“Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin
satışı və istifadəsi zamanı tələb olunan şərtlərin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il
7 iyul tarixli 131
nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 200 Bakı
şəhəri, 22 may 2015-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹7, maddə 665, ¹12, maddə 1226; 2014, ¹6, maddə 747) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına və 2-ci hissəsinə “Rabitə müəssisələri (operatorlar)” sözlərindən sonra “, həmçinin onların diler və distribüterləri” sözləri əlavə edilsin;
1.2. preambulada “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun 31-1-ci” sözləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci” sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 2.1-ci hissə əlavə edilsin:
“2.1. Telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən, fiziki şəxslər üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı zamanı tələb olunan şərtlər”ə uyğun olaraq operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində təmin olunsun.”;
1.4. 3-cü hissəsində “abonentin” sözü “abunəçinin” sözü ilə əvəz edilsin;
1.5. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin etsin.”;
1.6. aşağıdakı məzmunda 5-ci və 6-cı hissələr əlavə edilsin:
“5. Rabitə müəssisələri (operatorlar) öz şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin bu qərara uyğunlaşdırılmasını 3 (üç) ay müddətində tam başa çatdırsınlar və bu müddətdən sonra telefon nömrələrinin (sabit, mobil) satışını yalnız bu qərara uyğun həyata keçirsinlər;
6. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu qərarın icrasını nəzarətdə saxlasın.”;
1.7. həmin qərarla təsdiq edilmiş “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 22 may
tarixli 200 nömrəli qərarı
ilə
təsdiq edilmişdir
Rabitə
müəssisələri (operatorlar)tərəfindən rabitə vasitələrinin
satışı və
istifadəsi zamanı
tələb olunan
ŞƏRTLƏR
1. Təşkilati-hüquqi və
mülkiyyət formasından
asılı olmayaraq, Azərbaycan Respublikasının
ərazisində fəaliyyət
göstərən rabitə
müəssisələri (operatorlar)
(bundan sonra - rabitə müəssisələri),
həmçinin onların
diler vədistribüterləritərəfindən
rabitə vasitələrinin
satışı və
istifadəsi zamanı
aşağıdakışərtlər təmin edilir:
1.1. fiziki və
hüquqi şəxslərlə
bağlanılan müqavilələrdə
və abunəçilərə
dair məlumat bazalarında bu şərtlərin əlavəsində
göstərilən məlumatların
əks olunması;
1.2. fiziki və
hüquqi şəxslərlə
bağlanılan müqavilələrdə
abunəçinin identifikasiya
modulunun (Sim kartlar və s.) başqa şəxslərə
daimi istifadəüçün,
habelə mütəmadi
gəlir (mənfəət)
əldə etmək məqsədi ilə kirayəyəverilməsinə qadağa
qoyulmasınınəks olunması;
1.3. fiziki və
hüquqi şəxslərlə
bağlanılan müqavilədə
abunəçinin identifikasiya
modulunun (Sim kartlar və s.) və mobil telefon
aparatının oğurlanması
və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən
dərhal Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
yerli qurumlarının
məlumatlandırılması haqqında müvafiq qeydin olması;
1.4. fiziki və
hüquqi şəxslərlə
bağlanılan müqavilənin
Azərbaycan Respublikasının
dövlət dilində
olması və həmin müqaviləyə
fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı
təqdirdə, istifadə
edən fiziki şəxsin) fotoşəkillə
olan şəxsiyyətini
təsdiq edən sənədinin surətinin
əlavə olunması;
1.5. mobil operatorların
şəbəkələrindərouminq rabitəsində olan xarici istifadəçilərə
aid qeydiyyata alınmış
bütün məlumatların
ən azı1 (bir) il müddətindəsaxlanılmasının
təmin edilməsi.
“Rabitə müəssisələri
(operatorlar) tərəfindən
rabitə vasitələrinin
satışı və
istifadəsi
zamanı tələb
olunan Şərtlər”ə
əlavə
Rabitə
müəssisələri tərəfindən
xidmət göstərilən
fiziki və hüquqi şəxslərlə
bağlanılan müqavilələrdə
və abunəçilərə
dair məlumat
bazalarında nəzərdə
tutulması vacib olan
MƏLUMATLAR
Sıra
¹-si
Məlumatınnövü
Vacibolanməlumatlarınqeydi
müqavilədə
abunəçilərədairməlumatbazalarında
1
2
3
4
1.
Telefonnömrəsi
√
√
2.
AbunəçininSimkartınınnömrəsi
√
√
3.
Abunəçinin identifıkasiya modulunun parametrləri (İMSİ və
s.)
-
√
4.
Mobil telefonun beynəlxalq identifıkasiya nömrəsi
(İMEİ)
-
√
5.
Telefon nömrəsinin aktivləşdirmə
tarixi (nömrənin satışı və məlumat bazasının doldurulması vaxtı)
√
√
6.
Abunəçihaqqındaməlumatlar:
6.1.
abunəçi fiziki şəxs olduqda
Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi
və yaümumvətəndaş
pasportu, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxsin və əcnəbinin sənədi, əcnəbi
vətəndaşın pasportu
əsasında abunəçinin
(istifadəçinin, məsul
şəxsin) soyadı,
adı və atasının adı
√
√
1
2
3
4
6.1.1.
abunəçinin sənədinin
adı və nömrəsi
√
√
6.1.2.
abunəçinin (Azərbaycan
vətəndaşının, Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və əcnəbinin) fərdi identifikasiya nömrəsi (FİN)
√
√
6.1.3.
abunəçininsənədininverilmətarixi
√
√
6.1.4.
abunəçininvətəndaşıolduğuölkə
√
√
6.1.5.
abunəçinindoğulduğuyer
√
√
6.1.6.
abunəçinindoğulduğutarix
√
√
6.1.7.
abunəçininyaşadığıölkə
√
√
6.1.8.
abunəçinin yaşadığı
şəhər və
ya respublikanın rayonu
√
√
6.1.9.
abunəçininyaşadığışəhərinrayonu
√
√
6.1.10.
abunəçinin yaşadığı
qəsəbə və
ya kənd
√
√
6.1.11.
abunəçinin yaşadığı
ünvanın poçt
indeksi
√
√
6.1.12.
abunəçininyaşadığıküçə
√
√
6.1.13.
abunəçininyaşadığıkvartal
√
√
6.1.14.
abunəçininyaşadığıev
√
√
6.1.15.
abunəçininyaşadığımənzil
√
√
6.2.
Abunəçi hüquqi şəxs
olduqda adı
√
√
6.2.1.
hüquqi şəxsin
qeydiyyatdan keçdiyi
ölkə
√
√
6.2.2.
hüquqişəxsinünvanı
6.2.3.
hüquqişəxsin VÖEN-i
√
√
6.2.4.
hüquqi şəxsin
bank rekvizitləri (bankın
adı, hesablaşma hesabının nömrəsi)
√
√
6.2.5.
hüquqi şəxsin
səlahiyyətli nümayəndəsinin
soyadı, adı və atasının adı
√
√
1
2
3
4
6.2.6.
hüquqi şəxsin
səlahiyyətli nümayəndəsinin
sənədinin nömrəsi
√
√
7.
Abunəçinin əlaqə telefonu
(o cümlədən mobil)
8.
Abunəçinin elektron poçt
ünvanı (əgər
varsa)
√
√
9.
Dilerin adı və ünvanı
√
√
10.
Dilerin kodu
-
√
11.
Distribüterin adı və ünvanı
√
√
12.
Distribüterin kodu
-
√
13.
Müqaviləni qəbul edən
şəxsin soyadı,
adı, atasının
adı və telefon nömrəsi
√
√
14.
Müqaviləni qəbul edən
şəxsin şəxsiyyət
vəsiqəsinin nömrəsi
-
√
Qeyd. Məlumatlar bütün rabitə müəssisələri
(operatorlar), həmçinin onların diler və distribüterləritərəfindən
Azərbaycan dilində “UNİCOD”la
yazılmalı və təqdim edilməlidir.
Azərbaycan. - 2015.- 7 iyun.- S.5.