Azərbaycan Prezidenti İlham Əliyev
Bayıl bulvarının açılışında iştirak edib
İyunun
8-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, xanımı Mehriban Əliyeva və qızı
Leyla Əliyeva Bayıl bulvarının
açılışında iştirak ediblər.
Dövlətimizin başçısına məlumat verildi ki, Bayıl bulvarının inşasına 2013-cü ildə başlanılıb. Layihə çərçivəsində bulvarda işlər yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 24 hektar olan yeni istirahət mərkəzinin uzunluğu 2,3 kilometrdir. Burada 16 hektar yaşıllıq zonası yaradılıb.
Dövlətimizin başçısı Bayıl bulvarının rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni istirahət mərkəzində müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Dövlət Bayrağı Meydanı istiqamətindən başlayan Bayıl bulvarında görülən işlər Dənizkənarı Milli Parkın simasını daha da gözəlləşdirir, paytaxta xüsusi yaraşıq verir. Bu cür istirahət mərkəzlərində yaradılan infrastrukturun ən müasir tələblər səviyyəsində olması sakinlərin rahatlığı baxımından mühüm əhəmiyyətə malikdir. Xəzərə açılan mənzərə buraya gələn sakinlərin və turistlərin zövqünü oxşayacaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının müasirləşməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illərdə yeni istirahət guşələrinin, park və xiyabanların yaradılması xüsusi əhəmiyyət daşıyır. Müasir istirahət mərkəzləri içərisində Bayıl bulvarının özünəməxsus yeri var.
Bir neçə gündən
sonra paytaxtımızda əlamətdar və
tarixi idman bayramına
- birinci Avropa
Oyunlarına start veriləcək. Bayıl bulvarının məhz dünyanın diqqət
mərkəzində olan birinci
Avropa Oyunları ərəfəsində
istifadəyə verilməsi çox
önəmlidir. Ölkəmizə gələn turistlər
Bakıda aparılan abadlıq-quruculuq və yenidənqurma
işlərinin miqyası ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
AZƏRTAC
Azərbaycan.- 2015.- 9 iyun.- S. 4.