“Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslarınTəsnifatı”nın və  “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 214                                    Bakı şəhəri, 4 iyun 2015-ci il

 

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “2. Humanitar və sosial ixtisaslar qrupu” hissəsinin “060212 Hüquqşünaslıq” ixtisasına “- Transmilli cinayət hüququ” sətrindən sonra   “- İnformasiya hüququ” sətri əlavə edilsin.

2. “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” hissəsinin “060321 Dizayn” ixtisasına “- Dizayn sənətinin tarixi və nəzəriyyəsi” sətrindən sonra  “- Vizual dizayn və media” sətri əlavə edilsin.

3. “4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” hissəsinin “060411 Kommersiya” ixtisasına “- Bazar infrastrukturu” sətrindən sonra “060412 Davamlı inkişafın idarə edilməsi” ixtisası əlavə edilsin.

4. “5. Təbiət ixtisasları qrupu” hissəsinin “060503 Fizika” ixtisasına   “- Yüksək enerjilər fizikası” sətrindən sonra “- Radiasiya materialşünaslığı”, “- Atom və nüvə fizikası” sətirləri, “060507 Hidrometeorologiya” ixtisasına “- Aqrometeorologiya” sətrindən sonra “- Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi” sətri, “060510 Ekologiya” ixtisasına “- Aqrar sahədə ətraf mühitin mühafizəsi” sətrindən sonra “- Biomüxtəliflik və təbiətin mühafizəsi”, “- Bioekologiya” sətrləri əlavə edilsin.

5. “6. Texniki və texnoloji ixtisaslar qrupu” hissəsi üzrə:

5.1. “060638 Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi” ixtisasına “- Bəzək və izolyasiya materialları” sətrindən sonra  “- Şüşə və keramika məmulatları texnologiyası” sətri əlavə edilsin;

5.2. “060643 Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisasından “- Şüşə və keramika məmulatları texnologiyası” sətri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.10.