Azərbaycan-Avstraliya
əlaqələrinin inkişaf etdirilməsi
üçün parlamentlərarası diplomatiya önəmlidir
İyunun
8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin
nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası diplomatiyanın əhəmiyyəti vurğulanıb və bir sıra sahələrdə əməkdaşlıq imkanları qeyd edilib. Nazir Elmar Məmmədyarov bu səfərin Azərbaycan ilə Avstraliya arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Regionda cərəyan edən hadisələrə toxunan Elmar Məmmədyarov parlamentarilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.- 2015.- 10 iyun.- S. 15.