Nə? Harada? Nə vaxt?

 

“Azərbaycan” qəzeti I Avropa Oyunlarının təqvimini təqdim edir

 

Azərbaycan ilk Avropa Oyunlarının həyəcanı ərəfəsindədir. Dünya idman tarixində ilk dəfə təşkil olunacaq və qitənin 50 ölkəsindən 6 mindən çox idmançının qatılacağı bu möhtəşəm bayrama maraq olduqca böyükdür. Yarışların keçiriləcəyi arenaların inşasından idmançıların qarşılanması və yerləşdirilməsinədək bütün məsələlər yüksək səviyyədə həll olunub.

Üç gündən sonra Avropanın diqqəti Odlar yurdu Azərbaycana, onun paytaxtı Bakıya yönələcək. I Avropa Oyunlarını keçirən Azərbaycan bu tarixi uğura imza atmaq üçün böyük hazırlıq yolu keçib. Bir-birindən möhtəşəm yarışlara ev sahibliyi edəcək 18 arena (Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı İdman Sarayı, “Baku Crystal Hall”, Mingəçevir “KürOlimpiya Tədris İdman Mərkəzi, BMX Veloparkı, Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, Bilgəh çimərliyi, Şose ) tam hazır vəziyyətdədir.

17 gün ərzində 20 idman və 30 yarış növü üzrə 253 dəst medal uğrunda təşkil olunacaq “Bakı-2015”in təqviminə nəzər yetirdikdə, ən çox davam edəcək idman növünün voleybol olduğunun şahidi olarıq. 13-28 iyun tarixlərində oynanılacaq yarışlarda 2 medal dəsti uğrunda gərgin mübarizəni izləyəcəyik.

Şübhəsiz ki, tamaşaçıların daha çox maraq göstərəcəyi idman növləri arasında güləş də yer alır. Azərbaycanın medal qazanacağı idman növləri sırasında ilk pilləni tutan güləşçilərin mübarizəsi 13-18 iyun tarixlərində Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Onu da qeyd edək ki, digər fərdi idman növləri içərisində ən çox yarış güləşçilərin mübarizəsində olacaq.

Ən çox yarış günü olan idman növlərindən biriboksdur. İyunun 16-da start götürəcək və 12 gün davam edəcək yarışda 15 medal dəsti uğrunda mübarizənin şahidi olacağıq.

Milli Gimnastika Arenası 5 idman növü (aerobika, akrobatika, bədii, batutidman gimnastikası) üzrə yarışlara ev sahibliyi edəcək.

Baku Crystal Hallda 5 idman növü üzrə yarışları qəbul edəcək. Bunlar boks, voleybol, qılıncoynatma, karatetaekvondodur.

Su İdmanı Sarayında isə 3 növ - suya tullanma, sinxronüzgüçülük üzrə yarışlar keçiriləcək.

Avropa Oyunlarında mübarizə iyunun 12-də açılış mərasimindən öncə su polosusinxron üzgüçülük yarışları ilə başlayacaq.

Sambo yarışları isə 1 günlük müddət ərzində, Oyunların ən çox yarış olan idman növüdür (51).

Dağ velosipedi idmanı da bir günü əhatə edəcək və elə cəmi bir yarışdan ibarət olacaq.

İnanırıq ki, idmançılarımız Azərbaycan üçün tarix yaradacaq bir hadisədə - I Avropa Oyunlarında doğma meydan amilindən istifadə edərək qazanacaqları qələbələrlə xalqmızı sevindirəcəklər.

I Avropa Oyunlarının təqvimi ilə “Azərbaycan” qəzetinin bugünkü sayında ətraflı tanış ola bilərsiniz.

 

Elçin CƏFƏROV

 

Azərbayca.- 2015.- 9 iyun.- S. 6.