2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələr ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatının BƏYANATI

 

Biz, Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı “Bakı-2015” I Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələri Avropa Parlamentinin sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamı kimi qiymətləndiririk. Artıq neçənci dəfədir ki, həmin qrupların guya Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Bu dəfə Azərbaycanı nüfuzdan salmaq üçün Avropa idman hərəkatının tarixində yeni mərhələ açacaq möhtəşəm idman tədbirinə istinad edilməsi yalnız təəssüf hissi doğurur.

Əsrlər boyu idman müxtəlif mədəniyyətləri və sivilizasiyaları təmsil edən insanları daha da yaxınlaşdıran bir amil rolunu oynamışdır. İdmanın siyasətlə qarışdırılması, yaxud siyasi proseslərdə bir alət kimi istifadə edilməsi yolverilməzdir. BMT Baş Məclisinin 2014-cü il oktyabrın 31-də qəbul etdiyiİdman təhsilin, sağlamlığın, inkişafın və sülhün dəstəklənməsi vasitəsi kimi” A/Res/69/6 saylı Qətnamədə də idmanın, idman oyunlarının və Olimpiya hərəkatının təşkili üçün məsuliyyət daşıyan qurumların müstəqil olması zərurəti təsbit edilmişdir. Bu müstəqilliyə hökumətlər, beynəlxalq siyasi qurumlar və ayrı-ayrı siyasət adamları tərəfindən hörmət bəslənilməsi vacibdir.

İdmanın siyasətdən ayrı bir sahə kimi mövcudluğuna müxtəlif siyasi mülahizələr ilə xələl gətirilməməsinə və idman yarışlarının bundan sonra da ölkələr və xalqlar arasında birləşdirici körpü rolunu davam etdirməsinə xüsusi diqqət yetirilməlidir. Narahatlıq doğuran hal budur ki, Azərbaycana qarşı növbəti qərəzli hücum üçün nəcib ideallara xidmət edən Avropa Oyunları kimi hadisədən istifadə etməyə cəhd göstərilmişdir.

Müasir dövrdə insan və vətəndaş hüquqlarının aliliyi dünyanın əksər ölkələri tərəfindən qəbul edilmişdir. Azərbaycan da bu ölkələrin sırasına daxildir. Ölkəmizdə insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli görülmüşdürbu indidavam etməkdədir. Azərbaycan Konstitusiyasının üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Ölkədə tam müstəqil məhkəmə-ədliyyə sistemi formalaşdırılmışdır. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına daxil olduğu üçün milli məhkəmələrin qərarlarından razı qalmayan hər bir ölkə vətəndaşının Avropa Məhkəməsinə üz tutmaq hüququ təsbit olunmuşdur. Bunlarla yanaşı, üzv olduğu beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan insan hüquqları sahəsində mütərəqqi islahatları həyata keçirməkdə davam edir. Azərbaycanda insan hüquq və azadlıqlarına tam hörmətə əsaslanan demokratik sistem formalaşdırılmışdır və bu sistemin daha möhkəm təməllər üzərində inkişaf etdirilməsi ilə bağlı siyasi iradə vardır.

Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunmaması, hüquq müdafiəçilərinin və jurnalistlərin həbs olunması ilə bağlı Avropa Parlamentində səsləndirilən fikirlərə gəlincə, bütün bunların həqiqətdən nə qədər uzaq olduğu ölkəmizi yaxından tanıyan hər kəs üçün aydındır. Çoxu Azərbaycana səfər etməmiş, Azərbaycan haqqında məlumatı az olan deputatların kənardan onlara təqdim olunan birtərəfli informasiyaya əsaslanaraq bütöv bir ölkə barəsində mühakimələr yürütməsi, xalqın tam dəstəyinə arxalanan bir dövlətə öyüd verməyə çalışması parlament diplomatiyası prinsiplərinə və etikasına da qətiyyən uyğun gəlmir.

Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir. Avropa Parlamentində Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilən bu faktlar konkret cinayət əməlləri ilə bağlıdır.

Təəssüf hissi ilə qeyd etməliyik ki, həm Avropa Parlamenti, həm də onların hüquq müdafiəçisi adlandırdığı ayrı-ayrı şəxslər 20 ildən çoxdur Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün tapdalanmış insan ləyaqəti barəsində susmağa üstünlük vermişlər. İkili standartların ifadəsi olan bu qərəzli mövqe tamamilə yolverilməzdir.

Əslində cənab M.Şults, xanım U.Lunaçek və Azərbaycana qarşı qərəzli mövqedə dayanan digər parlament üzvləri Avropada kifayət qədər təsir gücünə malik olan erməni lobbisinin yedəyində gedirlər. Bəzən o yerə çatır ki, xanım U.LunaçekAvropa Parlamentinin bir qrup deputatı Azərbaycanı gözdən salmaq niyyəti ilə parlamentin iclasına ölkəmizdə cinayət əməlləri törətmiş şəxslərin şəkilləri olan maykalarla gəlmək kimi çirkin fitnəkarlıq hərəkətlərinə də əl atırlar.

Ölkəmizi öz gözləri ilə görən, buradakı vəziyyətə bələd olan hər bir şəxs, o cümlədən parlament üzvləri Azərbaycanın həqiqətən açıq və azad cəmiyyət olduğunu təsdiq edirlər. Əlbəttə, biz ölkədə müəyyən qanun pozuntularının olduğunu inkar etmirik. Lakin belə hallar dünyanın istənilən ölkəsində baş verməkdədir. Əsas məsələ ondan ibarətdir ki, ölkədə mövcud olan siyasi iradə qanun pozuntularının tamamilə aradan qaldırılmasına və qanunun aliliyi prinsipinin daha da möhkəmləndirilməsinə istiqamətlənmişdir.

Azərbaycan müstəqillik dövründə misilsiz inkişaf yolu keçmişdir. Həm xalqın rifah halı yüksək səviyyəyə qalxmış, həm də ölkəmiz tamamilə müasirləşmişdir. Azərbaycan gündən-günə daha da inkişaf edir və möhkəmlənir. Bunu gözü götürməyən bəzi “siyasətçilər” isə hər bir xırda məsələni əsas gətirərək Azərbaycanı gözdən salmaq cəhdlərindən əl çəkmirlər. Təəssüf ki, bunun üçün onlar Avropa Oyunlarını ən yüksək standartlara uyğun şəkildə keçirmək istəyindən də istifadə etməyi özlərinə rəva görmüşlər.

Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin hüquq bərabərliyi əsasında hərtərəfli inkişafında maraqlıdır. Lakin ölkəmizə qarşı yönəlmiş bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna da zərbə vurur. İnanırıq ki, belə kampaniyalar həm ölkəmizin, həm də bütövlükdə Avropanın idman həyatında mühüm hadisəyə çevriləcək I Avropa Oyunlarının yüksək səviyyədə keçməsinə maneə törədə bilməyəcəkdir. Əminik ki, idmançılar və idman həvəskarları bu oyunlardan həzz alacaq, I və növbəti Avropa Oyunları Avropa xalqlarının daha çox qaynayıb-qarışmasına, bir-birini daha yaxından tanımasına və ortaq ümumbəşəri dəyərlər ətrafında daha sıx birləşməsinə öz töhfəsini verəcəkdir.

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.

Bahar MURADOVA,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.

Valeh ƏLƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində (PƏK) Azərbaycan nümayəndə heyətinin rəhbəri, PƏK-in həmsədri.

Siyavuş NOVRUZOV,

Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının sədri, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Yeni Azərbaycan Partiyası icra katibinin müavini.

Asim MOLLAZADƏ,

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyası siyasi komitəsinin həmsədri, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri.

Fazil MUSTAFA,

Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri.

İlyas İSMAYILOV,

Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü, Ədalət Partiyasının sədri.

 

İqbal AĞAZADƏ,

Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü, TürkPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Ümid Partiyasının sədri.

Sabir RÜSTƏMXANLI,

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri.

Sabir HACIYEV,

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Vətəndaş Birliyi Partiyasının sədri.

Xanhüseyn KAZIMLI,

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin üzvü, Azərbaycan Sosial Rifah Partiyasının sədri.

Qüdrət HƏSƏNQULİYEV,

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri.

Fəzail AĞAMALI,

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Ana Vətən Partiyasının sədri.

Fərəc QULİYEV,

Azərbaycan Respublikası Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri.

Səməd SEYİDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri.

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin üzvü, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AŞ PA-da bərabərlik və qeyri-diskriminasiya komitəsinin qadınlara qarşı zorakılıqla mübarizə məsələləri üzrə baş məruzəçisi və AŞ PA-nın zorakılıqdan azad qadınlar şəbəkəsinin siyasi əlaqələndiricisi.

Fuad MURADOV,

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasının enerji komitəsinin həmsədri, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində (PƏK) Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini.

Sevinc FƏTƏLİYEVA,

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AŞ PA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq məsələləri üzrə baş məruzəçisi, AŞ PA-da uşaqlara qarşı zorakılıq məsələləri üzrə Azərbaycan parlamentinin əlaqələndiricisi, AŞ PA-nın Avropa sosial xartiyası üzrə alt-komitəsi sədrinin müavini.

Gülçöhrə MƏMMƏDOVA,

Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

Məlahət İBRAHİMQIZI,

Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin üzvü, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

Jalə ƏLİYEVA,

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü.

Sevinc HÜSEYNOVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin üzvü, TürkPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

Sədaqət VƏLİYEVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin üzvü, TürkPA-da Azərbaycan nümayəndə heyətinin üzvü.

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.2.