“Mədəni sərvətlərə
mühafizə dərəcəsinin tətbiqi
Qaydası”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 204 Bakı
şəhəri, 26 may 2015-ci il
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:
“Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin 2015-ci il 26 may
tarixli 204 nömrəli
qərarı ilə
təsdiq edilmişdir
Mədəni sərvətlərə mühafizə dərəcəsinin
tətbiqi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun
39.1-ci maddəsinə əsasən
hazırlanmışdır və mədəni sərvətlərə mühafizə
dərəcəsinin tətbiqi
qaydalarını tənzimləyir.
1.2. Milli mədəni sərvətin mülkiyyətçisi
və ya istifadəçisi onun saxlanılmasını və
mühafizəsini təmin
etməyə borcludur.
1.3. Milli mədəni irs obyektlərinin
mühafizəsi mədəniyyət
sahəsində dövlət
reyestri sistemi vasitəsilə təmin edilir.
1.4. Tarixi, arxeoloji, şəhərsalma, arxitektura
və monumental sənət
abidələrinin, təbii-landşaft
obyektlərinin mühafizəsini
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabinetitərəfindən
həmin obyektlərin
mühafizə zonaları
müəyyən edilir.
1.5. Mühafizə olunan mədəni sərvətlərin
siyahısının tərtib
edilməsi daşınmaz
mədəni sərvətlərə
münasibətdə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti, digər mədəni sərvətlərə
münasibətdə Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyitərəfindən həyata
keçirilir. Mühafizə olunan mədəni sərvətlərin siyahısına
daxil edilən hər bir mədəni
sərvətə Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
şəhadətnamə verilir.
1.6. Azərbaycan Respublikası
Azərbaycan xalqının
milli mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin
qarşısını almaq
məqsədi ilə tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə
uyğun olaraq beynəlxalq yardımın
göstərilməsini və
ya beynəlxalq gücləndirilmiş mühafizə
statusunun verilməsini
tələb edir.
1.7. Mühafizə məqsədi
ilə mədəni sərvətlərə qabaqlayıcı,
konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri
tətbiq edilir.
1.8. Mühafizə dərəcəsi
olan mədəni sərvətlərin mülkiyyətçisi
və ya istifadəçisinin Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqları ərazilərində
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
ilə münasibətləri
mühafizə müqaviləsi
ilə müəyyən
edilir.
2. Mühafizənin qabaqlayıcı
dərəcəsi
2.1. Mühafizənin qabaqlayıcı
dərəcəsi mədəni
sərvətlərin tarixi
əhəmiyyəti və
qiyməti müəyyən
olunanadək həmin obyektlərə şamil edilir.
2.2. Mühafizənin qabaqlayıcı
dərəcəsi tətbiq
edilmiş obyektlər
üzrə aşağıdakı
tədbirlər həyata
keçirilir:
2.2.1. mədəni sərvətin cari təmiri;
2.2.2. mədəni sərvətin istifadə üçün uyğunlaşdırılması.
2.3. Mədəni sərvətin
cari təmiri tarixi və bədii təyinatını
dəyişdirmədən obyektin
adi istismar vəziyyətini saxlamaq üçün mülkiyyətçi
və ya istifadəçi tərəfindən
həyata keçirilən
elmi-tədqiqat, inşaat-möhkəmləndirmə,
təmir-tikinti və digər işlərin aparılmasıdır. Mədəni sərvətlərin istismarında
müasir avadanlıqlardan
və mühəndis kommunikasiyalarından istifadə
edilə bilər.
2.4. Mədəni sərvətin
istifadə üçün
uyğunlaşdırılması tarixi və bədii təyinatını
dəyişdirmədən ondan
istifadə şərtlərinə
uyğun olaraq mülkiyyətçi və
ya istifadəçi tərəfindən həyata
keçirilən elmi-tədqiqat,
inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılmasıdır.
2.5. Mühafizənin
qabaqlayıcı dərəcəsi
tətbiq edilmiş mədəni sərvətlərin
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqları ərazilərində
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
ilə razılaşdırılmadan
sökülməsi, məhv
edilməsi, parçalanması,
yeni quruluşa salınması, başqa yerə köçürülməsi
və zahiri görkəminin dəyişdirilməsi
qadağandır.
3. Mühafizənin konservasiya
dərəcəsi
3.1. Aşağıdakıların həyata
keçirilməsi və
mülkiyyətçi və
ya istifadəçi tərəfindən elmi-tədqiqat,
inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılması məqsədi
ilə mədəni sərvətlərə mühafizənin
konservasiya dərəcəsi
tətbiq edilir:
3.1.1. mədəni sərvətin cari vəziyyətinin pisləşməsinin
qarşısının alınması;
3.1.2. mədəni sərvətin hal-hazırkı
vaxtadək saxlanılmış
görkəminin dəyişilməməsi;
3.1.3. fövqəladə və qarşısıalınmaz
hallarda təcili tədbirlərin görülməsi
imkanlarının yaradılması.
3.2. Mədəni sərvətlərin
konservasiyasına aşağıdakı
tədbirlər daxildir:
3.2.1. fiziki-mexaniki və fiziki-kimyəvi mühitin təsirindən korlanmaması
üçün onların
açıq qalan səthində etibarlı qoruyucu təbəqələr
quraşdırmaq;
3.2.2. daşınmaz mədəni sərvətlərin
yeraltı suların dağıdıcı təsirindən
qorunmasını, onların
toxunulmazlığını və çəpərlənməsini
təmin etmək.
3.3. Mühafizənin konservasiya
dərəcəsi tətbiq
edilmiş obyektlər
istifadədən tamamilə
çıxarılmalı və
ya Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqları ərazilərində
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
nəzarəti altında
məhdud dairədə
istifadə edilməli
olan mədəni sərvətlərə aid edilir.
4. Mühafizənin bərpa dərəcəsi
4.1. Mühafizənin bərpa
(rekonstruksiya, regenerasiya)
dərəcəsi mədəni
irs obyektlərinin
ilkin mədəniyyət
təyinatına qaytarılması
məqsədi ilə bərpa işlərinə
ehtiyacı olan mədəni sərvətlərə
şamil edilir.
4.2. Mədəni sərvətlərin
bərpası onların
zədələnmiş və
itirilmiş hissələrinin
mədəni sərvətin
konstruksiyasına, həcm-planlaşma
həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən
təmir edilib ilkin halına gətirilməsidir.
4.3. Mühafizənin bərpa dərəcəsi ilkin mədəniyyət təyinatına
qaytarılması üçün
bərpa işlərinə
ehtiyacı olan mədəni sərvətlərə
şamil edilir. Mühafizənin bərpa dərəcəsi
tətbiq olunana qədər obyekt barədə konservasiya dərəcəsi müəyyən
edilə bilər.
4.4. Mədəni sərvətin
istifadəyə uyğunlaşdırılması
üçün aşağıdakı
tədbirlər həyata
keçirilir:
4.4.1. mədəni sərvətlərin rəvayətlər,
rəsmlər, qravyuralar
əsasında tərtib
olunmuş layihələr
üzrə yenidən
qurulması;
4.4.2. mədəni sərvətlərin daxili
və xarici görünüşünü dəyişmədən, konstruksiyaların
daxilində müasir inşaat materiallarından
və üsullarından
istifadə etməklə
onların ilkin həcm-plan həllinin bərpası.
5. Xüsusi mühafizə dərəcəsi
5.1. Xüsusi mühafizə dərəcəsi Azərbaycan
Respublikasının milli
mədəniyyət əmlakının
Dövlət Siyahısına
daxil olan mədəni sərvətlərə
şamil edilir.
5.2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq
edilən “Mədəni
sərvətlərin Azərbaycan
Respublikasının milli
mədəniyyət əmlakının
Dövlət Siyahısına
və mədəni sərvətlərin mühafizə
siyahısına daxil edilməsi Qaydası”na uyğun olaraq mədəni sərvətlər Azərbaycan
Respublikasının milli
mədəniyyət əmlakının
Dövlət Siyahısına
daxil edilir.
6. Mədəni sərvətlərə
mühafizə dərəcələrinin
tətbiq edilməsi
üzrə icraat
6.1. Xüsusi mühafizə dərəcəsi istisna olmaqla, müvafiq mühafizə dərəcəsinin
tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin
mülkiyyətçisi və
ya istifadəçisi
tərəfindən Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqları ərazilərində
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinə
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu
və 30-cu maddələrinə
uyğun olaraq müraciət edilir. Müraciətə mədəni
sərvətlərlə əlaqədar
aparılacaq bərpa,
yenidənqurma və abadlıq,təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri əlavə
edilir.
6.2. Bu Qaydanın tələblərinə
uyğun olaraq həyata keçirilən
inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən aparılır.
7. Mədəni sərvətlərlə əlaqədar aparılmalı olan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri
7.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu Qaydanın 6.1-ci bəndində göstərilən layihələrə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında baxır.
7.2. Azərbaycan Milli Elmlər Akademiyasının müsbət rəyi alındıqdan sonra, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən mədəni sərvətlərlə əlaqədar aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri təsdiq edilir.
7.3. Azərbaycan Milli Elmlər Akademiyasının müsbət rəyi olmadıqda və ya Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən layihələr təsdiq edilmədikdə, bu barədə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinə məlumat verilir.
8.Mədəni sərvətlərə mühafizə dərəcələrinin
tətbiq edilməsi üzrə qərar
8.1. Mədəni sərvətlərə qabaqlayıcı, konservasiya və bərpa-mühafizə dərəcələrinin tətbiqi haqqında qərarı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qəbul edir.
8.2. Bu Qaydanın 8.1-ci bəndində göstərilən qərar mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında münasibətlərin mühafizə müqaviləsi ilə rəsmiləşdirilməsi üçün əsasdır.
8.3. Bu Qaydanın 8.1-ci bəndində göstərilən qərarın qəbul edilməsindən imtina aşağıdakı əsaslar üzrə həyata keçirilir:
8.3.1. mədəni sərvətlərlə əlaqədar aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri barədə Azərbaycan Milli Elmlər Akademiyasının müsbət rəyi olmadıqda;
8.3.2. mədəni sərvətlərlə əlaqədar aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən əsaslandırılmaqla təsdiq edilmədikdə.
9. Layihə üzrə işlərin həyata keçirilməsi
9.1. Bu Qaydanın 8.1-ci bəndində göstərilən qərar qəbul edildikdən sonra layihə üzrə işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.
9.2. Layihə üzrə işlər
tamamlandıqdan sonra Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinə, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala”
Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində
Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinə
görülmüş
işlər barədə hesabat təqdim edilir.
Azərbaycan. - 2015.- 7 iyun.- S.5.