“Xarici dövlətlərin hüquqi və
fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində
həyata keçirdikləri maliyyə əməliyyatları
barədə məlumatların bu dövlətlərin səlahiyyətli
orqanlarına verilməsi Hədləri və Qaydası”nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 211 Bakı şəhəri,
3 iyun 2015-ci il
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 992-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 218 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmişdir
Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi
HƏDLƏRİ VƏ QAYDASI
1. Ümumi müddəa
1.1 Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasınınərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 992-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 218 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədlərini və qaydalarını müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
2.1.1. hüquqi şəxs- Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş fiziki şəxs olmayan hər hansı şəxs;
2.1.2. maliyyə institutu- bank, depozitar və həyatın yığım sığortası fəaliyyətlərindən birini həyata keçirən hüquqi şəxs, habelə investisiya təşkilatı;
2.1.3. depozitar-fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslərin xeyrinə maliyyə aktivlərinin saxlanılması fəaliyyəti təşkil edən hüquqi şəxs. Depozitarın aşağıdakı müddətlərdən daha az olan müddətdə digər şəxslərin xeyrinə maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20 %-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:
2.1.3.1. maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üçillik müddət;
2.1.3.2. depozitarın fəaliyyət müddəti;
2.1.4. investisiya təşkilatı - müştəri üçün və ya onun adından aşağıdakı fəaliyyət və ya əməliyyatlardan birini və ya bir neçəsini sahibkarlıq fəaliyyəti kimi həyata keçirən (və ya belə fəaliyyətlə məşğul olan təşkilat tərəfindən idarə olunan) təşkilat:
2.1.4.1. pul bazarı alətlərinin (çeklər, veksellər, depozit sertifikatları, törəmə qiymətli kağızlar və s.) ticarəti, xarici valyuta mübadiləsi, məzənnə, faiz dərəcəsi və indeks alətlərinin ticarəti, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin ticarəti;
2.1.4.2. fərdi və kollektiv portfellərin idarə olunması;
2.1.4.3. digər şəxslərin kapital və ya pul vəsaitlərinin investisiya edilməsi və idarə olunması;
2.1.5. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu – Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, həmin xarici dövlətlərin müvafiq səlahiyyətli orqanlarına təqdim edilməsi nəzərdə tutulmuş məlumatları təqdim etmək öhdəliyi daşıyan maliyyə institutu;
2.1.6. nəzarət edən şəxs – hüquqi şəxs üzərində nəzarəti və ya idarəetməni həyata keçirən, qərarların qəbul edilməsində əhəmiyyətli təsirə malik olan fiziki şəxs. Nəzarət edən şəxs anlayışı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələrinə uyğun qaydada təfsir edilməlidir;
2.1.7. nağd pul dəyəri – müvafiq tarixə aşağıdakı məbləğlərin daha böyük olanıdır:
2.1.7.1. həyatın yığım sığortası müqaviləsi üzrə qaytarılan məbləğ;
2.1.7.2. sığortalının həyatın yığım sığortası müqaviləsi üzrə borc almaq hüququ olan məbləğ;
2.1.8. bank hesabı – kommersiya hesabı, cari hesab, əmanət hesabı, müddətli depozit hesabı və ya depozit sertifikatı, əmanət sertifikatı, investisiya sertifikatı, borc sertifikatı və ya maliyyə institutları tərəfindən bank işi və ya analoji fəaliyyətin normal gedişində aparılan digər analoji alətlə təsdiq olunan hesab. Bank hesablarına, həmçinin zəmanətli investisiya müqaviləsinə və ya kredit faizlərinin ödənilməsini nəzərdə tutan digər müqaviləyə əsasən sığortaçılar tərəfindən saxlanılan məbləğlər də aiddir;
2.1.9. depozitar hesabı – investisiya məqsədi ilə əldə olunmuş maliyyə alətlərinin və ya müqavilələrin (o cümlədən, bunlarla məhdudlaşmamaqla, şirkətdəki səhm və ya paylar, notlar, istiqrazlar, təminatsız borc öhdəlikləri və ya digər borc alətləri, valyuta və ya əmtəə əməliyyatları, kredit defolt svopları, qeyri-maliyyə indeksinə əsaslanan svoplar, şərti əsas məbləğ müqavilələri, sığorta və ya annuitet müqavilələri, opsiyonlar və ya digər törəmə alətlər) digər şəxslərin xeyrinə saxlanıldığı hesab (həyatın yığım sığortası müqaviləsi üzrə hesablar istisna olmaqla);
2.1.10. beynəlxalq müqavilələr çərçivəsində mübadilə edilən məlumatlar üzrə elektron hesabat (bundan sonra – e-hesabat) – xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə hədləri bu Qaydalarla müəyyənləşdirilmiş məlumatların Azərbaycan Respublikasının hesabatverən maliyyə institutları tərəfindən elektron-rəqəmsal formada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (bundan sonra – Vergilər Nazirliyi) təqdim edildiyi sənəd;
2.1.11. paketləmə – e-hesabat fayllarından vahid arxiv faylının hazırlanması;
2.1.12. maliyyə institutlarında vergi monitorinqi
portalı – www.tmfi.gov.az veb səhifəsi;
2.1.13.
e-hesabat tərtibatı proqramı – e-hesabatların tərtibi
və paketlənməsi üçün istifadə olunan
proqram təminatı;
2.1.14.
e-hesabat faylı – e-hesabatın tərtibi üçün zəruri
olan məlumatların daxil edilməsi məqsədi ilə
Vergilər Nazirliyi tərəfindən hazırlanmış
XML formatlı elektron sənəd;
2.1.15. gücləndirilmiş elektron imza əməliyyatını
icra etmək üçün proqram təminatı – oflayn
rejimdə hazırlanaraq paketlənmiş e-hesabatın gücləndirilmiş
elektron imza ilə imzalanması üçün istifadə
olunan proqram təminatı.
2.2.
E-hesabatı oflayn rejimdə hazırlamaq üçün
e-hesabat tərtibatıproqramı, gücləndirilmiş
elektron imza əməliyyatını icra etmək
üçün proqram təminatı və e-hesabat faylı
Azərbaycan Respublikasının hesabatverən maliyyə
institutu tərəfindən öz kompyuterinə maliyyə
institutlarında vergi monitorinqi portalının müvafiq
bölməsindən yüklənilməlidir.
2.3.
E-hesabat tərtibatı proqramı oflayn rejimdə istifadə
üçün Vergilər Nazirliyi tərəfindən
hazırlanır və Azərbaycan Respublikasının
hesabatverən maliyyə institutlarına əvəzsiz (ödənişsiz)
verilir.
3. Xarici
dövlətlərin hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikası ərazisində həyata
keçirdikləri maliyyə əməliyyatları barədə
məlumatların həmin dövlətlərin səlahiyyətli
orqanlarına verilməsi hədləri
3.1. Xarici
dövlətlərin hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikasının ərazisində həyata
keçirdikləri maliyyə əməliyyatları barədə
məlumatlar həmin dövlətlərin səlahiyyətli
orqanlarına aşağıdakı hədlərdə verilir:
3.1.1.
xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində
maliyyə əməliyyatları həyata keçirən və
həmin xarici dövlətlərlə bağlanılan
müvafiq beynəlxalq müqavilələrə uyğun
olaraq, barəsində məlumat tələb edilən hər
bir hüquqi və fiziki şəxsinin adı, ünvanı və
həmin xarici dövlətdə aldığı vergi
identifikasiya nömrəsi (əgər varsa), habelə beynəlxalq
müqavilənin tərəfi olan xarici dövlətin şəxsi
hesab olunmayan hüquqi şəxsin bir və ya bir neçə
nəzarət edən şəxsi həmin dövlətin
şəxsi olduğu halda, belə hüquqi şəxsin və
nəzarət edən şəxsin hər birinin adı,
ünvanı və həmin xarici dövlətdə
aldığı vergi identifikasiya nömrəsi (əgər
varsa);
3.1.2.
xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində
maliyyə əməliyyatları həyata keçirən, həmin
xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq
müqavilələrə uyğun olaraq, barəsində məlumat
tələb edilən və həmin xarici dövlətdə
aldığı vergi identifikasiya nömrəsi Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutunun məlumat
bazasında olmayan fiziki şəxsinin və beynəlxalq
müqavilənin tərəfi olan xarici dövlətin şəxsi
hesab olunmayan hüquqi şəxsin həmin xarici dövlətin
şəxsi olan və həmin xarici dövlətdə
aldığı vergi identifikasiya nömrəsi Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutunun məlumat
bazasında olmayan nəzarət edən şəxsinin
doğulduğu tarix;
3.1.3. hesab nömrəsi (hesab nömrəsi
olmadıqda, digər funksional ekvivalent);
3.1.4. Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutunun adı
və beynəlxalq müqaviləyə uyğun olaraq, xarici
dövlətin məlumat bazasında maliyyə institutu kimi
qeydiyyata alınması tələb olunduğu halda müvafiq
identifikasiya nömrəsi;
3.1.5. hesab sahibinin Azərbaycan Respublikasının
hesabatverən maliyyə institutundakı hesablarının
müvafiq təqvim ilinin və ya digər müvafiq hesabat
dövrünün sonuna və ya əgər hesablar il ərzində
bağlanmışdırsa, bilavasitə bağlanmazdan əvvəl
cəmi qalığı və ya dəyəri (həyatın
yığım sığortası müqaviləsi üzrə
nağd pul dəyəri və ya qaytarılan məbləğ);
3.1.6. hər hansı depozitar hesabı üzrə:
3.1.6.1. təqvim ili və ya digər müvafiq hesabat
dövrü ərzində hesabda saxlanılan aktivlərlə
bağlı hesaba (və ya hesabla bağlı) ödənilmiş
və ya hesablanmış faizlərin, dividendlərin və digər
gəlirlərin ümumi məbləği;
3.1.6.2. Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutunun hesab
sahibi üçün depozitar, broker, nominal saxlayıcı və
ya agent kimi çıxış etdiyi aktivin
satılmasından və ya girovdan azad edilməsindən əldə
olunan və təqvim ili və ya digər
müvafiq hesabat dövrü ərzində hesaba ödənilmiş
və ya hesablanmış ümumi gəlirləri;
3.1.7. təqvim ili və ya digər müvafiq hesabat
dövrü ərzində bank hesabına ödənilmiş və
ya hesablanmış faizlərin ümumi məbləği;
3.1.8. bu Qaydaların 3.1.6-cı və 3.1.7-ci
yarımbəndlərində göstərilməyən hər
hansı hesab üzrə, təqvim ili və ya digər
müvafiq hesabat dövrü ərzində Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutunun öhdəlik
götürdüyü və ya borclu olduğu hesabla əlaqədar
hesab sahibinə ödənilmiş və ya hesablanmış
ümumi məbləğ, o cümlədən hesab sahibinə
geri qaytarılan ödənişlərin ümumi məbləği.
4. Xarici
dövlətlərin hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikası ərazisində həyata
keçirdikləri maliyyə əməliyyatları barədə
məlumatların Azərbaycan Respublikasının hesabatverən
maliyyə institutları tərəfindən Vergilər
Nazirliyinə
verilməsi qaydası
4.1. Xarici
dövlətlərlə bağlanılan müvafiq beynəlxalq
müqavilələrə uyğun olaraq, hesabat verilməli
maliyyə əməliyyatları barədə məlumatlar Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutları tərəfindən
Azərbaycan Respublikasının xarici dövlətlərlə
bağladığı müvafiq beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş müddətlərdə, lakinməlumatların
aid olduğu təqvim ili başa çatdıqdan sonrakı
ilin 1 iyul tarixindən gec olmayaraq Vergilər Nazirliyinəötürülməlidir.
4.2. Xarici
dövlətlərlə bağlanılan müvafiq beynəlxalq
müqavilələrə uyğun olaraq, hesabat verilməli
maliyyə əməliyyatları barədə məlumatlarAzərbaycan
Respublikasının hesabatverən maliyyə institutları tərəfindən
Vergilər Nazirliyinə ötürülərkən, Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktlarında və tərəfdar
çıxdığı beynəlxalq sazişlərdə nəzərdə
tutulmuş məxfiliklə bağlı tələblərə
əməl edilməlidir.
4.3. Xarici
dövlətlərlə bağlanılan müvafiq beynəlxalq
müqavilələrə uyğun olaraq hesabat verilməli
maliyyə əməliyyatları barədə məlumatlar Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutları tərəfindən
Vergilər Nazirliyinə ötürülərkən, məbləğlərin
əks olunduğu valyuta mütləq göstərilməlidir.
4.4. Xarici
dövlətlərlə bağlanılan müvafiq beynəlxalq
müqavilələrə uyğun olaraq, hesabat verilməli maliyyə
əməliyyatları barədə məlumatlar yalnız
e-hesabat vasitəsilə təqdim edilir.
4.5. Azərbaycan Respublikasının hesabatverən maliyyə
institutu elektron sənəd mübadiləsi ilə
bağlı Vergilər Nazirliyinin bütün təlimat və
qaydalarına əməl edir, e-hesabatı bu Qaydaların 3.1-ci
bəndində nəzərdə tutulmuş müddətlərdə
vergi orqanına göndərir. E-hesabatın Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutları tərəfindən
Vergilər Nazirliyinə təqdim edilməsi və Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutları ilə
Vergilər Nazirliyi arasında elektron sənəd mübadiləsinin
aparılması gücləndirilmiş elektron imza vasitəsilə
həyata keçirilir.
4.6.
E-hesabat Azərbaycan Respublikasının hesabatverən maliyyə
institutu tərəfindən maliyyə institutlarında vergi
monitorinqi portalından istifadə edilməklə onlayn rejimdə
və ya e-hesabat tərtibatı proqramından, yaxud e-hesabat
faylından istifadə edilməklə oflayn rejimdə tərtib
edilə bilər.
4.7.
E-hesabatın onlayn rejimdə tərtibi üçün,
gücləndirilmiş elektron imza ilə maliyyə
institutlarında vergi monitorinqi portalının “Şəxsi
kabinet” bölməsinə daxil olunur və zəruri məlumatlar
daxil edilir. Tərtib edilmiş e-hesabat bu bölmədə
imzalanaraq Vergilər Nazirliyinə təqdim olunur.
4.8.
E-hesabatın e-hesabat tərtibatıproqramından istifadə
edilməklə tərtibi üçün zəruri məlumatlar
e-hesabat tərtibatıproqramının müvafiq bölmələrinə
daxil edilir və həmin proqram təminatı vasitəsilə
paketlənir.
4.9.
E-hesabatın e-hesabat faylından istifadə edilməklə tərtibi
üçün zəruri məlumatlar e-hesabat faylının
müvafiq bölmələrinə yerləşdirilərək
XML fayl hazırlanır və həmin fayl paketlənir.
4.10. Azərbaycan Respublikasının hesabatverən maliyyə
institutu e-hesabatı bu Qaydaların 4.8-ci və ya 4.9-cu bəndlərində
nəzərdə tutulmuş qaydada tərtib edərsə, həmin
hesabatverən maliyyə institutu e-hesabatı paketlədikdən
sonra gücləndirilmiş elektron imza əməliyyatını
icra etmək üçün proqram təminatı vasitəsilə
imzalayır, internetə qoşularaq maliyyə institutlarında
vergi monitorinqi portalına bağlanır və
hazırladığı imzalanmış paket faylını
sistemə göndərir.
4.11.
E-hesabat bu Qaydaların 4.7-ci, 4.8-ci və 4.9-cu bəndlərində
nəzərdə tutulmuş qaydada tərtib edilərkən, məlumatlar
Azərbaycan Respublikasının hesabatverən maliyyə
institutu tərəfindən e-hesabatın tələblərinə
uyğun olaraq daxil edilir.Azərbaycan Respublikasının
hesabatverən maliyyə institutu tərəfindən daxil
edilmiş məlumatlar müvafiq olaraq maliyyə
institutlarında vergi monitorinqi portalı və ya e-hesabat tərtibatı
proqramı tərəfindən ilkin olaraq yoxlanılır və
müvafiq tələblərə cavab vermədikdə qəbul
edilmir.
4.12.
E-hesabat Azərbaycan Respublikasının hesabatverən maliyyə
institutları tərəfindən Vergilər Nazirliyinə təqdim
edilməzdən əvvəl Azərbaycan Respublikasının
hesabatverən maliyyə institutlarının ən azı iki vəzifəli
şəxsi (rəhbər və Azərbaycan
Respublikasının xarici dövlətlərlə
bağladığı müvafiq beynəlxalq müqavilələr
üzrə məsul şəxs (bundan sonra – məsul şəxs)
tərəfindən gücləndirilmiş elektron imza ilə
təsdiq olunmalı və maliyyə institutlarında vergi
monitorinqi portalından istifadə edilməklə Vergilər
Nazirliyinə təqdim olunmalıdır.
4.13. Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutu tərəfindən
Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat
Vergilər Nazirliyi tərəfindən Azərbaycan
Respublikasının bağladığı beynəlxalq
müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli
orqanına ötürülənədək, həmin
e-hesabatdakı məlumatlarda hər hansı dəyişiklik
edilməsinə zərurət yarandığı halda Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutu “dəqiqləşmiş”
e-hesabat təqdim edir.
4.14. Azərbaycan
Respublikasının hesabatverən maliyyə institutu tərəfindən
Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat
Vergilər Nazirliyi tərəfindən Azərbaycan
Respublikasının bağladığı beynəlxalq
müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli
orqanına ötürüldükdən sonra həmin səlahiyyətli
orqan tərəfindən e-hesabatdakı hər hansı hesab
sahibi barədə məlumatlara düzəliş edilməsi tələb
edildikdə, Azərbaycan Respublikasının hesabatverən
maliyyə institutu müvafiq hesab sahibləri barəsindəki
məlumatların düzəliş edilmiş
versiyasını həmin hesab sahibləri üçün
“düzəliş” bölməsini seçməklə yenidən
tərtib edərək imzaladıqdan sonra “düzəliş”
e-hesabatı formasında Vergilər Nazirliyinə təqdim
edir.
4.15. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanına ötürüldükdən sonra Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu müvafiq e-hesabatdakı hər hansı məlumatda dəyişiklik etmək istədikdə, müvafiq hesab sahibləri barəsindəki məlumatların dəyişiklik edilmiş versiyasını həmin hesab sahibləri üçün “dəyişiklik” bölməsini seçməklə yenidən tərtib edərək imzaladıqdan sonra “dəyişiklik” e-hesabatı formasında Vergilər Nazirliyinə təqdim edir.
4.16. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanına ötürüldükdən sonra e-hesabatdakı hər hansı hesab sahibi barədə məlumatların ləğv edilərək yenidən göndərilməsi zərurəti yaranarsa, Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu Vergilər Nazirliyinə “ləğv” e-hesabatı təqdim edir. Bu halda, Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu, məlumatları ləğv edilən müvafiq hesab sahibləri barədə təqdim etdiyi məlumatları “ləğv” bölməsini seçərək yenidən təqdim etməklə yanaşı, həmin hesab sahibinə dair məlumatların yenilənmiş versiyasını “yeni” bölməsini seçməklə əlavə olaraq e-hesabata daxil edir.
4.17. E-hesabatın tərtibi və dəqiqləşdirilməsi, e-hesabata düzəliş və ya dəyişiklik edilməsi və ya e-hesabatdakı məlumatların ləğv edilməsi üzrə əməliyyatların həyata keçirilməsi qaydaları Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.
4.18. E-hesabatın tərtibi və dəqiqləşdirilməsi, e-hesabata düzəliş və ya dəyişiklik edilməsi və ya e-hesabatdakı məlumatların ləğv edilməsi Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun rəhbəri tərəfindən səlahiyyət verilmiş məsul şəxs və ya operator tərəfindən həyata keçirilir və Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun rəhbəri isə həmin e-hesabatları təsdiq və ya rədd edir.
4.19. E-hesabatın tərtibi və dəqiqləşdirilməsi, e-hesabata düzəliş və ya dəyişiklik edilməsi və ya e-hesabatdakı məlumatların ləğv edilməsi, yaxud e-hesabatın imzalanması üzrə əməliyyatların həyata keçirilməsinin digər səlahiyyətli şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi rəhbər tərəfindən maliyyə institutlarında vergi monitorinqi portalının “Şəxsi kabinet” bölməsində yaradılmış “İdarəetmə” səhifəsindən istifadə edilməklə həyata keçirilir və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir.
4.20. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu vergi orqanına təqdim etdiyi e-hesabatların, Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələr çərçivəsində həmin hesabatverən maliyyə institutunun yoxladığı bütün fiziki və hüquqi şəxslərlə əlaqədar əldə etdiyi sənədlərin və vergi orqanından daxil olmuş bütün elektron sənədlərin 7 ildən az olmayan müddətdə saxlanılmasını təmin edir.
4.21. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələr çərçivəsində yoxladığı bütün fiziki və hüquqi şəxslərlə əlaqədar əldə etdiyi sənədlərin əslini və ya təsdiq edilmiş surətlərini Vergilər Nazirliyinin və ya Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanının tələbi əsasında Vergilər Nazirliyinə təqdim edir.
4.22. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu elektron sənədlər mübadiləsinin aparıldığı iş yerinin təhlükəsizliyini müstəqil təmin edir.
4.23. Elektron mübadilənin aparılması prosesində aşkar edilmiş səhvlərin və ya uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun və vergi orqanının qarşılıqlı təşəbbüskarlığı əsasında həyata keçirilir.
5. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların Vergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına verilməsi qaydası
5.1. Xarici dövlətlərinhəmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdiril-miş məlumatlar Vergilər Nazirliyi tərəfindən həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə və qaydalarda həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edilir.
5.2. Xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdiril-miş məlumatlarVergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına ötürülərkən, Azərbaycan Respublikasının müvafiq qanunverici-lik aktlarında və tərəfdar çıxdığı beynəlxalq sazişlərdə nəzərdə tutulmuş məxfiliklə bağlı tələblərə əməl edilməlidir.
5.3. Xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdiril-miş məlumatlar Vergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına ötürülərkən, məbləğlərin əks olunduğu valyuta mütləq göstərilməlidir.
5.4. Xarici dövlətlərin həmin
xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq
müqavilələrə uyğun olaraq, barəsində məlumat
tələb edilən hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikasının ərazisində həyata
keçirdikləri maliyyə əməliyyatları barədə
bu Qaydalarla müəyyənləşdiril-miş məlumatlar
Vergilər Nazirliyi tərəfindən həmin dövlətlərin
səlahiyyətli orqanlarına kriptoqrafik vasitələrdən
istifadə edilməklə şifrələndikdən və
paketləndikdən sonra ötürülür.
Azərbaycan. - 2015.- 7 iyun.- S.10.