Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, II kitab, maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 6, maddə 472, ¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980, ¹ 12, maddə 1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr 193, 196, ¹ 7, maddələr 666, 669, 673; ¹ 11, maddə 1068, ¹ 12, maddə 1223; 2013, ¹ 1, maddə 14, ¹ 2, maddə 102, ¹ 4, maddə 364, ¹ 5, maddələr 459, 479, 481, ¹ 6, maddələr 594, 600, ¹ 11, maddələr 1264, 1286, 1312, ¹ 12, maddə 1492; 2014, ¹ 2, maddələr 89, 95; ¹ 4, maddə 327; ¹ 6, maddələr 618, 622; Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1191-IVQD nömrəli, 6 mart tarixli 1222-IVQD və 1231-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 194.1-ci maddənin dispozisiyasından “xeyli miqdarda” sözləri, sanksiyasından “və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 194.1-1-ci maddə əlavə edilsin:
“194.1-1. Eyni əməllər xeyli miqdarda törədildikdə -
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
3. 194.2-ci maddədə “194.1-ci maddəsində” sözləri “194.1 və ya 194.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 aprel 2015-ci il
Azərbaycan. - 2015.- 7 iyun.- S.2.