları qazanmağa imkan yaradır. Açıq
hava arenası yarışlar zamanı dünyanın ən məşhur çimərlik
idman növlərindən
biri olan çimərlik voleybolundan
zövq almaq istəyən 3900 tamaşaçını
qarşılamaq imkanına
malikdir.
BMX velosiped idmanı
BMX veloparkı
48 idmançı
3 yarış günü
2 medal dəsti
Yarış keçirilir: 26-28 iyun
I Avropa Oyunlarının BMX velosiped
idmanı yarışları
32 kişi və 16 qadın idmançının yeni
BMX veloparkında keçiriləcək.
Kişilərin və qadınların
"Rio-2016" Yay Olimpiya
Oyunları üçün
önəmli xallar qazanacağı final çıxışları
iyunun 28-də baş tutacaq. BMX veloparkı
"Bakı-2015" I Avropa Oyunları üçün
yaradılmış müvəqqəti
arenadır. Bakının
mərkəzinə yaxın
yerləşən idman
qurğusu Qərb qrupuna daxil olan
arenalardan biridir və 1600 azarkeş tutumuna
malikdir.
Dağ velosiped idmanı
Dağ velosipedi veloparkı
77 idmançı
1 yarış günü
2 medal dəsti
Yarış keçirilir:
13 iyun
Yarışda 46 kişi
və 31 qadın idmançı Dağ velosipedi veloparkında mübarizə aparacaqlar. "Bakı-2015" zamanı həm
kişilərin, həm də qadınların medal
uğrunda yarışları iyunun 13-də baş tutacaq. Bu oyunlar
"Rio-2016" Yay Olimpiya
Oyunları üçün reytinq xalları qazanmaq
şansı yaradır. Dağ velosipedi veloparkı Bakı Atıcılıq
Mərkəzinin cənubunda təpələrin üzərində
Oyunlar üçün
yaradılmış müvəqqəti arenadır.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2015.- 6 iyun.- S. 9.