Bakıda yeni ünvan - Azərbaycan Evi

 

İyunun 13-də Bakıda, Dövlət Bayrağı Meydanı ərazisində Azərbaycan Evi fəaliyyətə başlayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva qızı Leyla Əliyeva iyunun 8-də Azərbaycan Evində yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan Evində birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri, idmançıların uğurları müzakirə ediləcək, qaliblərin şərəfinə bayramlar təşkil olunacaq. Müasir üslubda qurulan bu məkan əslində hər bir Olimpiadanın ayrılmaz hissəsi hesab edilir. Burada idmançılara, şəhərimizin qonaqlarına əyləncəli proqramlar təqdim ediləcək.

Azərbaycan Evində qonaqların həm istirahəti, həm onların öz sevimli komandaları idmançılarının uğurlarının sevincini bölüşmək üçün hər cür şərait yaradılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 iyun.- S. 3.