“Sosial yardımın
alınması üçün müraciət
edilməsi, onun təyin olunması, verilməsi
və verilməsindən imtina edilməsi Qaydaları”nın və “Ailənin
orta aylıq gəlirinin hesablanması
Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 197 Bakı
şəhəri, 22 may 2015-ci il
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1204-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 1106 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 181, ¹ 11, maddə 994; 2007, ¹3, maddə 301, ¹ 4, maddə 395; 2008, ¹ 2, maddə 130, ¹ 7, maddə 678; 2010, ¹ 3, maddə 264, ¹ 4, maddə 359; 2011, ¹ 5, maddə 449; 2012, ¹ 12, maddə 1365) ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.8-ci bəndində “1 il” sözləri “2 il” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 7 iyun.- S.10.