“Yol
hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli
24 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1178-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 11, maddə 666; 2001, ¹ 7, maddə 459; 2003, ¹ 10, maddələr 546, 571; 2004, ¹ 8, maddə 617, ¹ 12, maddə 1005; 2006, ¹ 9, maddə 743; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 4, maddə 226, ¹ 8, maddə 630; 2010, ¹ 7, maddə 606; 2011, ¹ 6, maddə 510; 2012, ¹ 5, maddə 423, ¹ 11, maddə 1079; 2014, ¹ 9, maddə 1043; 2015, ¹ 2, maddələr 110, 140) 2-ci hissəsinin dördüncü abzasından “, 6-1-ci” və “5-ci bəndində,” sözləri çıxarılsın, həmin abzasda “10-cu bəndində və onun qeydində” sözləri “10-cu bəndinin qeydində” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyun 2015-ci il
A.rbaycan.- 2015.- 10 iyun.- S. 3.