“Azərbaycan Respublikası vahid
büdcə təsnifatının təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 198 Bakı
şəhəri, 22 may 2015-ci il
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 344 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 10, maddə 866; 2006, ¹ 3, maddə 303, ¹ 5, maddələr 463, 468, ¹ 8, maddə 731, ¹ 9, maddə 822, ¹ 11, maddə 994; 2007, ¹ 1, maddə 50, ¹ 10, maddə 1021, ¹ 12, maddələr 1343, 1352; 2008, ¹ 2, maddə 130, ¹ 4, maddə 308, ¹ 10, maddə 936; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddələr 144, 150, ¹ 9, maddələr 736, 753; 2010, ¹ 4, maddə 369, ¹ 11, maddə 1048; 2011, ¹ 1, maddə 66, ¹ 4, maddə 365; 2012, ¹ 9, maddə 934; 2013, ¹ 8, maddə 1000, ¹ 10, maddə 1202; 2014, ¹ 1, maddələr 59, 69, ¹ 2, maddə 201, ¹ 5, maddə 557, ¹ 6, maddələr 745, 747, ¹ 9, maddə 1130; 2015, ¹ 2, maddə 227, ¹ 3, maddələr 328, 337) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin təsnifatı”na əlavənin 1.3-cü bəndinin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilsin və altıncı cümləsi çıxarılsın:
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş şəxslər Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor kimi çıxış edə bilərlər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 7 iyun.- S.5.