İri, ortakiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 215                                    Bakı şəhəri, 5 iyun 2015-ci il

 

 

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respubli-kasının  2013-cü il 2 iyul tarixli  714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.7-ci  yarımbəndinin  icrasını  təmin  etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İri, ortakiçik sahibkar meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektləri, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin  illik gəliri barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilinaprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, kiçik, ortairi sahibkarların bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti ilin may ayının 10-dan gec olmayaraq elektron qaydada “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.10.