Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi ilə
Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran
və Fəlakətlərin İdarə Edilməsi Qurumu arasında fövqəladə halların
idarə olunması sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumu arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq haqqında 2015-ci il aprelin 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 may 2015-ci il
Azərbaycan. - 2015.- 7 iyun.- S.2.