Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 203                         Bakı şəhəri, 26 may 2015-ci il

 

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 320 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1291) ilə təsdiq edilmiş “Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiQaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənd, 3-cü və 4-cü hissələr ləğv edilsin.

2.  2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi

2.1. Ehtiyat zonalarında yalnız müvəqqəti bina və qurğuların yerləşdirilməsinə yol verilir.

2.2. Ehtiyat zonalarında bina və qurğuların, həmçinin kommunikasiyaların  yerləşdirilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 14-cü fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

2.3. Ehtiyat zonalarında yeni kommunikasiyaların (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrinin və qurğularının) yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.10.