Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Anibal Kavaku Silvaya

 

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 iyun 2015-ci il.

 

Azərbaycan.- 2015.- 10 iyun.- S. 3.