Azərbaycan Respublikasının Hökuməti
ilə Türkiyə Respublikasının Hökuməti
arasında elektrik enerjisi
mübadiləsi ilə əlaqədar yaranan
borca dair Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında elektrik enerjisi mübadiləsi ilə əlaqədar yaranan borca dair 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 may 2015-ci il
Azərbaycan. - 2015.- 7 iyun.- S.2.