“Əhalinin sağlamlığının
qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1101-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 497; 1999, ¹ 5, maddə 285; 2001, ¹ 3, maddələr 141, 142, 143, 144, ¹ 11, maddələr 672, 687, 693; 2002, ¹ 5, maddələr 240, 244, ¹ 6, maddə 328; 2003, ¹ 6, maddə 256; 2004, ¹ 4, maddə 199, ¹ 6, maddə 396, ¹ 7, maddə 507; 2006, ¹ 2, maddə 66, ¹ 12, maddə 1028; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddə 1052, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 46, ¹ 12, maddə 949; 2010, ¹ 11, maddə 962; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 7, maddə 616; 2012, ¹ 6, maddə 510; 2013, ¹ 11, maddələr 1285, 1305, 1316; 2015, ¹ 2, maddə 104) 28-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasın
ın Prezidenti
Bakı şəhəri,
28 aprel
2015-ci il
Azərbaycan. - 2015.- 7 iyun.- S.4.