“Azərbaycan Respublikası vahid
büdcə təsnifatının təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 207 Bakı
şəhəri, 27 may 2015-ci il
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1117-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 22 dekabr tarixli 416 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1118-IVQD nömrəli Qanununun tətbiqi haqqında”2014-cü il 22 dekabr tarixli 417 nömrəli və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 10 yanvar tarixli 436 nömrəli fərmanlarının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 10, maddə 866; 2006, ¹ 3, maddə 303, ¹ 5, maddələr 463, 468, ¹ 8, maddə 731, ¹ 9, maddə 822, ¹ 11, maddə 994; 2007, ¹ 1, maddə 50, ¹ 10, maddə 1021, ¹ 12, maddələr 1343, 1352; 2008, ¹ 2, maddə 130, ¹ 4, maddə 308, ¹ 10, maddə 936; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddələr 144, 150, ¹ 9, maddələr 736, 753; 2010, ¹ 4, maddə 369, ¹ 11, maddə 1048; 2011, ¹ 1, maddə 66, ¹ 4, maddə 365; 2012, ¹ 9, maddə 934; 2013, ¹ 8, maddə 1000, ¹ 10, maddə 1202; 2014, ¹ 1, maddələr 59, 69, ¹ 2, maddə 201, ¹ 5, maddə 557, ¹ 6, maddələr 745, 747, ¹ 9, maddə 1130; 2015, ¹ 2, maddə 227, ¹ 3, maddələr 328, 337) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. “1.4.3.0.0.0. Cərimə və sanksiyalar üzrə daxilolmalar” köməkçi bölməsinə aşağıdakı məzmunda 1.4.3.6.0.0-cı və 1.4.3.7.0.0-cı paraqraflar əlavə edilsin:
“1.4.3.6.0.0. Əmək qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar
1.4.3.7.0.0. Məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar”;
1.2. 1.1.4.5.2.7-ci yarımmaddə1.1.4.5.2.9-cu yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.5.2.7-ci və 1.1.4.5.2.8-ci yarımmaddələr əlavə edilsin:
“1.1.4.5.2.7. İdxal edilən qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına tətbiq olunan aksizlər
1.1.4.5.2.8. İdxal edilən emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza tətbiq olunan aksizlər”;
1.3. “1.1.4.7.0.0. Yol vergisi” paraqrafı aşağıdakı redaksiyada verilsin:
“1.1.4.7.0.0. Yol vergisi
1.1.4.7.1.0. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi
1.1.4.7.1.1.
avtomobil benzininə yol vergisi
1.1.4.7.1.2.
dizel yanacağına
yol vergisi
1.1.4.7.1.3.
maye qaza
yol vergisi
1.1.4.7.2.0.
Azərbaycan Respublikasının
ərazisinə idxal olunan yanacağa yol vergisi
1.1.4.7.2.1.
avtomobil benzininə yol vergisi
1.1.4.7.2.2.
dizel yanacağına
yol vergisi
1.1.4.7.2.3.
maye qaza
yol vergisi
1.1.4.7.3.0. Xarici dövlətlərin
avtonəqliyyat vasitələri
sahibləri tərəfindən
ödənilən yol
vergisi”.
2. “Büdcə gəlirlərinin
təsnifatına əlavə”nin izahat hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
2.1.
1.4.3-cü köməkçi bölməsinə “vergi” sözündən sonra “ , əmək, məşğulluq” sözləri
əlavə edilsin;
2.2.
1.1.4.7-ci paraqrafı aşağıdakı
redaksiyada verilsin:
“1.1.4.7. Yol vergisi Azərbaycan
Respublikasının ərazisinə
daxil olan və həmin ərazidən sərnişin
və yük daşınması üçün
istifadə edən avtonəqliyyat vasitələrinin
sahibləri olan qeyri-rezident şəxslər,
habelə Azərbaycan
Respublikasının ərazisində
avtomobil benzininin, dizel yanacağının və maye qazın
istehsalı və ya idxalı ilə məşğul olan şəxslər tərəfindən ödənilən
vergilərdir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 7 iyun.- S.10.