Yeni inşa olunan “Atelye 61”
restoranında Meksika mətbəxinin
nümunələri təqdim ediləcək
İyunun
8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva
Dövlət Bayrağı Meydanı ərazisində yeni
inşa edilən “Atelye 61” restoranı ilə tanış
olublar.
Dövlətimizin
başçısına məlumat verilib ki, Meksika mətbəxinin
nümunələrinin təqdim olunacağı “Atelye 61”də
qonaqlar həm də Latın Amerikası rəqslərini izləyə
biləcəklər.
Son illərdə Dənizkənarı Milli
Parkın genişləndirilməsi istiqamətində
görülən işlər, Dövlət Bayrağı
Meydanı, onun ətrafında həyata
keçirilən abadlıq-quruculuq tədbirləri
paytaxtımızın daha da
gözəlləşməsinə, insanların
rahatlığına xidmət edir və
şəhər sakinlərində xoş
təəssüratlar, dərin məmnunluq hissi
yaradır. Yeni mədəniyyət və
istirahət obyektlərinin açılışı isə
şəhərimizi daha da
gözəlləşdirir, ölkə sakinlərinin və
paytaxtımıza gələn qonaqların istirahətini təmin
etməklə yanaşı, respublikamızı turizm mərkəzi kimi
tanıdır.
AZƏRTAC
Azərbaycan.- 2015.- 9 iyun.- S. 3.