Azərbaycan Dillər Universiteti
ilə Oslo Universiteti arasında əməkdaşlıq
uğurla davam edir
İyunun
9-da Azərbaycan Dillər
Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd
Seyidov rəhbərlik
etdiyi ali
məktəblə Oslo Universiteti
arasında əməkdaşlıq
layihəsinin məsləhətçisi
Krister Daatland ilə görüşüb.
ADU-dan bildiriblər ki, S.Seyidov görüşdə
K.Daatlanda universitetdə
pilot proqramın təkmilləşməsində
verdiyi töhfələrə,
Skandinaviya mərkəzinin
inkişafında göstərdiyi
dəstəyə, əməkdaşlıq
müddətində Norveç
dilinin tədrisi üçün istifadə
etdiyi yeni metodlara, həyata keçirdiyi müxtəlif
layihələrə görə
minnətdarlığını bildirib.
Universitetlər arasındakı əməkdaşlıq
layihəsinin xüsusi
əhəmiyyətini vurğulayan
S.Seyidov hər il bu ali məktəbin tələbə və müəllimlərinin Norveçin
Oslo Universitetinin Yay məktəbində iştirak
etdiklərini söyləyib.
Rektor Norveç universitetləri
ilə olan əlaqələr nəticəsində
ADU-da Norveç dilinin mükəmməl şəkildə tədris
olunduğunu və tələbələrin bu
dilə marağının
artdığını qeyd
edib. S.Seyidov Krister
Daatlandın universitetlə
gələcəkdə də
əməkdaşlıq edəcəyinə
ümid etdiyini bildirib.
Səmimi
qəbula görə təşəkkür edən
Krister Daatland ADU və Oslo Universitetinin birgə layihələrinin
hər iki ali təhsil müəssisəsi üçün
önəmli olduğunu
qeyd edib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 10 iyun.- S. 14.