“Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1073 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 199                         Bakı şəhəri, 22 may 2015-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1073 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Kollegiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli 16 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 94; 2003, ¹ 7, maddə 387; 2008, ¹ 2, maddə 111; 2009, ¹ 6, maddə 497; 2014, ¹ 5, maddə 564) adında, preambulasında və 1-ci hissəsində (bütün hallarda) “Teleqrafsözüİnformasiyasözü ilə əvəz edilsin.

2. “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 1 fevral tarixli 15 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 2, maddə 130; 2004, ¹ 6, maddə 502; 2005, ¹ 1, maddə 52, ¹ 12, maddə 1242; 2006, ¹ 11, maddə 1002; 2007, ¹ 2, maddə 185, ¹ 7, maddə 742; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 8, maddə 754; 2013, ¹ 6, maddə 720) adında “Teleqrafsözüİnformasiyasözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 654) ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın 34-cü hissəsinin “b” yarımbəndində “Teleqrafsözüİnformasiyasözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 223 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1050) ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı”nın “Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər”inin 4.2-ci bəndinin “İcraçı təşkilatlar” sütunundaTeleqrafsözüİnformasiyasözü ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 may tarixli 71 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 444; 2014, ¹ 2, maddə 201, ¹ 6, maddə 736) 1-ci hissəsində “Teleqrafsözüİnformasiyasözü ilə əvəz edilsin.

6. “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) ştat sayının artırılması ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 iyun tarixli 105 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 6, maddə 720) adında, preambulasında və 1-ci, 2-ci və 4-cü hissələrində “Teleqrafsözüİnformasiyasözü ilə əvəz edilsin.

7. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 9, maddə 1138; 2014, ¹ 7, maddə 916, ¹ 8, maddə 1016, ¹ 10, maddə 1325; 2015, ¹ 3, maddə 335) ilə təsdiq edilmiş 10 nömrəli əlavənin adında və 22-ci sətrində “Teleqrafsözüİnformasiyasözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.5.