Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli
qərarı ilə təsdiq edilmiş
“Əmək müqaviləsi bildirişinin
forması və onun elektron
informasiya sisteminə daxil
edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata
alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə
etməklə bağlı Qaydalar”da dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 205 Bakı
şəhəri, 26 may 2015-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 738) ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.1-ci, 2.2.2-ci, 4.1.1-ci və 4.1.1.1-ci yarımbəndlərdə ismin müvafiq hallarında “hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “dövlət orqanı və ya hüquqi şəxs” sözləri ilə əvəz edilsin.
2. 3.5-ci bənddə “hüquqi şəxslərlə” sözləri “dövlət orqanları və ya hüquqi şəxslərlə” sözləri ilə əvəz edilsin.
3. Qaydaların 1 və 3 nömrəli əlavələrində ismin müvafiq hallarında “Hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “Dövlət orqanı və ya hüquqi şəxs” sözləri ilə əvəz edilsin.
4. Qaydaların 6, 7 və 8 nömrəli əlavələrində “hüquqi şəxs” sözləri “dövlət orqanı və ya hüquqi şəxs” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 7 iyun.- S.10.