Prezidentin Mətbuat Xidmətinin məlumatı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

Azərbaycan Respublikasının Prezidenti Baş nazir Əhməd Davudoğluna rəhbərlik etdiyi Ədalət İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.

Türkiyə Respublikasının Baş naziri göstərilən diqqətə təbrikə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu ölkələrimiz arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

 

Azərbaycan.- 2015.- 9 iyun.- S. 5.