Azərbaycan jurnalistikasının tarixikitabının təqdimatı olub

 

İyunun 9-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun tanınmış jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadənin birgə müəllifi olduğu rus dilindəAzərbaycan jurnalistikasının tarixikitabının təqdimatı keçirilib.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilmiş tədbirdə qurumun sədri Əflatun Amaşov nəşrin Azərbaycan jurnalistikasının tarixi ilə bağlı sistematik nümunə olduğunu deyib. Kitabın xarakterik xüsusiyyətlərindən bəhs edən Ə.Amaşov onun dərs vəsaiti kimi əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin qeyd edib ki, kitab jurnalistika ilə bağlı reallıqlarımızın rus dilində paylaşılması nöqteyi-nəzərdən əhəmiyyətlidir.

Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev jurnalistikanın ictimai fikir tariximizdəki önəmini vurğulayıb. Bu baxımdan onun tarixinin öyrənilməsinin eyni zamanda Azərbaycanın tarixinin tədqiqinə mühüm töhfə olduğunu bildirib.

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli çıxışında diqqəti zaman-zaman Azərbaycan jurnalistikası tarixinin tədrisində problemlərin yaşandığına çəkib. Bildirib ki, xüsusən rus bölməsində təhsil alanlar çətinlik çəkiblər. Məsələyə mövcud kontekstdən yanaşan C.Məmmədli kitabın məhz rus dilində ərsəyə gəlməsinin əhəmiyyətini əsaslandırıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan jurnalistikasının keçmişini müasir inkişaf xüsusiyyətlərini özündə birləşdirən kitabların yazılmasının vacibliyindən söz açıb. O bildirib ki, belə nəşrlərin dünyaya çıxış baxımından təkcə rus dilində deyil, ingilis dilində nəşri mütləqdir.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun professoru Nəsir Əhmədli, universitetin jurnalistika fakültəsinin professoru Alxan Bayramoğlu, Bakı Slavyan Universitetinin kafedra müdiri Etibar Babayev, bu ali təhsil ocağının dosenti Şəlalə Həsənova, “Qarabağqəzetinin baş redaktoru Çingiz İsmayılov başqaları təqdimatı keçirilən nəşrin əhəmiyyətindən danışaraq, hazırda 1000 tirajla işıq üzü görmüş kitabın sayının çoxaldılmasının vacibliyini qeyd ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 10 iyun.- S. 12.