İş yerlərində sağlam əmək şəraitinin təmin olunmasında önləyici tədbirlərə xüsusi önəm verilməlidir

 

Azərbaycan Respublikasında iqtisadiyyatın dinamik və hərtərəfli inkişafı, istehsalatda müasir texnologiyaların tətbiqi, çoxsaylı yeni yerlərinin açılması şəraitində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması da dövlətin iqtisadi-sosial siyasətinin prioritet istiqamətlərindəndir. Aparılan uğurlu iqtisadi islahatlar fonunda bütün yerlərində qanunvericiliyin tələblərinə uyğun əmək şəraitinin yaradılması, işçilərin müasir tələblərə cavab verən xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsi, işçilərin həyat və sağlamlığının qorunması, prosesində bədbəxt hadisələrin baş verməsi riskinin minimum səviyyəyə endirilməsi, digər əmək və sosial problemlərin həlli əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətində əsas hədəflərdən biridir.

Xidmətin başlıca məqsədi vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası, Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının müdafiəsini təmin etmək, işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirməkdən, işçilərə dəyə biləcək zərərlərin qarşısını almaqdan, yerlərində risklərin idarə olunması və onlara nəzarət prosesinin səmərəli təşkilinə nail olmaqdan ibarətdir.

İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, eləcə də peşə xəstəliklərinə tutulma hallarının aradan qaldırılması əməyin mühafizəsinin aktual problemlərindən biridir. Hazırda dünyada bu problemin həllinə müxtəlif yanaşmalar mövcuddur. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda, əməyin mühafizəsi sahəsində keçmiş sovet idarəetmə sisteminin təsiri hələ də qalmaqdadır. Həmin sistem istehsalatda baş vermiş bədbəxt hadisələrin və peşə xəstəliklərinin baş vermə səbəblərinin araşdırılması zamanı işçilərin səhhətinə mənfi təsir göstərən istehsalat amillərinin aşkar edilərək onların təsirinin zəiflədilməsinə və ya tamamilə aradan qaldırılmasına deyil, onun törətdiyi ağır nəticələrə görə tədbirlərin həyata keçirilməsinə yönəlmişdi. Yəni, belə yanaşma istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün önləyici tədbirləri deyil, dəymiş zərərin əvəzinin ödənilməsini, kompensasiya xarakterli işlərin yerinə yetirilməsini nəzərdə tutur.

Lakin bir çox ölkələrdə mütərəqqi yanaşma kimi yerlərinin sağlamlaşdırılması üçün məhz önləyici tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Seulda (2008-ci il), İstanbulda (2011-ci il) və Frankfurtda (2014-cü il) keçirilmiş Əməyin Mühafizəsi üzrə Ümumdünya konqreslərində də yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında əməyin mühafizəsi üzrə önləyici tədbirlərin həyata keçirilməsinə önəm verilməsi zərurəti vurğulanıb. Yəni mütərəqqi dünya təcrübəsi yerlərində maksimal təhlükəsiz texnoloji fəaliyyətin təmin edilməsi, işçilərin peşə əmək qabiliyyətinin qorunması və peşə risklərinin idarə olunması üçün önləyici tədbirlər sisteminin tətbiqi prinsipini irəli sürür. Digər tərəfdən, peşə risklərinin idarə olunmasında istehsalat faktorlarının insan orqanizminə vurduğu zərərli təsirin minimuma endirilməsinə nail olmaq məqsədilə bir sıra təşkilatı-hüquqi, texnoloji, sosial, tibbisanitar-gigiyenik tədbirlərin həyata keçirilməsi tələb olunur. Bunun üçün aidiyyəti normativ-hüquqi aktlar da müasir tələblərə cavab verməli, əməyin mühafizəsi xidmətinin təkmilləşdirilməsi təmin edilməli, sağlam və təhlükəsiz əməyin təbliğ olunması üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.

Peşə riskləri işçinin əmək funksiyasını icra etməsi ilə əlaqədar özünü göstərdiyi üçün bu prosesdə iştirak edən tərəflərin də vəzifə və məsuliyyətlərinə diqqət yetirilməlidir. Məlumdur ki, işəgötürənlər və onların məsul şəxsləri yerlərində əmək şəraitinin sağlam və təhlükəsizliyinə şəxsən məsuliyyət daşıyırlar. İşçilərin məsuliyyəti isə onların müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə tələblərə, fərdi mühafizə vasitələrindən istifadə qaydalarına düzgün əməl etmələrindən ibarətdir. Onlar işlərin təhlükəsiz yerinə yetirilməsi üçün zəruri bilik və bacarıqlara malik olmalı, vaxtaşırı tibbi müayinələrdən keçməli, istehsalatda baş vermiş bədbəxt hadisə və səhhətlərində yaranmış hər hansı problemlə bağlı dərhal məlumat verməlidirlər. Peşə risklərinin idarə olunmasında sosial tərəfdaşların, xüsusən də həmkarlar təşkilatının üzərinə düşən əsas vəzifə işçilərin sosial-əmək hüquqlarının və peşə maraqlarının qorunmasından, müəssisədaxili sosial-əmək münasibətlərində insan amilinin aktivləşdirilməsindən ibarətdir. Burada motivasiyanın da rolu nəzərə alınmalıdır. Bu məqsədlə işçi və işəgötürənlərin məsuliyyət və öhdəlikləri müəyyən edilərək bağlanılmış sahə sazişlərində və kollektiv müqavilələrdə öz əksini tapmalıdır.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) statistikasına görə, hər il dünyada istehsalatla əlaqəli 339 milyon bədbəxt hadisə baş verir ki, həmin hadisələr nəticəsində 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur, 2 milyon 340 min nəfərdən çox insan həlak olur. Dünya iqtisadiyyatı istehsalatda baş vermiş bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində 2,8 trilyon ABŞ dolları və ya dünyada istehsal olunan ÜDM-nin 4 faizi həcmində itkiyə məruz qalır.

Problemin baş vermə və yaranma səbəbləri araşdırılarkən müəyyən edilib ki, əməyin mühafizəsi ilə bağlı bəzən ən adi tələblərin yerinə yetirilməməsi belə son dərəcə ağır nəticələrə səbəb olur. Məsələn, tərəfimizdən aparılmış müşahidələr göstərib ki, müəssiəsələrdə işçilərin fərdi mühafizə vasitələrindən (FMV) istifadə etmələrində hələ də nöqsanlar mövcuddurbir çox işəgötürənlər bu məsələyə o qədər də ciddi yanaşmırlar. Halbuki beynəlxalq statistikaya görə, qəzalarının 96 faizi işin icrasının texniki səbəbləri ilə deyil, işçilərin yerlərində təhlükəli davranışı və mühafizəedici vasitələrdən istifadə etməmələri ilə əlaqədar baş verir. BƏT-in statistikasına istinadən qeyd edə bilərik ki, istehsalatda baş verən və ölümlə nəticələnən bədbəxt hadisələrin təxminən 4 faizində əsas səbəb kimi işçilərin FMV-dən ya ümumiyyətlə istifadə etmədiyi, yaxud düzgün istifadə etmədiyi müəyyənləşib. Fərdi Mühafizə Vasitələri İstehsalçılarının Beynəlxalq Assosiasiyasının məlumatına əsasən, FMV-nin tətbiqi qəzalarının və peşə xəstəliklərinin baş verməsi hallarının 50 faizədək azalmasına imkan yarada bilir. Tərəfimizdən aparılmış dövlət nəzarəti və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı zamanı müəyyənləşib ki, yerlərində işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunma səviyyəsi çox aşağıdır. Bir çox hallarda işəgötürənlər bunu maliyyə problemləri ilə izah etməyə çalışırlar. Lakin bu təsdiq olunmuş bir həqiqətdir ki, müəssisələrdə əməyin təhlükəsizliyinə sərf olunan investisiya nəticədə gəlir gətirir. Məsələn, alman mütəxəssislərinin hesablamalarına görə, bu sahədə effektivlik göstəricisi 1-in 4 və ya 5 qat nisbətindədir.

Yuxarıda qeyd etdiyimiz kimi, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin həyat və sağlamlığının qorunmasına, prosesində bədbəxt hadisələrin baş vermə və peşə xəstəliyinə tutulma riskinin minimum səviyyəyə endirilməsinə dair qanunvericiliyin tələblərinə əməl edilməsinə dövlət nəzarəti həyata keçirilir. Lakin bu gün əmək müfəttişlərinin respublika ərazisində fəaliyyət göstərən bütün müəssisələrdə əmək prosesini daimi və hərtərəfli müşahidə etmələri fiziki baxımdan mümkün deyil. 2014-cü ilin yekununa olan məlumata görə, Azərbaycanda işəgötürənlərin sayı 101702-dir və DƏMX tərəfindən onlarda ildə bir dəfə olmaqla planlı yoxlamanın aparılması tezliyi təxminən 10-11 il təşkil edir. Dünyanın digər ölkələrində də belədir, hətta ayrı-ayrı ölkələrdə bu tezlik bir neçə onillik ərzində ola bilir. Ona görə də yerlərində əmək şəraitinin qiymətləndirilməsi üçün digər ölkələrdə tətbiq olunan daha effektiv və səmərəli alternativ üsullar tərəfimizdən diqqətlə öyrənilir. Misal üçün, Avropa İttifaqının bir sıra ölkələrində yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin müstəqil ekspert qiymətləndirilməsi aparılır və peşə risklərinin elan edilməsi həyata keçirilir. Əmək şəraitinin ekspert qiymətləndirməsi zamanı ekspertlər tərəfindən əmək şəraitinin qiymətləndirməsi üçün instrumental ölçünün aparılıb-aparılmamasına və ya konkret laborator tədqiqatın aparılmasına dair müvafiq qərar verilir. Aydındır ki, belə olan halda görülən tədbirlər hazırda qanunvericiliyin tələblərinə görə həyata keçirilən və müəssisədə olan bütün yerlərinin attestasiyasının aparılması ilə müqayisədə həm operativliyi, həm ondan qat-qat ucuz və əldə edilən nəticələrin kifayət qədər dəqiq olması ilə fərqlənir. Bu da belə yanaşmanın effektiv olduğunu göstərir.

Aparılmış təhlillər göstərib ki, Azərbaycanda son illərdə istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində zərərçəkənlərin sayının nisbətən azalması müşahidə olunub. Hesab edirik ki, müsbət dinamikanın əldə olunmasında Xidmətin həyata keçirdiyi ardıcıl maarifləndirmə və önləyici tədbirlərin də əhəmiyyəti olub. Xidmət tərəfindən ötən ilin sentyabr ayında ölkədə ilk dəfə “Təhlükəsiz həftəsi”, bu ilin yanvarında “Təhlükəsiz ongünlüyü” və aprel ayında “Təhlükəsiz aylığı” keçirilib. Bu tədbirlər çərçivəsində təkcə Bakı şəhərində deyil, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində və Lənkəran, Şəki, Quba, Bərdə, İmişli, Qazax rayonlarında yerləşən bir sıra iri müəssisənin işəgötürənləri və əmək kollektivləri ilə görüşlər keçirilib, onlara əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə dolğun məlumatlar verilib.

Peşə risklərinin idarə olunması prosesinə işçilərin kütləvi surətdə cəlb edilməsi, bu sahədə sosial tərəfdaşlığın gücləndirilməsi yolu ilə əməyin təhlükəsizliyinin yüksək səviyyədə təminatına nail olmaq mümkündür. Bilmək lazımdır ki, yalnız bu yolla sağlam və təhlükəsiz əməyin təmin olunması sahəsində işçi və işəgötürənlərin şəxsi məsuliyyətini artırmaq, onların bu sahədə şüur və təfəkkürlərini məqsədyönlü şəkildə formalaşdırmaq mümkündür.

Son illər Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının gücləndirilməsi, kadrların təkmilləşdirilməsi, habelə əməyin mühafizəsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Hökumətinin və Dünya Bankının birgə layihəsi, eləcə də Avropa İttifaqının Tvinninq layihələri çərçivəsində 2011-2013-cü illərdə bir qrup müfəttiş Almaniya Federativ Respublikasının Drezden şəhərində fəaliyyət göstərən Sosial Qəzalardan Sığorta Təşkilatının İş və Sağlamlıq İnstitutunda (Drezden Akademiyasında) təlimlərdə iştirak edib. DƏMX-nin potensialının gücləndirilməsi üzrə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Tvinninq Layihəsi çərçivəsində sosial tərəfdaşların da nümayəndələri cəlb edilməklə Bolqarıstanda və Polşada Sağlam və təhlükəsiz şəraiti məsələləri üzrə təcrübə mübadilələri aparılıb. Həmçinin bu layihələr çərçivəsində DƏMX-nin maddi-texniki bazası gücləndirilib, xidmət avto-nəqliyyat və təşkilati-texniki vasitələrlə təmin edilib, müxtəlif mövzularda treninq-seminarlar keçirilib.

Hazırda Avropa İttifaqının İspaniyanın Bilbao şəhərində fəaliyyət göstərən Əməyin Mühafizəsi Agentliyi ilə sıx əməkdaşlıq edirik. Agentliyin dəstəyi ilə iqtisadiyyatın 20-dək müxtəlif sahələrində sağlam əmək şəraitinin yaradılmasına dair metodik göstərişlər Azərbaycan dilinə tərcümə edilərək bizə təqdim olunub. Bu materiallar iki dildə olmaqla kitab halına salınaraq bu ilin 28 aprel tarixində - Ümumdünya Əməyin Mühafizəsi Günündə işəgötürənlərə paylanıb. Onu da qeyd edim ki, Avropa İttifaqının Əməyin Mühafizəsi Agentliyi tərəfindən yaxın vaxtlarda Bakı şəhərində “Tikintidə və iqtisadiyyatın digər sahələrində əməyin mühafizəsi” mövzusunda sosial partnyorların iştirakı ilə beynəlxalq seminarın keçirilməsi nəzərdə tutulur. Bu seminar zamanı yerlərində əməyin təftişinin operativliyinin artırılması yolları da müzakirə predmeti olacaqdır.

Hamı bilməlidir ki, heç bir zaman, hətta maliyyə böhranı zamanında əməyin təhlükəsizliyinin təmin olunmasında qənaətə yol vermək doğru deyildir. Çünki bu cür yersiz qənaət işçilərin həyat və sağlamlığını risk altında qoymaqla, müəssisələrin özünüson nəticədə böyük maliyyə itkiləri ilə üz-üzə qoya bilər. Odur ki, işəgötürənlər öz fəaliyyətlərində bu prinsipi daim ön planda saxlamalıdırlar. Hər bir işəgötürən bu vacib məsələnin həlli istiqamətində səylərini daim artırmalı, öz işçiləri üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqla, iqtisadiyyatın aparıcı qüvvəsi olan işçi insana diqqət və qayğı, qanunlara hörmət və ümumbəşəri dəyərlərə sədaqət nümunəsi göstərməlidir.

 

Fuad ƏLİZADƏ,

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi

 

Azərbaycan.- 2015.- 10 iyun.- S. 13.