Bakı şəhərində
keçirilən I Avropa Oyunlarında Azərbaycan
Respublikasının idmançıları və onların məşqçiləri
üçün ən yüksək nəticələrə
görə mükafatların müəyyən edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:
1. Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri
tutan hər bir idmançıya 100 min
manat, onun şəxsi məşqçisinə
50 min manat;
1.2. ikinci yeri
tutan hər bir idmançıya 50 min manat, onun şəxsi
məşqçisinə 25 min manat;
1.3. üçüncü yeri tutan hər
bir idmançıya
30 min manat, onun şəxsi məşqçisinə
15 min manat;
1.4. milli yığma
komandaların baş məşqçilərinə ən
yüksək nəticə
göstərmiş bir
idmançıya görə
şəxsi məşqçinin
aldığı məbləğ
qədər (bir dəfə);
1.5. komanda idman
növlərində komanda
üzvlərinə (əsas
heyət) və məşqçilərə (baş
məşqçi və
köməkçi):
1.5.1. birinci yeri
tutan hər bir komanda üzvünə
30 min manat, komandanın
məşqçilərinin hər birinə 15 min manat;
1.5.2. ikinci yeri
tutan hər bir komanda üzvünə
20 min manat, komandanın
məşqçilərinin hər birinə 10 min manat;
1.5.3. üçüncü yeri tutan hər
bir komanda üzvünə 10 min manat,
komandanın məşqçilərinin
hər birinə 5 min manat.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyun 2015-ci il.
Azərbaycan.- 2015.- 9 iyun.- S. 5.