Alov Qüllələrindən parlayan şəfəq

 

O, Şirvanşahlar sarayında tariximizə, Qoşa Qala qapısında isə mədəniyyətimizə işıq saçdı

 

Dünən paytaxt sakinləri, ölkəmizdəki turistlər, həmçinin idman bayramının iştirakçılarından ibarət ayrı-ayrı qruplar daha bir əlamətdar tarixi hadisənin şahidinə çevrildilər: “Bakı-2015” I Avropa Oyunlarının məşəl estafeti bir neçə məkana da istiqamət aldı. Günortaüstü Şəhidlər xiyabanının yaxınlığında ziyarətçilər əlindən tərpənmək olmurdu. “Bakı- 2015” I Avropa Oyunlarının məşəli Alov Qüllələrindən endirilməli idi. Doğrusu, maraqlı olduğu qədər də həyəcanlı idi. Hələ kimsəyə məlum deyildi ki, məşəli “göyün yeddinci qatı”ndan kim endirəcək. Bu arada mətbuat üçün maraqlı olacağı nəzərə alınaraq Alov Qüllələri barədə bəzi məlumatlar verildi ki, bunun da rəmzi mənası var idi.

Alov Qüllələri paytaxt Bakının simvollarından biridir. O, üç çoxmərtəbəli binadan ibarətdir ki, bura mehmanxanalar, mənzillər ofislər daxildir. Ümumi sahəsi 227 min kvadratmetrdir. Binaların tikintisinə 2008-ci ildə başlanılıb, 2012-ci ildə istifadəyə verilib. “Flame Towers” işıqlandırılma üzrə birinci yeri tutur. Üzərində animasiya mənzərələri vermək üçün binalar bütövlüklə LED ekranlarla örtürülüb.

Alov Qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında böyük innovasiya layihəsi olan MIPIM-2013 müsabiqəsininƏn yaxşı hotel turizm mərkəzinominasiyasının qalibi elan edilib.

Bakının möhtəşəm tikililərindən olan Alov Qüllələri müasir paytaxtın həm vizit kartısayılır. 3 binadan ibarət bu möhtəşəm tikili ayrı-ayrı funksiyaları yerinə yetirir. Onalardan biri 328 yerlik mehmanxana, digəri biznes mərkəzi, o biri isə 140 mənzilli rezidensiya - yaşayış binası kimi fəaliyyət göstərir.

Hotel kompleksi 37, biznes mərkəzi 34, rezidensiya 39 mərtəbədən ibarətdir. Binanın ən hündür mərtəbəsi isə dəniz səviyyəsindən 300 metr yüksəklikdədir. Memarların hesablamalarına görə, bu, Bakının digər binaları ilə müqayisədə ən hündür nöqtədir.

Alov Qüllələrinin mehmanxanası isə buranı seçən qonaqlar üçün əsl cənnət təsiri bağışlayır. Pəncərədən tutmuş, otağın qapısının açılmasınadək hər şey kompüterlə idarə olunur.

Binaların adının Alov Qüllələri olması da təsadüfi deyil. Bakının Odlar yurdu olmasını nəzərə alaraq, tikiliyə bu adı veriblər. Binalara əsl qiymət isə hər üçü xüsusi işıq effektləri ilə bəzədiləndə verilir. I Avropa Oyunları zamanı burada “Bakı-2015”in bəzi tədbir konfransları keçiriləcək.

...Bu da gözlənilən an: nəzərlər səmaya dikilir. Şərti olaraq birinci sayılan binanın damından asılmış kəndirlə aşağı enəcəkqaraltı”nın insan olduğu o qədər inandırıcı görünməsə , bu barədə öncədən məlumatı olanların alqış sədaları ucalır. “Bakı-2015”

I Avropa Oyunlarının məşəli Bakıya bu dəfə səmadan endirilir. Rəmzi mənasının fərqinə varmayanların diqqəti alpinist Renat Rəhimxanovun əlində məşəl kəndirlə üzüaşağı necə enməyində idi.

Şəhidlər xiyabanı ilə üzbəüz binaların ətrafı şəhər sakinləri, xüsusən gənclər reportyorlarla dolu idi. Məşəllə yerə enən alpinist Renat Rəhimxanov coşqu ilə qarşılandı. Müqəddəs bir vəzifəni göylərdən endirmək məsuliyyəti kənardan müşahidələr alpinisti həddan artıq həm sevindirmiş, həm həyəcanlandırmışdı.

Gənc alpinistin mətbuat nümayəndələrinin suallarına cavabı konkret oldu: “...Bəli, əlbəttə, həyəcanlı olmamaq mümkün deyil. Əslində, belə hallara öyrəşmişik. Amma dağa dırmananda, sərt qayalardan enəndə belə həyəcan yaşamamışdım. Bu da təbiidir. Şəhərimizin uca nöqtəsindən məşəllə enmək müqəddəs şərəfli borcdur. Bunu bacardımsa, xoşbəxtəm. Kim arzulamaz ki, belə həyəcanı yaşasın?! Məncə, hər bir alpinistin ürəyindən keçərdi. Bu şərəfli vəzifəni mənə həvalə etdikləri üçün təşəkkürümü bildirirəm. Alov Qüllələrinin zirvəsindən məşəllə enərkən özümdə sanki bir yüngüllük rahatlıq hiss etdim! Azərbaycanımızı Avropa Oyunlarında təmsil edən idmançılarımıza qələbələr medallar qazanmaq arzulayıram. İnanıram ki, yaradılmış şəraitə cavab olaraq onlar bu dəfə bayrağımızı qaliblər sırasında qaldıracaq, himnimizi dinlədəcəklər”.

Günün ikinci yarısında məşəl UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan qədim İçərişəhərə gətirildi. “Bakı-2015” məşəlinin İçərişəhərdə səyahəti Kiçik Qala küçəsindən başlayaraq, Kiçik Qala küçəsi ilə Qoşa Qala qapısı meydanına, oradan isə Qüllə küçəsi ilə aparılaraq Buxara Multanı karvansaralarının yaxınlığından Qız qalası meydanına gətirildi. Asəf Zeynallı küçəsi ilə irəliləyən məşəlin marşrutu daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi, eləcə buradakı bir sıra tarixi küçə döngələrdən keçərək, orta əsrlərə aid, Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində dayandı. Xalq artisti Faiq Ağayevdən məşəli Qoşa Qala qapısında Olimpiya çempionu Elnur Məmmədli qəbul etdi. Sürəkli alqışlarla müşayiət olunan məşəl estafeti İçərişəhərin tarixi küçələrini dolaşaraq Qız qalasına doğru irəlilədi.

Marşrut boyu paytaxt sakinləri şəhərimizin qonaqları tərəfindən alov böyük hərarətlə qarşılandı. Məşəlin estafeti zamanı I Avropa Oyunlarının rəmzləri - Ceyran Nar da tədbirə bayram əhval-ruhiyyəsi qatdılar. I Avropa Oyunlarının açılış mərasimini səbirsizliklə gözləyən paytaxt sakinləri Ceyran Narla xatirə şəkilləri çəkdirməyi bu sevinci bölüşməyi unutmadılar.

Bakı Şəhər 3 saylı kliniki xəstəxananın psixosomatika şöbəsinin müdiri, həkim-psixatr Şəfa Tahirzadə fikirlərini belə bildirdi: “Son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sırasına daha biri əlavə edilir ki, o da nəinki adını daşıdığı qitənin, hətta dünyanın marağındadır. Bu, ilk dəfə keçiriləcək “Bakı-2015” I Avropa Oyunlarıdır. İdman yalnız sağlamlıq deyil, o, həm mədəniyyətdir. Burada fiziki mənəvi güc özünü bütövləşdirir. Demək, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları həm bizim bütövlükdə kimliyimizin təsdiqi üçün yaradılmış meydandır. Mədəniyyət incəsənətimizin idmanla birlikdə nümayişi üçün şərait yaranıb”.

Həmsöhbət olduğumuz şəhər sakinləri, eləcə qonaqlar da bu fikirləri bir daha təsdiqlədilər. Bakı şəhəri Nizami rayonundakı 238 saylı tam orta məktəbin musiqi müəllimi Aygün Teymurova dedi: “Müqəddəs idman məşəlinin ölkəmizin bütün bölgələrini, bu gün isə paytaxt Bakını, xüsusən tariximizin yadigarı olan İçərişəhəri dolaşması fərəhimizi qat-qat artırır! Buna təbii ki, dövlətimizin xalqımızın dostları sevinir. Axı, bu həm müasir Azərbaycanın siyasi, iqtisadi, sosial mədəni inkişafının göstəricisi, xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxması deməkdir.

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xalqımız üçün fəxrdir. Son illər Azərbaycan idmanının müxtəlif növləri üzrə keçirilən bir çox mötəbər yarışlara, eləcə digər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu da ölkəmizin regionun aparıcı ölkəsinə, həmçinin mədəniyyət mərkəzinə çevrildiyinin sübutudur.

I Avropa Oyunlarına təsəvvüredilməz dərəcədə qısa bir müddətdə hazırlıq ilk növbədə Azərbaycanın iqtisadi gücünü ölkə rəhbərinin yüksək təşkilatçılıq imkanlarını əks etdirir. Bu, yalnız möhtəşəm idman bayramı deyil, həm mühüm mədəniyyət hadisəsidir. İdmançılarımıza uğurlar diləyirəm”.

Malik Samıyev Dənizkənarı Milli Parkın əməkdaşlarından biri kimi şəhərdə son illər yaradılan səliqə-sahmandan, I Avropa Oyunlarına hazırlıqdan nəhayət, məşəlin ziyarət etdiyi məkanların tarixi yerlər olduğundan söz açdı: “Prezident İlham Əliyev bu gün xalqımızın yetişdirdiyi lider kimi tarixə imza atır. Azərbaycan dövlətinin Avropa dünyaya inteqrasiyasının sürətlənməsi məhz dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Bu gün isə Avropa Azərbaycanı inkişaf etmiş dövlət olaraq tanıyır.

“Bakı-2015” I Avropa Oyunlarının ölkəmizi bürüyən şənlik növrağı dünyaya səs salıb. Avropa Oyunlarının məşəli nəinki ölkəmizi, dünyanı nura qərq edir. Dostlarımız bundan qürur duyur. Qısa zaman içərisində belə inkişaf təntənəyə layiq olduğumuzu sübut etmək fürsəti əldə etmişik”.

Dünən, məşəlin Alov Qüllələrindən enərək, paytaxtın ən qədim məkanlarından biri unikallığı ilə əcnəbilərin diqqətini cəlb edən İşərişəhəri ziyarət edərkən müşahidəçilərin söylədikləri fikirlər təsdiqləyirdi ki, “Bakı-2015” I Avropa Oyunlarının təntənəsi dünyaya səs salıb. Bu təntənəni yaradan isə, əlbəttə, iqtisadi, siyasi sosial sahələrdə inkişaf edərək, nəinki Cənubi Qafqazda, həm Avropa dünyada nümunəyə çevrilmiş ölkəmizin başçısıdır.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2015.- 10 iyun.- S. 8.