YARAT Müasir İncəsənət Mərkəzinin
ilk daimi məkanı
ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanış olublar.
Diqqətə çatdırılıb ki, YARAT-ın yeni məkanı
1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət
göstərən, sonradan bərpa edilən
binada yerləşir. Bərpa nəticəsində
ikimərtəbəli dəbdəbəli sərgi məkanı
yaradılıb. Yeni kitabxananın fəaliyyət göstərəcəyi
bu məkanda YARAT-ın keçirdiyi
sərgilər və il ərzində
aparıcı beynəlxalq rəssamlar tərəfindən yeni yaranan hərəkatların
dörd müvəqqəti sərgisi nümayiş olunacaq.
Auditoriya nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri
üçün xüsusi
məkan rolunu oynayır. Bu
mərkəzin başlıca prinsipi təhsil
proqramlarını daha da
inkişaf etdirmək və beynəlxalq rəssamlar,
auditoriya və institutlarla
əməkdaşlığı gücləndirməkdir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 9 iyun.- S. 4.