Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Albaniya xalqı adından və şəxsən öz adımdan xüsusi məmnunluqla ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanın Albaniyaya göstərdiyi dəstəyə, xüsusilə də enerji sektorunda TAP boru kəmərinin reallaşdırılmasındakı köməyə görə bir daha xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Mən, həmçinin ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə qarşılıqlı maraq doğuran mövcud dostluq münasibətlərini daha da inkişaf etdirməyə hazır olduğumuzu bildirmək istəyirəm.

Zati-aliləri, Sizi münasib bildiyiniz vaxtda Tiranada salamlamaq arzusu ilə ən yüksək ehtiramı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Buyar Nişani

Albaniya Respublikasının Prezidenti

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.2.